1
“Dövlət qeydiyyatına alınmışdır”
Azərbaycan Respublikasının
Ədliyyə Nazirliyi
Qeydiyyat №3928
“08” iyul 2010-cu il
Nazir müavini
__________Toğrul Musayev
“Təsdiq edilmişdir”
Azərbaycan Respublikası
Mərkəzi Bankının İdarə Heyəti
Protokol № 15
“16” iyun 2010-cu il
Mərkəzi Bankın sədri
__________ Elman Rüstəmov
BANK OLMAYAN KREDİT TƏŞKİLATLARI
TƏRƏFİNDƏN KREDİTLƏRİN VERİLMƏSİNƏ XÜSUSİ RAZILIĞIN
(LİSENZİYANIN) VƏ İCAZƏLƏRİN ALINMASI ÜÇÜN MÜRACİƏT
QAYDALARI HAQQINDA
TƏLİMAT
BAKI – 2010
2
1. Ümumi müddəalar
1.1. Bu Təlimat “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında”,
“Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikasının
qanunlarına və digər normativ hüquqi aktlarına uyğun olaraq hazırlanmış və bank
olmayan kredit təşkilatları tərəfindən (bundan sonra - BOKT) kreditlərin verilməsi
üçün xüsusi razılıq (lisenziya) (bundan sоnra - lisenziya) və girov əmanəti qəbul
etmək hüququ olan BOKT-nin öz filiallarının açılmasına icazələrin alınması üçün
müraciətlərin və onlara əlavə olunan sənədlərin forma və məzmununu, habelə
girov əmanəti qəbul etmək hüququ olmayan BOKT-lərin filiallarının, eləcə də hər
iki növdən olan BOKT-lərin nümayəndəliklərinin açılması barədə əvvəlcədən
Azərbaycan Respublikasının Mərkəzi Bankına (bundan sonra - Mərkəzi Bank)
məlumatın təqdim edilməsi formasını müəyyən edir.
1.2. Girov əmanəti, inzibatçı və bu Təlimatda istifadə olunan digər
anlayışlar
“Bank
olmayan
kredit
təşkilatları
haqqında”
Azərbaycan
Respublikasının Qanununda (bundan sonra – Qanun) verilən mənalarda istifadə
edilmişdir.
1.3. Girov əmanəti yalnız Mərkəzi Bankın BOKT-yə verdiyi lisenziyada bu
barədə xüsusi icazə olduğu halda qəbul edilə bilər.
1.4. Lisenziya və icazələrin alınması üçün təqdim edilən sənədlər texniki
vasitələrdən istifadə edilərək doldurulmalı və qovluqda təqdim edilməlidir.
Sənədlər bir səhifədən artıq olduqda tikilməli, nömrələnməli, səlahiyyətli şəxsin
imzası və BOKT-nin möhürü ilə təsdiq edilməlidir.
1.5. Xarici hüquqi və fiziki şəxslər tərəfindən təqdim olunan bütün sənədlər
qanunvericiliyə müvafiq qaydada leqallaşdırılmalı və Azərbaycan dilinə tərcüməsi
notariat qaydasında təsdiq olunmalıdır.
1.6. Lisenziyanın və icazələrin alınmasına dair BOKT-nin müraciətlərinə
Qanuna müvafiq surətdə baxılır və nəticələri barədə müraciət edənə yazılı şəkildə
məlumat verilir.
3
2. Lisenziyanın alınması üçün müraciət
2.1. Kreditlərin verilməsi sahəsində fəaliyyətin həyata keçirilməsinə
lisenziya almaq üçün BOKT-lər tərəfindən Mərkəzi Banka aşağıdakı sənədlər
təqdim olunmalıdır:
2.1.1. təsisçi (təsisçilər) və ya qanunvericiliyə müvafiq qaydada vəkil
edilmiş şəxs (şəxslər) tərəfindən imzalanmış ərizə (əlavə №1);
2.1.2. dövlət qeydiyyatı haqqında şəhadətnamənin və nizamnamənin notariat
qaydasında təsdiq edilmiş surətləri;
2.1.3. minimum nizamnamə (şərikli) kapitalının ödənilməsi (ilkin əmlakın
formalaşdırılması) barədə bank sənədi;
2.1.4. təşkilati struktur haqqında məlumat;
2.1.5. inzibatçılarının Qanunun tələblərinə müvafiq peşə yararlılığı və
qəsdən törədilmiş cinayətlərə görə məhkumluqlarının olmaması haqqında məlumat
(əlavə №2);
2.1.6. maliyyələşdirilmə mənbələri, habelə kredit siyasətinin əsas
göstəriciləri (ərazi əhatəsi, kreditləşdirmənin subyektləri, kreditin verilmə
müddətləri, faiz dərəcələri və s.) barədə məlumat;
2.1.7. xarici ölkənin ərazisində fəaliyyət göstərən BOKT-nin Azərbaycan
Respublikasında filialının açılmasına xarici nəzarət orqanının icazəsi (həmin
ölkənin qanunvericiliyi ilə tələb olunduğu halda);
2.1.8. lisenziyanın alınması üçün dövlət rüsumunun ödənilməsini təsdiq
edən bank sənədi.
2.2. Bu Təlimatın 2.1.4 - 2.1.6-cı bəndlərində nəzərdə tutulmuş məlumatlar
yazılı formada tərtib edilir və ərizəni imzalayan şəxs (şəxslər) tərəfindən
imzalanaraq BOKT-nin möhürü ilə təsdiq edilir.
2.3. Girov əmanəti qəbul etmək hüququ ilə lisenziyanın alınması üçün
müraciət edən BOKT-dən bu Təlimatın 2.1-ci bəndində nəzərdə tutulmuş
sənədlərdən başqa digər sənədlərin təqdim edilməsi tələb olunmur.
4
3. Girov əmanəti qəbul etmək hüququ olan BOKT-nin filialının
açılmasına icazənin alınması üçün müraciət
3.1. Girov əmanəti qəbul etmək hüququ olan BOKT öz filialının açılmasına
icazə almaq üçün Mərkəzi Banka aşağıdakı sənədləri təqdim etməlidir:
3.1.1. BOKT-nin rəhbəri tərəfindən imzalanmış ərizə (əlavə №3);
3.1.2. filialın açılması barədə BOKT-nin səlahiyyətli idarəetmə orqanının
qərarı;
3.1.3. filialın əsasnaməsi (əsasnamə BOKT-nin səlahiyyətli idarəetmə
orqanının qərarı ilə təsdiq edilməlidir);
3.1.4. filialın inzibatçılarının təyin edilməsi haqqında BOKT-nin səlahiyyətli
idarəetmə orqanının qərarı;
3.1.5. filial inzibatçılarının Qanunun tələblərinə müvafiq peşə yararlılığı və
qəsdən törədilmiş cinayətlərə görə məhkumluqlarının olmaması haqqında
məlumat.
3.2. Bu Təlimatın 3.1.5-cü bəndində nəzərdə tutulmuş məlumat yazılı
formada tərtib edilir və BOKT-nin rəhbəri tərəfindən imzalanaraq möhürlə təsdiq
olunur (əlavə №2).
4. Girov əmanəti qəbul etmək hüququ olmayan BOKT-nin filialı və hər iki
növdən olan BOKT-nin nümayəndəliyinin açılması barədə məlumatın
verilməsi
4.1. Girov əmanəti qəbul etmək hüququ olmayan BOKT-nin filialı və hər
iki növdən olan BOKT-nin nümayəndəliyi əvvəlcədən Mərkəzi Banka yazılı
məlumat verilməklə açıla bilər.
4.2. Məlumatda (əlavə №4) qərarı qəbul edən idarəetmə orqanının adı,
qərarın tarixi və nömrəsi, açılan filialın və ya nümayəndəliyin adı və ünvanı,
rəhbərləri, onların ixtisası və iş təcrübələri barədə informasiya əks olunmalıdır.
5
4.3. Məlumat filialın və ya nümayəndəliyin açılması barədə BOKT-nin
səlahiyyətli idarəetmə orqanı tərəfindən qərar qəbul edildiyi gündən 5 iş günü
ərzində təqdim edilməlidir.
5. Yekun müddəalar
5.1. Mərkəzi Bank BOKT-lərə verdiyi lisenziya və icazələrin Qanuna
müvafiq surətdə vahid reyestrini tərtib edir. Reyestrə BOKT-lərin, onların
filiallarının və nümayəndəliklərinin adları, ünvanları, onlara verilmiş və ləğv
edilmiş lisenziyaların və icazələrin qeydiyyat nömrələri və tarixləri, inzibatçıları
barədə məlumat, fəaliyyətinə xitam verilmiş BOKT-lər, onların filial və
nümayəndəlikləri haqqında məlumat daxil edilir.
5.2. Reyestrə daxil edilmiş məlumatda, habelə təsis sənədlərində
(nizamnamədə, əsasnamədə) edilən dəyişikliklər barədə BOKT Mərkəzi Banka 5
təqvim günü müddətində yazılı bildiriş göndərməlidir. BOKT-yə yeni inzibatçı
təyin edildikdə bildirişə bu Təlimatın 2.1.5-ci və 3.1.5-ci bəndlərində nəzərdə
tutulmuş məlumat əlavə edilməlidir.
5.3. Qanunun qüvvəyə mindiyi tarixə fəaliyyətdə olan BOKT girov əmanəti
qəbul etmək hüququnu əldə etmək üçün Qanuna müvafiq qaydada yeni lisenziya
almaq üçün Mərkəzi Banka müraciət etdikdə sənədləri bu Təlimata uyğun olaraq
təqdim etməlidir.
5.4. Fəaliyyətinə könüllü sürətdə xitam verilməsi barədə qərar vermiş
BOKT lisenziyasının və icəzəsinin ləğvi barədə müvafiq ərizə (əlavə №5) ilə
Mərkəzi Banka müraciət etməlidir. Bu zaman girov əmanəti qəbul etmək hüququ
olan BOKT ərizəyə girov əmanəti hesab(lar)ının cari vəziyyəti barədə bank
arayışını əlavə etməlidir.
6
Bank olmayan kredit təşkilatı tərəfindən kreditlərin verilməsinə
xüsusi razılığın (lisenziyanın) və icazələrin alınması üçün
müraciət qaydaları haqqında Təlimat”a
Əlavə №1
Azərbaycan Respublikasının
Mərkəzi Bankına
“___” ___________ 20__-c_ il
№ __________________
Xüsusi razılıq (lisenziya) alınması üçün
ƏRİZƏ
“___”__________ 20___-c_ il tarixində aşağıdakı şəxslər tərəfindən təsis edilmiş və
________________________________________________________yerləşən
(BOKT-nin ünvanı)
_______________________________________________
(BOKT-nin adı)
girov əmanəti qəbul etmək hüququ olan/olmayan* BOKT qismində keditlərin verilməsi
üçün lisenziyanın verilməsini xahiş edir:
fiziki şəxs (şəxslər) _____________________________________________________
(soyadı, adı, atasının adı, yaşayış yeri, şəxsiyyətini təsdiq edən sənədin nömrəsi və
verilmə tarixi)
hüquqi şəxs (şəxslər)_____________________________________________________
(adı, olduğu yer və dövlət qeydiyyatı nömrəsi)
Əlavə: (təqdim olunan sənədlərin siyahısı, nüsxələri və hər nüsxə üzrə vərəqlərin sayı).
Mən, aşağıda imza edən bu Ərizədə və ona əlavə olunan bütün sənədlərdə olan
məlumatların düzgünlüyünü təsdiq edirəm və əmin edirəm ki, məndə olan məlumata görə onlar
dəqiq və tamdır. Həmin məlumatlarda baş verən əhəmiyyətli dəyişikliklər barədə Azərbaycan
Respublikasının Mərkəzi Bankına dərhal məlumat verməyi öhdəmə götürürəm.
Səlahiyyətli şəxsin (şəxslərin)_____________________________ ________________
(soyadı, adı, atasının adı) (imza)
M.Y.
* uyğun variant qeyd olunmalıdır
7
“Bank olmayan kredit təşkilatı tərəfindən kreditlərin verilməsinə
xüsusi razılığın (lisenziyanın) və icazələrin alınması üçün
müraciət qaydaları haqqında Təlimat”a
Əlavə №2
________________________________________BOKT-nin
İnzibatçısı barədə
MƏLUMAT
İnzibatçının soyadı, adı, atasının adı_______________________________________
BOKT-də tutduğu vəzifə________________________________________________
Təhsili______________________________________________________________
(təhsil aldığı müəssisənin adı və aldığı ixtisas)
Ümumi əmək stajı_____________________________________________________
Maliyyə/bank sistemində əmək stajı (əgər varsa)_____________________________
Məhkumluğunun olmaması barədə məlumat_________________________________
İnzibatçının faksı, elektron poçt ünvanı (əgər varsa) və əlaqə telefonu_____________
BOKT-nin rəhbəri (İdarə Heyətinin sədri, direktor) __________________ ___________
(soyadı, adı, atasının adı) (imza)
Tarix___________ M.Y.
8
“Bank olmayan kredit təşkilatı tərəfindən kreditlərin verilməsinə
xüsusi razılığın (lisenziyanın) və icazələrin alınması üçün
müraciət qaydaları haqqında Təlimat”a
Əlavə №3
Azərbaycan Respublikasının
Mərkəzi Bankına
“___” ___________ 20__-c_ il
№ __________________
Girov əmanəti qəbul etmək hüququ olan BOKT-nin
filialının açılmasına icazənin verilməsinə dair
Ə R İ Z Ə
_____________________________________________________________
(BOKT-nin adı)
___________________________________________________ keçirilmiş iclasının
(səlahiyyətli idarəetmə orqanının adı)
“___” ___________ 20__-c_ il tarixli _________ №-li qərarına uyğun olaraq
_____________________________________________________________yerləşən
(filial və ya nümayəndəliyin ünvanı)
_________________________________________________________________
(filial və ya nümayəndəliyin adı)
açılmasına icazə verilməsini xahiş edir.
Əlavə: (təqdim olunan sənədlərin siyahısı, nüsxələri və hər nüsxə üzrə vərəqlərin sayı).
Mən, aşağıda imza edən bu Ərizədə və ona əlavə olunan bütün sənədlərdə olan
məlumatların düzgünlüyünü təsdiq edirəm və əmin edirəm ki, məndə olan məlumata görə onlar
dəqiq və tamdır. Həmin məlumatlarda baş verən əhəmiyyətli dəyişikliklər barədə Azərbaycan
Respublikasının Mərkəzi Bankına dərhal məlumat verməyi öhdəmə götürürəm.
BOKT-nin rəhbəri (İdarə Heyətinin sədri, direktor)_________________ ___________
(soyadı, adı, atasının adı) (imza)
M.Y.
9
“Bank olmayan kredit təşkilatı tərəfindən kreditlərin verilməsinə
xüsusi razılığın (lisenziyanın) və icazələrin alınması üçün
müraciət qaydaları haqqında Təlimat”a
Əlavə №4
Azərbaycan Respublikasının
Mərkəzi Bankına
“___” ___________ 20__-c__ il
№ __________________
BOKT-nin filialının*
(nümayəndəliyinin) açılması barədə
MƏLUMAT
_____________________________________________________________
(BOKT-nin adı)
___________________________________________________________keçirdiyi
(səlahiyyətli idarəetmə orqanının adı)
“____” ___________ 20__-c__ il tarixli iclasda (qərar №___)
_____________________________________________________________yerləşən
(filial və ya nümayəndəliyin ünvanı)
_________________________________________________________ açılması barədə
qərara (filial və ya nümayəndəliyin adı)
qərar qəbul edilmişdir.
Əlavə: filialın (nümayəndəliyin) inzibatçıları barədə məlumat (bu Təlimatın 2 №-li
əlavəsində müəyyən edilmiş formada).
Mən, aşağıda imza edən bu Ərizədə və ona əlavə olunan bütün sənədlərdə olan
məlumatların düzgünlüyünü təsdiq edirəm və əmin edirəm ki, məndə olan məlumata görə onlar
dəqiq və tamdır. Həmin məlumatlarda baş verən əhəmiyyətli dəyişikliklər barədə Azərbaycan
Respublikasının Mərkəzi Bankına dərhal məlumat verməyi öhdəmə götürürəm.
BOKT-nin rəhbəri (İdarə Heyətinin sədri, direktor) __________________ ___________
(soyadı, adı, atasının adı) (imza)
M.Y.
*Bu məlumat girov əmanəti qəbul etmək hüququ olmayan BOKT filialının açılması
zamanı təqdim olunur.
10
“Bank olmayan kredit təşkilatına, onun filial və nümayəndəliyinə
xüsusi razılığın (lisenziyanın) alınması üçün
müraciət qaydaları haqqında Təlimat”a
Əlavə №5
Azərbaycan Respublikasının
Mərkəzi Bankına
“___” ___________ 20__-c_ il
№ __________________
BOKT-nin lisenziyasının (icazəsinin) ləğv olunmasına dair
Ə R İ Z Ə
__________________________________________________________ (BOKT-nin adı)
________________________________________________________keçirilmiş iclasının
(səlahiyyətli idarəetmə orqanının adı)
“____” ___________ 20__-c_ il tarixli _________ №-li qərarına* uyğun olaraq
________________________________________________________________________
________________________________________________________________________
(ləğv edilmənin səbəblərini göstərilməklə)
______________________________________________________________yerləşən
(BOKT-nin, filial və ya nümayəndəliyin ünvanı)
_________________________________________________lisenziyasının (icazəsinin)
(BOKT-nin, filial və ya nümayəndəliyin adı)
ləğv edilməsini xahiş edir.
Əlavə: girov əmanəti hesabının (hesablarının) cari vəziyyəti barədə bank arayışı**.
BOKT-nin rəhbəri (İdarə Heyətinin sədri, direktor) __________________ ___________
(soyadı, adı, atasının adı) (imza)
*qərarın surəti əlavə olunmalıdır
**girov əmanəti qəbul etmək hüququ olan BOKT tərəfindən təqdim olunmalıdır
Dostları ilə paylaş: |