«Doqquz Bitik» sırası



Yüklə 3,78 Kb.
Pdf görüntüsü
səhifə106/122
tarix30.12.2017
ölçüsü3,78 Kb.
#18490
1   ...   102   103   104   105   106   107   108   109   ...   122

 
228 
əhalinin çoxu avropoid idi. Yalnız TaĢtık kulturu (m.ö. III-m.s.V) çağında 
burada
 
monqoloid
 
və qarıĢıq tiplər görünür.
 
Tuva-Xakas bölgəsi avropoid 
irqin braxikefal növünün  formalaĢdığı ərazidir. TaĢtıklı protoxakaslarda 
monqoloid cizgi hələ zəif idi, hətta m.s.VII-X əsrlərə qədər Çin və Tibet 
qaynaqları onları monqol-tibet etnosundan fərqli «sarısaç, göygöz» insan-
lar kimi verirdi.
115
 
ÇağdaĢ xakaslarda isə monqoloid cizgi qabarıqdır. Bu 
Atayurdun Batı və Doğu Sayan dağları arasındakı bölgədə Orta Yenisey 
yaxaları  boyunca  neolit
 
və Afanasyevo kulturundan tutmuĢ, TaĢtık kultu-
runa qədər müxtəlif arxeoloji abidələrin yeri E.
 
B.
 
Vadetskayanın verdiyi bu 
xəritədə əks olunmuĢdur:  
                                                 
115
 ПСДК, 199. 


 
229 
(7)
 
Görünür,
 
vaxtilə
 
xakas-saqay
 
boylarından ayrılıb,
 
doğuya
 
gedən 
saxalar  Baykal  yaxasında  monqoloidlərlə  daha  sıx  qaynayıb-qarıĢmıĢ  və 
bura  saxalar  (yakutlar)  üçün  ikinci  Atayurda  çevrilmiĢdir.  Ona  görə  də 
daha sonralar quzey-doğuya  keçən saxaların fiziki  görkəmi  monqol-tun-
qus görkəminə yaxındır. Saxalar türk yurdundan xeyli uzağa getdiyi kimi, 
saxa dili də baĢqa türk dillərindən xeyli fərqlənir. 


 
230 
Beləliklə,
 
ötəri
 
nəzərdən
 
keçirdiyimiz
 
hər
 
yeddi  bölgənin  ayrı-ayrı 
özəlliyi olduğunu gördük, batıdan doğuya getdikcə türk boylarında mon-
qoloid cizgilərin artması səbəbi də aydınlaĢdı. Bu cizgilərin hun və saxa 
boylarına nisbətən qədim saqa boylarında az olması səbəbi Hun imperi-
yasında doğu sınırların Baykala çatması ilə bağlıdır.  
Göytürk yazısında Qapağanın m.ö. XIX-XVII əsrlərdə Urmu yaxa-
sındakı  Turuk  bəyliyinin  tarixinəcən  uzanan 65 babasından  söz  açması, 
rənglərin semantikasına görə, Azərbaycandan doğuya gedən turuk boy-
larının  adına  «doğu»  anlamlı  göy  sözünün  qoĢulması  və  göytürklərin 
yeni  (ikinci)  Atayurdunun  «Türküstan»  adlanması  ora  miqrasiya  edən 
turuklarla bağlı olduğu kimi, orada Su bəyliyinin yaranması da Azərbay-
canda özünü göstərən daha qədim sub (suv, su) boylarının Subar (Suv-bi, 
Su-bi)  adlı  bölgə-ölkə  və  bəyliklərinin  təkrarı  idi.  Beləliklə,  boya-cəhət 
və yön-cəhət sözləri aydın göstərir ki, Altay nəzəriyəsi
 
yanlıĢdır,
 
çünki
 
türklər
 
Azərbaycana
 
doğudan  gəlməmiĢlər,  əksinə,  onlar  Güney-Doğu 
Anadolu  və  Azərbaycandan  doğuya  getmiĢ,  çox  sonralar  isə  bəzi  türk 
boyları ilkin Atayurda qayıtmıĢlar. 
Göründüyü kimi, bəzi bölgədə türk boyları minillər boyu yaĢasa da, 
həmin bölgənin Atayurda çevrilməsi üçün müəyyən tarixi Ģərait olmalıdır. 
Atayurdun  yaranması  yuxarıda sadalanan tarixi  köç,  münasib  etnokultur 
və demoqrafik durum, dil imkanı və siyasi qurum kimi Ģərtlərdən asılıdır. 
Bəzən ikinci Atayurdda formalaĢan  xalq müəyyən səbəbdən oranı tərk 
etməli olur, necə ki, xakas-saqay boylarından ayrılıb Baykal yaxasında 
formalaĢan  saxa  xalqı  sonralar  quzey-doğuya  köçmüĢ,  Azaq  dənizi  ilə 
Quzey Qafqaz arasında ardıcıl olaraq, m.ö.VI - m.s. XII əsrlər boyu döv-
lətlər  quran  saqa,  bulqar,  xəzər  boylarının  bir  qismi  buradan  müxtəlif 
yönlərə
 
çəkilmiĢ,
 
bir
 
qismi
 
Avropa
 
xalqları
 
içində,
 
bir
 
qismi də rus-ukrayna 
(kazak)  xalqlarının  içində  ərimiĢ,  kiçik  bir  qismi  isə  (qaraçay-balkar, 
kumuq) uzun müddət «milli dövləti» olamyan xalq durumuna düĢmüĢdür.  
Tarixi miqrasiyaları əks etdirən arxeoloji və onomastik material da 
ilkin yurddan gedən və sonra bura qayıdan boylar haqqında aydın təsəvvür 
yaradır. Ġlkin prototürk Atayurdu ilə sonrakı Atayurdların müqayisəsi isə 
bir daha aydın göstərir ki, türk etnosu doğudan Ön Asiyaya deyil, buradan 
doğuya miqrasiya etmiĢdir, bu baxıĢ isə Urmu teoriyasının özülü sayılır.  
 
 
 


 
231 
5. ETNĠK COĞRAFĠYA 
 
Dövlət sınırlarını içinə alan siyasi coğrafiyadan fərqli olaraq, etnik 
coğrafiya daha davamlı olur. Belə ki, müəyyən regionda ayrı-ayrı dövlət-
lərin qurulub dağılması ilə zaman-zaman siyasi sınır dəyiĢmələri baĢ verir, 
lakin etnik sınırlar yalnız əhalinin yerdəyiĢməsi və ya gəlmə xalqın içində 
əriməsi nəticəsində dəyiĢir.
 
Yuxarıda əhalinin yerdəyiĢməsindən,
 
miqrasi-
yaların səbəb və növündən bəhs etmiĢ, məcburi və könüllü, yaxın və uzaq 
köçlərdən, həmçinin demoqrafiyanın özəlliklərindən söhbət açmıĢdıq.  
O ki qaldı hər hansı bir xalqın baĢqa dilli xalqın tərkibində dilini 
itirib  assimilyasiyaya  uğraması  məsələsinə,  bu  da  prinsipcə  etnoqraf  və 
dilçilərin  tədqiqatlarında  aydın  Ģərh  oluna  bilən  olaydır.  Belə  ki,  Azər-
baycanın  etnik  demoqrafiyasında  bir-iki  epizodik  olay  istisna  olmaqla, 
türk  uruq  və  boylarının  assimilyasiyası  olmamıĢdır.  Azərbaycana  gələn 
azsaylı ərəb tayfaları istisna olmaqla,  baĢqa xalqların assimilyasiyası da 
görünmür, çünki gəlib Azərbaycanda məskunlaĢan baĢqa dilli xalqlar mi-
nillər  boyu  ikidilli  (bilinqvizm)  durumda  yaĢamaq  imkanından  məhrum 
olmamıĢlar. Ümumiyətlə, hər hansı bir xalqın baĢqa dilli xalqın içində əri-
məsi tarixboyu davam edən bir prosesdir. Vaxtilə sumer, elam, het, hurri, 
urartu, kassi, etrusk xalqları bu və ya digər xalqın içində ərimiĢ və dilini 
itirərək  «ölü dillər»  siyahısına düĢmüĢlər. Türk  xalqlarından bu duruma 
düĢən Dunay bulqarlarının taleyi əriyib itmə olayının klassik örnəyidir. 
Quzey
 
Qafqazdan gedib bugünkü
 
Bolqarıstanda dövlət quran bulqar 
türkləri xristianlığı qəbul etmiĢ və bir neçə əsrdən sonra dillərini itirərək 
yerli  slav  boylarının  içində  əriyib  getmiĢlər.
 
Bulqarların
 
qurduğu dövlətin 
adı  isə  baĢqa  etnik  xalqa  məxsus  ölkənin  və  dövlətin  adında  bugünəcən 
qalmaqdadır.  
Baxmayaraq ki, bulqar xanı Kurum özündən üç minil əvvəl Qut çarı 
olmuĢ (m.ö. 2141-2140) Kurumun adını daĢıyır, onun xələfləri isə tədri-
cən türk adlarını da dəyiĢmiĢlər. Belə ki, Kurum xanın (803-814) soyundan 
olanlar Omurtaq (819-831) və Malamirdən (831-836) sonra I Boris (BarıĢ) 
Mixail (852-889), I Simon Veliki (893-927), Anna, Piotr və Roman kimi 
adlar daĢıyırlar.
116
 
Tarixboyu yad mühitə düĢən türk boylarının bu cür əri-
yib itməsinə dair onlarla ibrətamiz örnək vermək olar, lakin baĢqa dilli xal-
qın türk etnik coğrafiyasında əriməsi nadir hallarda görünür. 
                                                 
116
 HB, 1988, 290. 


Yüklə 3,78 Kb.

Dostları ilə paylaş:
1   ...   102   103   104   105   106   107   108   109   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə