218
bizim respublikamızın vəziyyəti elədir ki, vicdanlı adam indi ədalətin keşiyində
dayanmalıdır. Sizin hamınız məni tanıyırsınız, mənim nəyə inandığımı da
bilirsiniz. Mən öz əlimdə məhkəmədə ittiham etmək sənədinə – postulatus-a
malikəm, biz vəkillər onu belə adlandırırıq. Və mən buradayam ki, Qay Verresin
ağır cinayətlərinə və xətalarına görə onu məhkəməyə gətirmək niyyətimi icra edim.
O, bunları Siciliyada qubernator olarkən etmişdir. Əgər o, məhkum olsa,
oğurladıqlarını geri qaytarmayacaqdır. O, bir vətəndaş kimi yalnız bütün mülki
hüquqlarını itirəcəkdir. Onun yeganə seçimi sürgün və ya ölüm olacaqdır. O, küncə
sıxılmış heyvan kimi vuruşacaqdır. Bu, uzun sürən çətin döyüş olacaqdır, heç bir
səhvə yol vermədən və nəticədə hər şey başlanacaqdır, – mən vəzifə axtarmıram,
mənim ümidim gələcəyədir. Mənim əvvəllər qazandığım reputasiya və onu əldə
etmək üçün çəkdiyim zəhmət mənə əsas verir ki, möhkəm ittiham irəli sürüm və
inanıram ki, haqq qalib gələcəkdir.
Hortensi məhkəməyə məlumat verdi ki, Verresin Sesili tərəfindən
ittiham edilməsinə
heç bir əsas yoxdur və o, heç bir səbəb verməmişdir. Tsitseronla
qardaşı Kvint bildirdi ki, Hortensi məhkəmənin işini poza bilməz, çünki Roma
məhkəməsi dünyada ən yaxşı sistemdir. Tsitseron razılaşmadı:
– Bu şüarları sən hardan tapmısan? Dayə kitablarındanmı? Sən güman
edirsən ki, Hortensi iyirmi il ərzində məgər yaxşı rol oynamaqla Roma
məhkəməsində ağalıq etməmişdirmi?
Dan yeri ağaranda Tsitseron buz kimi soyuq suda çimdi ki, özünü
canlandırsın və qayğıkeşliklə paltarını geyindi. Sonra o, məhkəməyə yollandı.
Rəqabət aparan iddiaçılara iki kürsü qoyulmuşdu. Sesili artıq oturmuşdu.
Tsitseron içəri girəndə ona fikir vermədi. Hakim qaydaya riayət etməyə çağırdı.
Tsitseron tam sakitləşməni gözləyib, yavaş-yavaş çıxış etməyə başladı. Qeyd etdi
ki, əvvəllər heç vaxt ittihamçı kimi çıxış etməmişdir. «Mən nə edirəmsə, öz ölkəm
naminə edirəm». O, Verresə tərəf əlini uzadıb dedi:
– Burada tamahkarlıqda, həyasızlıqda və əxlaqsızlıqda tayı-bərabəri
olmayan insan monstrı oturmuşdur. Əgər mən bu adamı ədalətə gətirsəm, o, bunu
etdiyimə görə məndə hansısa bir cəhət tapa bilər. Bütün ədalət və müqəddəs olanın
adına de ki, indiki vaxtda mən ölkəm üçün daha yaxşı xidmət etmək üçün nə
etməliyəm?
Verres başını silkələyirdi. Tsitseron ona bir müddət nifrət dolu nəzərlə
baxıb, jüriyə tərəf döndü:
– Qay Verresə qarşı ittiham odur ki, üç ilə bərabər olan bir müddət
ərzində o, Siciliya əyalətini viran qoymuşdur, – o, Siciliya icmalarını soymuş,
siciliyalıların evlərini boş qoymuş və Siciliya məbədlərini qarət etmişdir. Bütün
Siciliya bir səslə deyə bilər ki: «Bütün qızıl, bütün gümüş, bütün gözəl şeylər nə
vaxtsa mənim şəhərlərimdə, evlərimdə və məbədlərimdə idi, onların hamısını sən
Verres qarət etdin və məndən oğurladın; və indi bu hesaba görə, qanuna müvafiq
olaraq bir milyon sestertsiyə bərabər məbləğ üçün mən səni məhkəmədə mühakimə
edirəm.» Bu sözlər bütün Siciliya üçün tam mütləq xarakter daşıyırdı. Əgər o,
vahid səslə danışa bilsəydi, ancaq bunu təəssüf ki, edə bilmir, o, məni seçərdi ki,
bu məsələdə onun vasitəçisi olum.