19
onun fonetik və leksik sisteminə, eləcə də qrammatik quruluĢuna aid olan
müəyyənləĢmiĢ normalara yiyələnmək və gündəlik ünsiyyətdə ondan faydalanmaq
nitq mədəniyyətidir. Qrammatik və məntiqi cəhətdən düzgün qurulmuĢ cümlələrdə
ədəbi dilin orfoqrafiya və orfoepiya normalarının praktik Ģəkildə tətbiq olunması,
vurğu və intonasiyanın gözlənilməsi bacarığı nitqin normativliyini Ģərtləndirir.
Dilçilər nitq mədəniyyəti fənninin məqsədini ədəbi dil normalarının danıĢıq dilinə
tətbiq olunmaqdan, ədəbi dil normaları haqqında sistemli bilik verməkdən, nitq
üslublarının iĢlədilmə səviyyəsini gözləməkdən, mədəni nitqin məziyyətlərini
mənimsəməkdən, yazılı və Ģifahi nitqə aid normaların bir-birinə təsirini
öyrənməkdən ibarət hesab edirlər. Nitq mədəniyyətinə verilən tələblər isə
aĢağıdakı Ģəkildə sadalanır: 1) Dil vahidləri ifadə olunan fikrin məzmununa uyğun
seçilməli, fikrin dəqiq ifadəsinə xidmət göstərməlidir; 2) Fikrin daxili məntiqi
əlaqəsini, onun komponentləri cümlə və abzaslar arasındakı ardıcıllığı təmin
etməlidir; 3) Natiq auditoriyanın səviyyəsini, marağını, hadisələrə münasibətini
nəzərə almalı, faktların anlaĢıqlı, inandırıcı olmasına xüsusi diqqət verməlidir; 4)
Nitqin həyat hadisələrini yanlıĢ əks etdirməsinə, faktların təhrif olun- masına,
rəqəmlərin ĢiĢirdilməsinə yol verməməlidir; 5) Nitqin emosionallığı, ekspressiv-
liyi unudulmamalıdır (18, səh.14). Nitq mədəniyyətini mədəni nitq və dil
mədəniyyəti anlayıĢlarından fərqləndirmək lazımdır. Dildən nitqdə, ünsiyyətdə
istifadə olunur. Nitq mədəniyyətində dil və nitq münasibətləri bacarıqla həyata
keçirilir. Nitq mədəniyyətinin inkiĢafı və formalaĢması ədəbi dilin düzgünlüyü və
üslub aydınlığı ilə əlaqəlidir. Nitq mədəniyyəti ədəbi dil normalarının toplusu olub,
onların qanunauyğunluğu, formalaĢması və onlara yiyələnmək haqqında elmdir.
Nitq mədəniyyəti xalqın mədəni səviyyəsi ilə ölçülür. Məlumdur ki, mədəni
səviyyə xalqın bütün təbəqələrinin öz ana dilini bilməsi, ona qayğı göstərməsi, onu
sevməsi ilə bağlıdır. Azərbaycan xalqı uzun əsrlər boyu böyük yadelli xalqların
himayəsi altında olmuĢdur. Azərbaycan dili XVI əsrin əvvəllərində (1501-ci ildən)
Səfəvilər hakimiyyəti zamanı ġah Ġsmayıl Xətainin 25 illik Ģahlığı dövrünü, 1918-
ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin 23 aylıq tarixini nəzərə almasaq dövlət
səviyyəsinə yaxınlaĢsa da xalqımız ərəb, fars və rus hökmranlığı altında yaĢadı-
ğına görə tam dövlət dili olmamıĢdır. Dilimiz ədəbi bədii, ailə-məiĢət və danıĢıq
üslubları səviyyəsindən yuxarı qalxa bilməmiĢ, öz arzu və istəklərini, qəlb
dünyasından tutmuĢ adi məiĢət qayğılarına qədər bu dildə ifadə etsə də, elmi
üslubda, "Əkinçi" qəzetinin nəĢrə baĢlamasına və milli teatrın meydana gəlməsinə
qədər publisistik, rəsmi-kargüzarlıq və natiqlik üslublarında öz sözünü deyə
bilmirdi. Milli teatrın, çoxsaylı və çoxtirajlı qəzet və jurnalların nəĢri, 1905-ci il rus
inqilabi, Bakının elm, incəsənət və sənaye mərkəzinə çevrilməsi hesabına milli
dilimiz sürətlə inkiĢaf etməyə, 1905-ci ildən orta məktəblərdə müstəqil fənn kimi
tədris olunmağa baĢlamıĢ, 1920-ci ildən isə dövlət dili elan edilmiĢdi.
Azərbaycanın 1937-ci il Konstitusiyasında da dövlət dili haqqında maddə nəzərdə
tutulmuĢ, lakin təsbit olunması “yaddan çıxmıĢdı”. Yalnız 1956-cı ildə Azərbaycan
Ali Sovetinin qərarı ilə 1937-ci il Konstitusiyasına Azərbaycan dilinin dövlət dili
olması barədə maddə yazıldı. 1978-ci ildə qəbul olunmuĢ Konstitusiyada da bu
maddə öz əksini tapdı. Lakin konstitusiya aktlarında Azərbaycan dilinin dövlət dili
20
hüququ qeyd edilməsinə baxmayaraq onun bu hüququ tam mənası ilə təmin
olunmurdu. Mətbuatda, radio-televiziya veriliĢlərində, təlim-tədrisdə bu dilə geniĢ
yer ayrılsa da, Moskvaya, Sovet dövləti və Kommunist partiyası rəhbərliyinə xoĢ
gəlsin deyə respublikamızda rəsmi dairələrdə, təĢkilatlarda, dövlət idarələrində ana
dilimiz iĢlədilmirdi, yazıĢmalar, rəsmi-kargüzarlıq sənədləri bu dildə aparılmırdı,
ona sayğısızlıq vardı. Sovet hakimiyyəti illərində partiya və dövlət məclislərində,
iclaslarda, qurultay, plenum, konfrans, simpozium və sessiyalarda rəsmi sənədlər,
mühazirə, məruzə və çıxıĢlar rus dilində aparılırdı. VII-XVIII əsrlər arasında
yazılmıĢ elmi əsərlər ərəb-fars dillərində idi, bu dillər eyni zamanda dövlət və
tədris dili idi. XIX-XX əsrlərdə isə bu missiyanı artıq rus dili oynayırdı. 1920-
1991-ci illərdə rus dilinin SSRĠ-də rəsmi dil kimi qəbul edilməsi nəticəsində rus
dili aparıcı dil, milli dillər isə ikinci dərəcəli dil kimi fəaliyyət göstərirdi. Deməli,
Azərbaycanda da Azərbaycan dili məiĢət dili kimi iĢlədilirdi. Çox Ģükürlər olsun
ki, respublikamız müstəqillik qazanandan, 1995-ci il noyabrın 12-də isə xalqımız
referendum yolu ilə Azərbaycan Respublikasının Konstitusiyasını qəbul edəndən
sonra Azərbaycan dili, sözün həqiqi mənasında rəsmi dövlət dili oldu. Burada
yazılmıĢdır: "Azərbaycan Respublikasının dövlət dili Azərbaycan Respublikası
Konstitusiyasının 21-ci maddəsinin I hissəsinə müvafiq olaraq Azərbaycan dilidir.
Dövlət dilini bilmək hər birAzərbaycan Respublikası vətəndaĢının borcudur". Ġndi
Azərbaycan dili dövlət dili kimi ölkəmizin siyasi, ictimai, iqtisadi, elmi və mədəni
həyatının bütün sahələrində iĢlədilir. Hər il avqust ayının 1-i Azərbaycan
Respublikasında Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir.
Azərbaycan dili dövlət statusu alandan sonra dil üslubları da iĢlənmə geniĢliyi
qazandı, bədii və məiĢət üslubları ilə yanaĢı elmi, publisistik və rəsmi-kargüzarlıq
üslubları da tam hüquqlu dil üslubları kimi inkiĢafının yüksək səviyyəsinə doğru
qalxmaqdadır. Dilsiz nitq, nitqsiz mədəniyyətin olmadığını nəzərə alsaq, nitq
mədəniyyəti də bu axına qoĢulmuĢdur. Nitq mədəniyyəti 1920-1960-cı illərdə ən
çox dil mədəniyyəti, yazı mədəniyyəti terminləri ilə verilirdisə, 1960-cı ildən sonra
nitq mədə-niyyəti artıq dilçiliyin müstəqil bir sahəsi kimi fəaliyyət göstərməyə
baĢlayır, 1978-1992-ci illərdə "Nitq mədəniyyəti məsələləri" adlı məcmuələr nəĢr
etdirilir. Hazırda X sinfin Azərbaycan dili dərsliyində nitq mədəniyyətinə xüsusi
bölmə ayrılmıĢdır. Elmi-texniki inqilabın müvəffəqiyyətlə həyata keçirilməsində
və yeni insan tərbiyəsi kimi çox mühüm iĢdə normallaĢdırılmıĢ dil quruculuğunun,
yəni nitq mədəniyyətinin durmadan yüksəlməsinin böyük əhəmiyyəti vardır.
Xalqımız sözü, gözəl nitqi, xüsusən də danıĢığı həmiĢə yüksək qiymətləndirmiĢdir.
"XoĢ söz könül açar, ucuz söz qan qaraldar", el arasında sözünün yerini bilənə,
gözəl danıĢana "Dilinə qurban", "Özünə də qurban, sözünə də", yersiz danıĢana,
məqamını gözləməyənə "Əvvəl düĢün, sonra danıĢ", "Dilin qurusun", "Nə özünü
bilir, nə sözünü", "Sözünü yeyəsən", "Ağzının qaytanı yoxdur", "Ağzından qan iyi
gəlir" - demiĢlər. Bir bayatıda "Məclisdə məqam gözlə, Hər sözün öz yeri var" -
deyə sözün məqamını gözləmək tövsiyəsi verilir. Belə yanaĢmaya atalar sözləri,
zərb-məsəllər və aforizmlərdə də rast gəlirik: "Dadlı söz dost qazandırar, acı söz
düĢmən", "DanıĢan dağı aĢar, danıĢmayan yolu çaĢar", "Ġki dinlə, bir söylə", "Sözü
əvvəl ağzında biĢir, sonra düĢür". Bütün bunlar Azərbaycan türklərinin - biz
Dostları ilə paylaş: |