212
yanaĢma
metodu
ilə
çözülə
bilər.
Bunun üçün antropoloji,
arxeoloji,
tarixi,
coğrafi bəlgələrlə yanaĢı, dilçilik, folklor, etnoqrafiya, mifologiya elmlə-
rinin ortaya çıxardığı bəlgələr diqqətə alınmalıdır. Yalnız belə kompleks
yanaĢma
metodu
ilə
ilk
Atayurdun coğrafi hüdudlarını təyin etmək
olar.
Hər
hansı
bir
etnosun birinci Atayurdu həmin etnosun protodil çağına
aiddir, çünki ilk etnik atribut dildir. Prototürk dili ilk dəfə harada ortaya
çıxıbsa,
ora
türklərin
ilkin
Atayurdu sayılmalıdır.
Əgər həmin
bölgə digər
elm sahələrinin verdiyi bəlgələrlə təsdiq olunursa, onda mübahisə üçün
bəhanə də qalmır.
Türklərin
ilkin
Atayurdu
problemi
üzrə
ayrıca elmi
sistemlə araĢdırma aparan olmasa da, ayrı-ayrılıqda
arxeoloji, kultur, etnoqrafik və dilçilik baxımından
bu problemi çözmək istəyənlər olmuĢdur. Lakin bu
görüĢlər kompleks və sistem halında deyil, ayrı-ayrı
sahələr üzrə uzman olan alimlərin məsələyə yalnız
bir sahənin baxıĢ bucağından yanaĢması, türk etnosunun qədim tarixinə
xronoloji ardıcıllıqla yox, diaxroniyadan kənarda, tarixin müəyyən sinxron
kəsiyində baxılması ilə ortaya çıxmıĢdır. Ona görə də Ön Asiyadan baĢ-
qa, hansı tarixə aid olmasından asılı olmayaraq, harada türk izi varsa, ilk
türk yurdu sayılmıĢ, nəticədə Uzaq Doğudan tutmuĢ Ural dağlarına qədər
müxtəlif bölgələr ikinci deyil, ilkin Atayurd kimi verilmiĢdir:
- Doğu Asiya (Menges)
- Uzaq Doğu, Mancuriya, Khinqan dağları (Ramstedt)
- Mancuriya ilə Monqolustanın güneyi (Parker)
- Amur çayı dolayları (Yavuz)
- Baykal gölünün doğusu (Tomaschek)
- Baykal gölünün güney-batısı (Koppers)
- Baykaldan Qobu çölünə qədər (Gahz)
- Altay dağları (Klaprothe, Hammer, Schott, Castren, Vamberi)
- Altayın doğusu (Radlov, Ligeti)
- Altay-Qırğız bozqırları (Menghin)
- Qazaxıstan (Eickstedt)
- Tanrı dağları - Asiyanın quzey-batı əraziləri (Strzygowsky)
- Tyan-ġan bölgəsi (Almasy)
- Tyan-ġanın quzey-batı yaxaları ilə Aral gölü arası (De Guignes, Üçok)
- Altay və Ural dağları arası ilə Aral gölü bölgəsi (Nemeth)
- Ural-Altay arası (Rasonyi)
- ĠrtıĢ-Ural arası (Zichy)
- Orta Asiya (Poppe)
Prototü rk
Atayu rdu
213
Göründüyü kimi, türklərin ilkin yurdu Mancuriyadan Ural dağına
qədər
müxtəlif
bölgələrdə
göstərilir.
Əlbəttə, bu qədər
tanınmıĢ yabançı
alimlərin təpkisi altında hər hansı bir türk aliminin, hətta azman alimin
Atayurd prbleminə baĢqa cür yanaĢmasını gözləmək çətindir. Ona görə
də ilkin türk yurdu kimi Orta Asiyanı görən ġ. Günaltayı və bu yurdun
Tyan-ġanla Aral gölü arası olduğunu güman edən Z.V.Toğanı və yaxud
Altay-Sayan dağlarının güney-batısı, yəni Minusinsk-Tuva-Abakan boz-
qırlarını sayan
Ġ. Kafesoğlunu çox qınamaq da olmur, baxmayaraq ki, ta-
rixçi olmasa da, Atatürk türklərin Anadoluda çox qədimdən var olduğunu
söyləyirdi. K. Gürün yazır ki, türklərin ilk yurdu məsələsinə gəlincə, ək-
sər tarixçilər bu bölgənin Orta Asiya olması fikrində həmrəydirlər, lakin
bölgənin hüdudlarını dar və geniĢ, daha batı və daha doğuda olduğunu
sayanlar vardır. Müəllif özü isə ilk Atayurdun hüdudlarını belə təsəvvür
edir: «Khinqan Dağlarının batısından baĢlayaraq, Baykal hövzəsi, Sayan-
Altay dağları boyunca BalxaĢ hövzəsinə gəlib, Tanrı dağları boyunca yeni-
dən doğuya yönələrək Qobu çölündən Khinqan dağlarına qovuĢan bir cizgi
içində qalan bölgə ilə Seyhun-Ceyhun çayları arasındakı Maverayünnəhr
dediyimiz bölgə».
95
Ancaq ilkin yurdun müxtəlif bölgələrdə göstərilmə-
sinin özü də göstərir ki, problemə yanaĢma metodu elmi
deyil,
çünki
ilkin
yurd
bir
bölgədə olur. Necə ki, monqollar üçün belə bölgə
Mərkəzi
Asiya,
dravidlər üçün Ġranın güneyi, finuqorlar üçün Ural,
hindavropalılar üçün
Qaradənizin quzeyi, samilər üçün Ərəbistan yarımadası olmuĢdur.
Ġlkin Atayurdu probleminin çözülməsi tarixi miqrasiyaların vaxtı və
yönünü müəyyən etməkdən çox asılıdır. Belə miqrasiyalardan danıĢarkən,
m.ö. IV-I minillər arasında Ön Asiyaya gələn etnosları sadalamıĢdıq. AĢa-
ğıdakı sxemdən
də
göründüyü
kimi,
Ġkiçayarasında
yaĢayan
subar-kəngər
boylarının ərazisinə IV
minildə gələn sumerlərdən sonra,
III-I minillər boyu
95
Gürün, 20, 40; Bu dolaĢıq sitatı gətirməmək də olardı, lakin türklərin ilkin Atayurdu
probleminə türk tarixçiləri üçün tipik olan bu yanaĢma tərzini son on ildə Türkiyədə ke-
çirilən qurultay və simpoziumlarda çox görmüĢəm. Həmin beynəlxalq elmi toplantılarda
belə yanaĢma metodunun yanlıĢ olduğunu dəfələrlə söyləmiĢəm. Osmanlı imperiyası kimi
qüdrətli bir dövlətin varisləri olan bu arkadaĢlar hələ də romantik «Altaydan gəlmə» ov-
qatından ayrıla bilmir. Yalnız qondarma «erməni soyqırımı» Avropa parlamentləri gündə-
minə gələndən sonra bir az ayıldılar. Türklərin Anadoluya Malazgird (1071) savaĢından
sonra yox, 4 minil öncə girdiyini vurğulayan prof. Ekrem MemiĢ yazır ki, gerçək tarixi
buraxıb da, elmdə köhnəlmiĢ sonradan gəlmə fikrindən yapıĢsaq, rumlar və ermənilər
baĢda olmaqla, bir çox türk düĢməni «madam ki, siz Anadoluya Türküstan//Orta Asiya-
dan gəldiniz, o halda gəldiyiniz yerə dəfolub gedin» deyə bilərlər (MemiĢ, 2002, 73).
Dostları ilə paylaş: |