35
bir daha göstərir ki, Urmu teoriyasının təsbit etdiyi kimi monqol və türk
etnoslarının əlaqəsi genetik yox, sonrakı olaydır:
75
arxa
ön
sağ
sol
Monqol:
=quzey
=güney
=batı
=doğu
Türk:
=batı
=doğu
=güney
=quzey
Prototürklərin ilkin Atayurdunun Azərbaycan və Güney-Doğu Ana-
dolu olduğunu nəzərə alsaq, aydın olar ki, doğuya gedən türk boylarının
doğu sözündə «ön», geri sözündə isə «batı» çaları onların batıdan doğuya
miqrasiyasını göstərir:
Prototürklərin ilkin
Atayurdu probleminə düz-
gün yanaĢan və bu yurdun
Güney-Doğu Anadolu ol-
duğunu, türklərin buradan
batı, doğu, quzey yönlərə
miqrasiyası ilə türk dilləri-
nin üç bölümə ayrılmasını
m.
ö. II minildən öncə baĢ
verdiyini söyləyən F. La-
tıpov yazır ki, hindavropa
xalqlarının dilində güney
anlamlı sözün «ön» çaları ilə bu xalqların güneyə miqrasiyasını müəyən
edirlərsə, eyni üsulla türk boylarının da doğu sözündə «ön», geri sözündə
«batı» çaları türklərin batıdan doğuya miqrasiyasını göstərir.
76
Atayurdda qalan Azərbaycan türklərinin dilində isə doğu türk dillə-
rindən fərqli olaraq doğu//ön, batı//arxa (geri), quzey//sol, güney//sağ söz-
lərində sinonimlik (eĢanlam) yaranmamıĢdır. Atayurdun yerli sakinlərinə
həmin eĢanlamlar gərək olmamıĢdır, cünki onlar buradan getməmiĢlər.
Göytürk yazılarında da yön bildirən irəli,
bəri,
geri,
yuxarı sözləri
uyğun olaraq, cəhət bildirən doğu (gündoğan), batı (günbatan), güney
75
Жуковская, 1988, 157.
76
Латыпов, 1991, 106-107.
36
(günorta), quzey (gecəortası) sözləri ilə qoĢa iĢlənir. Bunu Kültigin abidə-
sindəki bu mətndə aydın görmək olur:
:ürgli:aLHit:ıDGTK:dis:itügd:nmBS uB :iNDuB irlgb:zGozuqT
:URGRIy:AhIQsTB:nük:uRGiRuq:URHısoTRo:nük:ürgrib:aKSGoT:nÜk
:NDuB:aC:rörök:aHm:puq:NDB:ikrÇi:aJ:uRHisuTRu:nüt
[Tokuz-Oğuz bəgləri, budunı! Bu sabımın edgüti esid, katığdı tıñla:
ilgerü - kün toğusıka, birgerü - kün ortusıñaru, kuriğaru - kün batıskıña,
yırğaru - tün ortusıñaru anda içreki budun kop maña körür (anc)a budun].
77
«Doqquz-Oğuz bəyləri, xalqı! Bu sözümü yaxşı eşit, qatı dinlə: İrəli -
gündoğana, bəri - günortaya, geri - günbatana, yuxarı - gecəortasına qə-
dərki xalqların hamısı mənə itaət edir»
Nə üçün azər dilində yön bildirən sağ-sol, arxa-irəli sözləri doğu
türklərdə olduğu kimi cəhət bildirən termin anlamında iĢlənmir? Məncə,
bu suala cavabı doğuya gedən türk boylarının qədim miqrasiya olayında
axtarmaq
lazımdır,
çünki arxanı batı, önü doğu, sağı güney, solu isə quzey
sayanlar batıdan doğu yöndə böyük köçün yaĢamını dadmıĢ və bu olayı
nəsillərin yaddaĢ saxlancına sızdırıb, günümüzə qədər dilində yaĢadan
doğu türk boylardır. Ön Asiyadan Altaya gedən boylar bu yolu beĢ-on
ilə deyil, yüzillər boyunca nəsilləri dəyiĢə-dəyiĢə getmiĢlər. Protoazər
boylarısa kiçik lokal
yerdəyiĢmələr istisna olmaqla, yurdlarından uzaq
ellərə
getmədiyindən dilində istiqamət bildirən sözlərdə əlavə cəhət anlamı
yaranmamıĢdır. Beləliklə, boya-cəhət və yön-cəhət sözləri aydın göstərir
ki, Altay nəzəriyəsi
yanlıĢdır,
çünki
prototürklər
Azərbaycana
doğudan
gəlməmiĢlər, əksinə, onlar Güney-Doğu Anadolu və Azərbaycandan doğu-
ya getmiĢ və çox sonralar bəzi türk boyları Atayurda qayıtmıĢlar, bu isə
Urmu nəzəriyəsinin baxıĢıdır.
Göründüyü kimi, türk etnosunun kosmonimiya ilə bağlı çoxçeĢidli
inamları və bunu dilində əks etdirən deyimləri vardır. Türklər YaranıĢ
və Samanyolu mifi, yön
=
cəhət, boya
=
cəhət görüĢü və deyimi, dünya
ağacı, dünyanın vertikal-horizontal bölgüləri, zaman ölçüləri, 12 añlı
təqvimi ilə Ön Asiyanın ən qədim xalqlarından biridir. Türk etnosunun
kosmoqonik və astroloji görüĢləri geniĢ tədqiq olunmasa da, türk dillərində
77
Orkun, 1994, 23.
37
bu sahəyə aid çoxlu arxaizmlərin varlığı aydın göstərir ki, türklərdə kos-
monimiya uzun və zəngin inkiĢaf yolu keçmiĢdir.
Çox
vaxt ölkələrarası savaĢ,
çoxsaylı miqrasiyalar,
dövlətin
dağılması, ərazinin parçalanması və yeni
dövlətlərin əvvəlki durumdan fərqli sınırlar içində
yaranması
nəticəsində
etnik coğrafiya
ilə siyasi coğ-
rafiya üst-üstə düĢmür. Bu səbəbdən, Azərbaycanın
coğrafi durumu daha mürəkkəbdir, çünki prototürk
dövrü
baĢa çatanda protoazər boyları mərkəzi Urmu gölü olmaqla böyük
bir regiona yayılmıĢ, burada zaman-zaman müxtəlif ərazili, müxtəlif etnik
tərkibli dövlətlər qurulub-dağılmıĢ, siyasi coğrafiya vaxtaĢırı dəyiĢmiĢ,
etnik coğrafiya isə nisbətən stabil qalmıĢdır.
Etnik demoqrafiyanın coğrafiyası fonunda siyasi-inzibati durumu
öyrənmək üçün Ġslamöncəsi durumdan baĢlayıb qədimə getmək, bir sıra
çoğrafi anlamlara aydınlıq gətirmək lazım gəlir. Nəzərə alınmalıdır ki,
bugün tarix-coğrafiya elmində, həm də rəsmi sənədlərdə iĢlənən bir çox
ölkə adı ilkin məna tutumunu çoxdan itirib. Məsələn, qədim bars adlı
türk boyunun adından qalmıĢ Pars (Fars) bölgə və körfəz adı sonralar
burada dövlət
quran
Əhəmənilər çağından baĢlayaraq keçən əsrin ortala-
rına qədər bu dövlətin bəzən böyüyən, bəzən kiçilən əsas ərazisinin adı
kimi rəsmi sənədlərdə
iĢlənmiĢdir.Yalnız
1935-də
Pers
Ģahı baĢqa
dövlət-
lərə müraciət etdi ki,
dövlətin
və
ölkənin adı Persia deyil, İran kimi tanın-
sın. Əslində,
Ġran (Aryan) adı qədimdə Əfqanıstanın quzeyi Heratda kiçik
bir bölgə adı idi. Persia və Ġran kimi Ermən coğrafi adında da etnik deyil,
siyasi-inzibati sınırlanma vardır.
78
Belə ki, Van gölünün quzeyində Dəclə-
nin
yuxarı axarında
qədim subar
türklərindən qalma ermən boyunun
yaĢa-
dığı kiçik bir bölgə Ərməniyə
/
Armeniya adlanırdı,
sonralar
bu bölgəyə
yerləĢən haylar da Ərməndə yaĢayan xristian anlamında ərməni adlandı.
Mada dövlətindən baĢlamıĢ Xilafətə qədər Ərmən bölgəsinin adı Pers,
Ərsaq, Sasani, Roma, Bizans, Ərəb dövlətlərinin tabeliyində caniĢinliyin
siyasi-inzibati ərazisi kimi gah böyüdü, gah da kiçildi. Bu coğrafi sınırların
ilkin
Ərməndə sonralar məskunlaĢan hay etnosuna qətiyən
dəxli yoxdur.
Dağlıq
Qarabağ
və
Güney Qafqaz kimi coğrafi adların dünya medi-
asında Naqornıy Karabax, Zakavkazye kimi rusca deyiminin də islaha
78
Suriya, ərəb və fars qaynaqları etnik və siyasi coğrafiyadan fərqli olaraq, qriqoryan
kilisə birliyi anlamında Ərməniyə sınırlarını çox geniĢ biçimdə verirdi, çünki ərmən adı
«xristian» anlamında xristian türkləri, hay və bəzi qafqazdilli xalqları da bildirirdi.
Coğrafi durum
Dostları ilə paylaş: |