8
lirikasının mərkəzində məhəbbət, rəfiqələrə necə yanaşmaq və qız gözəlliyi
mövzuları dururdu. Heç də təsadüfi deyildir ki, məhəbbətin gur alovlandırdığı
sətirlərinə görə Eloiza ikinci Sapfo hesab olunur. Şairə təsirli sevgi şeirlərinin,
nikah poeziyası olan epitalamiyaların müəllifi kimi şöhrət tapmışdı. Ona görə də
Platon onu muza – eşq ilahəsi hesab edərək, elm və sənət hamiləri olan muzaların
məlum sayını doqquzdan ona qaldırmışdı.
Bəs Abelyar kimdir? Pyer (ingiliscə Piter) Abelyar öz dövrünün ən
məşhur və ziddiyyətli müəllimi olmaqla, məntiq və mənəviyyat filosofu və
ilahiyyətçisi idi. O, həmçinin istedadlı orijinal şair , qadınlar üçün məşhur
monastırın banisi idi. Fransa kilsə şurasının qərarı ilə o, yeretikliyinə (dinsizliyinə)
görə iki dəfə məhkum edilmişdi. Onun karyerasının konturları özünün məşhur
“Historia calamitation” – “Mənim bədbəxtliliklərimin tarixi” adlı məşhur
əsərindən
yaxşı məlumdur. O, 1079-cu ildə Luara çayının cənubundakı Le Palledə anadan
olmuşdu. O. Fransada
fəlsəfəni, xüsusən məntiqi öyrənmək naminə
özünün varislik
hüquqlarını və perspektivini qurban verdi, Parisdə yaxşı təhsil aldı. Sonra onun
müəllimlik və alimlik fəaliyyəti başlandı. Abelyar məntiqə dair öz yazılarında dilin
müstəqil fəlsəfəsini ustalıqla təsvir etmişdi.
Parisdə o, öz təlimini açıq şəkildə öyrədirdi, həm də özəl tələbəsi, Paris
kafedral kilsəsinin keşişi Fulbertin qız qohumu olan Eloizaya vuruldu. Abelyarla
Eloizanın sevgisindən onların oğlu oldu. Əmisi Fulbertin qəzəbindən yayınmaq
üçün Eloiza Parisdən kənardakı qadln monastırına girdi. Abelyar isə Fulbertin
təhriki ilə xədim edilməyindən əzab çəkirdi. Başına gələn biabırçılığa görə o, Paris
yaxınlığındakı Sen-Deni kral abbatlığındakı monastır həyatına daxil oldu və
Eloizanı da könülsüzlüynə baxmayaraq rahibə etdi.
O, “Thelogia”-“İlahiyyat” kitabının birinci versiyasını yazdı, bu kitab
rəsmi qaydada 1121-ci ildə Suasson şurası tərəfindən yeretik kimi məhkum edildi.
Abelyarın Allahın sirrliliyi və Üçlük (Trinity)- (Allah-ata, Allah-oğul və
Müqəddəs
Ruh kimi üç şəxsiyyətin timsalında mövcud olmaqla, Allahın öz mahiyyətə
etibarilə vahid olması barədə xristianlığın mühüm doqmatlarından biri – məqalə
müəllifi) barədə dialektik analizi səhv kimi qiymətləndirildi və o, ev dustağı oldu.
Abelyar Fransa kralı qarşısındakı məhkəməyə götürülməkdən yayınmaq üçün
abbatlıqdan qaçdı. O, asket həyatı keçirmək istəyirdi. Tələbələri isə onu tapıb,
onlara fəlsəfəni öyrətməyi davam etdirmək məqsədilə ona təzyiq göstərdilər.
Bir qədər sonra Eloiza Paraklet adlanan yeni təşkil edilmiş qadın
monastırının başçısına çevrildi. Abeljar isə himnlər kitablarını və 1130-cu illərdə
Eloiza ilə birlikdə öz məhəbbət məktublarının kolleksiyasını tərtib etdi.
Abelyar Parisin kənarındakı Mon- Sen-Jenevyevada dərs dediyi
tələbələrdən bir çoxu sonralar böyük şərəfə nail oldu. 1140-cı ildə Sendəki şura
onu məhkum etdi və bu qərar Roma papası tərəfindən təsdiq edidi. Ona görə də
Burqundiyadakı Klini böyük monastırına çəkildi və dərs verməkdən uzaqlaşdı. Bu
vaxt o, xəstə və qoca idi, adi rahib həyatı yaşayırdı. Onun 1144-cü ildə öldüyü
güman edilir, cəsədi Parakletə göndərildi, indi isə o, Parisdəki Per-Laşez