53
Bəs necə olub ki, onu Sofinin çarpayısının altında itirib?
Və Alberto Knoks. Bu nə qəribə addır belə?
Ən azı bir şey təsdiqini tapmışdı. Hilde Moller Knaq ilə filosof
arasında əlaqə var. Amma Hildenin doğma atasının onların ünvanlarını
dəyişik salması isə heç ağlabatan deyildi.
Sofi oturub düşüncələrə daldı; onunla Hilde Moller Knaq arasında
nə əlaqə ola bilər? Axırda təslim oldu. Filosof yazmışdı ki, bir gün
görüşəcəklər. Bəlkə o, günlərin birində Hildeni də görə biləcək.
Məktubu çevirdi. Yalnız indi arxasında yazılmış cümlələri gördü:
Belə bir şey varmı: təbii iffət?
Ən müdrik adam odur ki, bilmədiyini bilirəsi dərketmə daxildən gəlir.
Doğrunun nə olduğunu bilən adam əməldə də doğrunu edəcək.
Sofi bilirdi ki, ağ zərflərdə gələn bu qısa cümlələr onu bundan bir az
sonra çatacaq növbəti böyük zərflərə hazırlamaq üçündür. Qəfildən
ağlına bir fikir gəldi. Əgər “çapar” qəhvəyi zərfi qoymaq üçün bu gizli
guşəyə gələcəksə, Sofi elə buradaca oturub gözləyə bilər.
Sofi fəlsəfədən çox onun kim, qadın, ya kişi olması mövzusundan
yapışıb qaldı. Məktubdan elə çıxırdı ki, “çapar” balacadı. Uşaq ola
bilər, görəsən?
“Belə bir şey varmı: təbii iffət?”
Sofi bilirdi ki, iffət utancaqlıq sözünün köhnə dəbli şəklidi. Bəs
nəyəsə görə utanmaq təbiidir? Nə isə təbiidirsə, deməli, hamıda eynidi,
utanmaq nəyə lazım. Dünyanın neçə-neçə
yerində çılpaq olmaq tam təbii sayılır. Deməli, cəmiyyət sənin nəyi edə
biləcəyinə, nəyi edə bilməyəcəyinə qərar verir. Nənəsi cavan olan
vaxtlarda adamlar köynəksiz günəş vannası qəbul edə bilməzdi. Bu
günsə çox adam bunun “təbii” olduğunu düşünür, baxmayaraq ki, hələ
də bu, bir çox ölkələrdə qəti qadağandı. Bu fəlsəfədi? Sofi təəccüb
içindəydi.
Növbəti cümlə bu idi: “Ən müdrik adam odur ki, bilmədiyini bilir”.
Kimdən daha müdrik? Əgər filosof onu nəzərdə tutursa ki, hər şeyi
bilmədiyini anlayan adam az bilən, amma çox bildiyini düşünən
adamdan daha müdrikdir, - hə, bununla razılaşmaq elə də çətin deyil.
downloaded from KitabYurdu.org
54
Sofi əvvəllər bu barədə heç düşünməmişdi. Amma düşündükcə ona
daha çox aydın oldu ki, nəyi bilmədiyini bilmək də bir bilik növüdü.
Sofinin fikrincə, ən axmaq şey heç nə bilməyənlərin özlərini hər şeyi
bilən kimi aparmasıdı.
Növbəti cümlə əsl dərketmənin daxildən gəlməsidi. Bəs bütün
biliklər kənardan insanın başına daxil olmur? O biri tərəfdən, Sofi
bəzən anasının və ya müəllimlərinin ona
qavramağa hazır olmadığı şeylər öyrətməyə çalışdıqlarını xatırladı.
Amma Sofi məhz o şeyləri həqiqətən də öyrənmişdi ki, onlara özünü
vermişdi. Zaman-zaman elə olurdu ki, əvvəllər tam rədd etdiyi şeyi
sonra qəfildən anlayaraq qəbul edirdi. Bəlkə də insanlar “dərketmə”
deyəndə bunu nəzərdə tuturlar.
Hələlik pis getmir. İlk üç sualın öhdəsindən yaxşı gəldiyini düşündü.
Amma növbəti mülahizə elə qəribəydi ki, dodağı qaçdı. “Doğrunun nə
olduğunu bilən adam əməldə də doğrunu edəcək”.
Bu o deməkdirmi ki, bank qarətçisi bankı ona görə qarət edib ki,
ondan daha yaxşısını, daha doğrusunu bilməyib? Sofi belə
fikirləşmirdi. Əksinə, düşünürdü ki, həm uşaqlar, həm də böyüklər
sonradan peşman olduqları şeylər edirlər, sırf ona görə ki, həmin şeyi
bildikləri yaxşılığın əksinə gedərək ediblər.
Oturub fikirləşdiyi vaxt çəpərin o biri, meşə tərəfindən kolların
arasında xışıltı eşidildi. Deyəsən, çapardı. Sofinin ürəyi sürətlə
döyünməyə başladı. Ləhləyən heyvan səsinə də oxşayırdı. Birdən
böyük, labrador cinsindən olan bir it içəri girdi.
Ağzında tutduğu böyük qəhvəyi zərf Sofinin ayaqlarının altına
düşdü. Bütün bunlar elə sürətli baş verdi ki, Sofinin reaksiya verməyə
vaxtı olmadı. Bir saniyədən sonra o, əlində böyük zərfi tutub oturmuşdu
- it isə yenidən meşəliyin dərinliklərinə götürülmüşdü.
Nəsə deməyə, nəsə eləməyə macal tapmadığından özünə acığı tutdu,
ağlamağa başladı.
Beləcə vaxt hissini itirərək oturdu.
Birdən başını qaldırdı. Ah, bu, filosofun dediyi çapar idi! Sofinin
ürəyi yerinə gəldi, dərindən nəfəs aldı. Əlbəttə, ona görə ağ zərflərin
downloaded from KitabYurdu.org
55
kənarları nəm, üzərində də deşiklər olurmuş. Necə olmuşdu ki, bu onun
ağlına gəlməmişdi?! İndi filosofa məktub yazanda zərfin içinə balaca
bir biskvit və ya bir parça qənd qoymaq heç də pis olmazdı.
O, heç də həmişə istədiyi kimi ağıllı ola bilməzdi, amma kimin
ağlına gələrdi ki, çapar əhliləşdirilmiş itdi! Yumşaq desək, bu bir az
qəribə idi! Çaparı Alberto Knoksun harada olduğuna aid sirr verməyə
məcbur etmək kimi fikirlərini artıq unuda bilərdi.
Sofi böyük zərfi açdı və oxumağa başladı.
“Afina fəlsəfəsi
Sən bunu oxuyanda gərək ki, artıq Hermeslə görüşmüsən. Hermes
itin adıdı. Amma narahat olma. O, çox xoşxasiyyət, üstəlik, bir çox
insanlardan daha ağıllı itdir. Əslində olduğundan daha ağıllı olması
kimi bir görüntü yaratmağa heç vaxt çalışmır.
Yəqin onun adı diqqətindən yayınmadı, bu adın da mənası var.
Yunan mifologiyasında Hermes tanrıların çaparı idi. O, həm də
gəmiçilərin tanrısı idi. Onu da bilmək vacibdi ki, Hermesin adından
“hermetik” sözü əmələ gəlib, bu isə gizli, yaxud “əlçatmaz”,
“sukeçirməz” deməkdi, Hermes burada da bizim ikimizi bir-birimizdən
gizli tutmağa çalışır.
Beləliklə, çapar təqdim edildi. O, adını çağıranda adamın yanına
gəlir, əmin ol ki, bütün məsələlərdə çox yaxşı tərbiyə görüb.
Qayıdaq fəlsəfəyə. Artıq kursumuzun birinci hissəsini tamamladıq.
Birinci hissə deyəndə mən mifoloji dünya mənzərəsindən qəti imtina
etmiş təbiət filosoflarını nəzərdə
tuturam. İndi isə biz üç böyük klassik filosofla - Sokrat, Platon və
Aristotel ilə tanış olacağıq. Onların hər birinin öz yolu var. Onların
fəlsəfələri bütün Avropa sivilizasiyasına təsir göstərib.
Təbiət filosoflarına Sokrataqədərki filosoflar da deyirlər, çünki onlar
Sokratdan əvvəl yaşamışdılar. Demokrit Sokratdan bir neçə il sonra
vəfat etsə də, onun bütün ideyaları Sokrataqədərki təbiət fəlsəfəsinə
aiddir. Sokrat coğrafi və həmçinin dövri cəhətdən yepyeni bir yoldur.
O, Afinada doğulmuş böyük filosofların ilkidir, o da, onun iki ardıcılı
da Afinada yaşayıb, yaradıblar. Yadına gələr, Anaksaqor da bir müddət
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |