«Doqquz Bitik» sırası



Yüklə 3,78 Kb.
Pdf görüntüsü
səhifə31/122
tarix30.12.2017
ölçüsü3,78 Kb.
#18490
1   ...   27   28   29   30   31   32   33   34   ...   122

 
72 
Yeni  yaranmıĢ  belə  topoformantlar  dillər  və dialektlər  üzrə  çeĢidli 
əlavə  fonetik  görkəm  (avand,  vəng)  və  semantik  çalar  alır.
18
 Naxçıvan

Ordubad kimi
 
adlarda artıq
 
avan, abad yox, van, bad formaları iĢtirak edir. 
Van formantına nisbətən bat/bad formantı çox qədim çağda müstəqil sözə 
çevrilmiĢ

onun
 
«divar»
 
anlamı
 
da  yaranmıĢdır.
 
Dilimizdə  təndirin  badı 
deyimi həmin anlam çalarını saxlamıĢdır.
 
Bu sözlə yaranan Ordubad adı-
nın birinci tərəfi də qədim azər onomastikası üçün xarakterikdir.
19
  
Ordu-Balık,
 
Qızıl-Orda
 
kimi
 
adlarda
 
iĢlənən
 
ordu/orda  sözünə  qədim 
Ön Asiya və Azərbaycan yeradlarında rast gəlmək olur: Elam Ģəhəri kimi 
verilən Urdalik(a) və Əhəməni dövrü Babil sənədində Kukurdi  yeradları  
«orduluq» və «göyordu» anlamına uyğun gəlir. Urartu çarı Sarduri Təbriz-
Naxçıvan arasında zəngi boylarının yaĢadığı Sanqi-but bölgəsində, KiĢpal 
dağının döĢündə qala tikdirir və qaynaqlar bunu Sardurixurda kimi verir. 
Göründüyü kimi,
 
urartu qarnizonu üçün tikilmiĢ bu qalaya yerli zəngi boy-
ları  «Ģahın  ordugahı»  anlamında  Sardurun-Ordası  demiĢlər  və  bu  yerli 
deyimi
 
urartular
 
öz
 
dillərinin
 
qramatikasına uyğun
 
Sardur-ix-urda Ģəklinə 
salmıĢ, asur qaynağı da onu 
URU
Sardurixurda kimi vermiĢlər.
20
  
Areal  izoqlosu  olan  patin,  batan,  vatan  (vətən)  sözləri  də  analoji 
dəyiĢmələrlə ortaya çıxmıĢdır. Anabad, Batabat, Güləbat, Kasabet, Baran-
bet  toponimlərində  olduğu  kimi,
 
qədim
 
Akbatan
 
(Həmədan),
 
Atropaten  və 
Urmu hövzəsində  asur qaynağının
 
qeyd etdiyi qədim Kilambati qalasının

Andarpatin

Andirbatian/Andirpattian  bölgəsinin
 
adı  bat/batan/patin  sö-
zünü əks etdirir.
 
Ceyranbatan tipli adlardakı batan isə xalq etimologiyası 
ilə  bağlı  ayrı  məzmunlu
 
söz
 
olub
 
«batmaq»  anlamı  daĢıyır.  Bat  sözünə 
yaxın yuxarıda qeyd etdiyimiz ayrı
 
yolla yaranan but  sözcüyü də vardır. 
                                                 
18
 Bəzi türk dialektləri «nd, nt, nc, ng» səsbirləĢməsinə meylli olduğundan qılıc > qılınc, 
səməd >səmənd, penir > pendir, tüfək >tüfəng kimi dəyiĢmələrə yol verir. Belə dialekt 
mühitində  avan  >avand,  bud  >  bund,  van  >  vəng  variantları  ortaya  çıxa  bilir.  Ayrıca 
Vəng adlı toponimlər Ġsmayıllı, Kəlbəcər və Vank, Vanklu Qarabağ bölgələrində vardır. 
Bu sözdəki -g/-k samiti cəmlik bildirən -q samiti də ola bilər. Belə ki, digər türk dillə-
rindən fərqli olaraq, azər və Kıprıs türkcəsində I Ģəxsin cəmində (bizik, aldıq) və ono-
mastikada  olan  həmin  -q  samiti  vaxtilə  Balkandan  Van  hövzəsinə  gələn  hay-erməni 
dilinə də keçmiĢdir. Bu, haydilli qaynaqlarda yer və boy adlarında əks olunur: Quqark 
«gögərlər», Kaspk «kaspilər», Kanqark «kəngərlər» və s.    
19
 M. Qıpçaq (Novruzov) Ordubad adında abad sözünü görən alimlərə etiraz edib, düzgün 
olaraq, adın ordu+bad sözləri ilə yarandığını və fars dilinə keçən bad sözünün yenidən 
abad formasında bumeranq kimi geri qayıtdığını yazır (Новрузов, 1987, 180-182). 
20
 ТУ, 167. 


 
73 
Boy
 
(bod)
 
sözünün
 
ĢəkilçiləĢmiĢ
 
bu
 
variantı  Qırğız  elində
 
qırxoğul 
boylarından biri olan uzunbut  etnonimi (uzun-but), Azərbaycanda Soltan-
bud  (soltan-bud),  Ağcabədi  (ağca-budu)  toponimləri  əks  etdirir.  Qədim 
Azərbaycan ərazisində asur qaynaqları Sanqibut, Karsibut, Saqbut, Qızıl-
bud  bölgələrinin  adını  qeyd  etmiĢdir.  Bu bölgələr  «zəngi  yurdu»,  «karsi 
yurdu», «saqa yurdu», «qızıl yurdu» olduğu üçün həmin but sözü ilə veril-
miĢdir.
21
 Hətta, asur yazısı Bit-Sanqi və Bit-Sanqibut formalarını da qeyd 
etmiĢdir, yəni Sanqi-but türk dili modeli, Bit-Sanqi isə asur dili modelidir.  
Beləliklə,  bat  formantından  fərqli  olaraq,  but  boyadına  qoĢulur  və 
sumer yazısındakı E, asur dilindəki bit sözlərinin vəzifəsini daĢıyır. Asur 
yazılarında Bit-Baru, Bit-BurutaĢ, Bit-Aqusi, Bit-Kapan toponimləri baru, 
burutaĢ, aqusi etnonimlərini ortaya çıxardır ki, bunlar da qədim bor/börü, 
börüdaĢ,  oquz,  qapan  türk  boyadlarına  uyğun  gəlir.
22
 Tonyukuk  abidəsi 
«Türksir bodun yerintə bod kalmadı» (Türk-sir xalqı yerində boy qalmadı) 
cümləsi ilə bodun (xalq) və bod (boy) sözlərini aydın əks etdirir. 
Ön Asiya izoqlosları içində -ba/-ma,
 
-be/-me/-pe,
 
-bi/-pi,
 
-bu/-mu al-
lomorfları ilə görünən -bi Ģəkilçisi də diqqəti çəkir. Belə ki, bu Ģəkilçini 
əks etdirən qədim toponimlər əsasən Azərbaycan ərazisinə düĢür:
23
 Belə 
adlar  sırasında  azər  xalqının  tarixində  aparıcı  yer  tutan  kaspi  və  azərbi 
                                                 
21
 Bu adlardakı but  sözünü  izah  etmək  üçün  bəzi  alimlər qədim  Qızılbud/Qızılbund 
adını Culfa bölgəsindəki Soltanbud dağı və Beyləqan ərazisindəki Sultanbud təpəsi ilə 
müqayisə edib, bunda/buda sözcüyünün «dağ» anlamı daĢıdığını güman edir və qədim 
Qızılbud adını «qırmızı dağ» kimi verirlər (AT, 1996, 42); Bu yanlıĢ izah baĢqa bir tarix 
kitabında da vardır. Burada Qızılbuda «qırmızı təpə»,
 
Sanqibuta
 
isə «üç
 
ayaqlı
 
dağ qolu» 
anlamı verilmiĢdir
 
(AT,
 
1994,
 
100-101); Əlbəttə,
 
təmiz
 
türkcə olan sanqibut (zəngi boyu) 
ilə qızılbud (qızıl boyu) adlarında but sözcüyünün düzgün anlaĢılmaması bu  yanlıĢ  yo-
zumları ortaya çıxarmıĢdır. Qızılbud hər hansı bir «qırmızı» dağın deyil, qızıl boyları ya-
Ģayan böyük bir bölgənin adıdır, buradan axan çaya da Qızıl-üzən demiĢlər. Ġ. M. Dyako-
nov  da  bu  bölgə  adının  qədim  qaynaqda  qeyd  olunmuĢ  Qizinkissi  formasının  Qızılbud 
ilə eyni ola bilməsini ehtimal etmiĢdir
 
(Дьяконов,
 
1956, 202). Məsələyə alim fəhmi ilə 
düzgün yanaĢan tarixçi
 
əgər türk etnonimlərinə
 
qoĢulan but
 

 
kiĢi sözlərinin eyni funk-
siya daĢıdığını, yəni az-kiĢi, altay-kiĢi modelində olan qızıl-kissi ilə qızıl-but etnoniminin 
eyni olduğunu bilsəydi, bu qiymətli müĢahidəsini güman Ģəklində deyil, gerçək durumu 
əks etdirən qanunauyğunluq kimi verə bilərdi. 
22
 Bit-Kapani modeli göstərir ki, müasir Qafan adında olduğu kimi, qədim qaynaqlarda 
qeyd  olunan  Urmi  hövzəsindəki  Kapani,  Uqarit  ölkəsindəki  Qaban  toponimləri  qədim 
türk boyu qaban/qapan adını əks etdirir. 
23
 Ulluba/Uliba, Zirma, Ezama, Kuma/Kume, Arame,
 
Urume/Urme, Arme, SiraĢme, Bit-
Xirmami, Ariarmi,
 
Dimame,
 
Tarzanabi,
 
Tarxanabe,
 
Andiabe, Madape, Ellipi/Elipi, Subi, 
Suvbi, Sumbu, Kutebu(m), Lulume/Lullumu, Salanibu və s. (ТУ, 1970.). 


Yüklə 3,78 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə