13
Geoloji proqnoza görə mineral yanacağın həcmi 12.5 trln.
ton təşkil edir. Bu min ilə kifayət edə bilər. Bu ehtiyatlar
kömür (60%), neft və qaz (27%) və eləcə də yanar şist və
torfdan ibarətdir.
Yanacaq enerji ehtiyatlarında kömürün xüsusi çəkisi daha
artıqdır. Dünya miqyasında daş kömürün və boz kömürün
ehtiyatı 5 trln. ton (daha dəqiq 4.8 trln. ton) təşkil edir. Kömür
ehtiyatı kəşfiyyatı 75 ölkədə aparılmışdır. Bunlardan ən çox
kömür olan
ölkə ABŞ (445 trln. ton), Çin (272 mlrd. ton),
Rusiya (200 mlrd. ton), CAR (130 mlrd. ton), Almaniya (100
mlrd ton), Avstraliya (90 mlrd ton), Böyük Britaniya (50 mlrd
ton), Kanada (50 mlrd ton), Hindistan (29 mlrd ton) və Polşadır
(25 mlrd ton). Hazırda dünyada ildə 4.5 mlrd ton kömür
çıxarılır.
Dünya miqyasında kəşfi məlum olan neft ehtiyatı 90-cı
illərdə 270-350 mlrd ton (proqnoza görə isə 800 mlrd ton)
qiymətləndirilir. Ən çox neft ehtiyatları Səudiyyə Ərəbistanı –
25.4%, İraq – 11%, BƏƏ – 9.4%, Küveyt – 9.3%, İran – 9.1%,
Venesuela – 6.8%, Rusiya – 4.8%, Çin –
2.4%, ABŞ – 2.4%
(1998) kimi ölkələrdədir.
İldə orta hesabla 3.0 mlrd ton neft çıxarılır. Xəzər dəniz
ərazisində olan neft ehtiyatı cəmi ehtiyatların 3-4 faizindən
14
artıq deyildir. Dünya üzrə neft və qaz çıxarılmasının 40%-ə
qədəri (OPEK) neft ixrac edən ölkələrin payına düşür.
Hazırda bura daxildir: Əlcəzair, Qatar, Venesuela,
Küveyt, Qabon, Liviya, İndoneziya, Nigeriya, İraq, Səudiyyə
Ərəbistanı, İran,BƏƏ.Bu təşkilat 1960-cı ildə yaranmışdır
(İqamətgahı Vyanadadır).
Kəşf edilmiş qaz ehtiyatı 144 trln kub metr (1998) təşkil
edir. Ən çox qaz ehtiyatı aşağıdakı ölkələrdədir: Rusiya-39.2%,
Qərbi Asiya -32,Şimali Afrika-6.9%, Latın Amerikası-5.1%,
Şimali Amerika-4.9%, Qərbi Avropa-3.8%. 1998-ci ilin
əvvəlinə qaz ehtiyatının həcmi Rusiyada 47600 mlrd. m
3
,
İranda 21200, ABŞ-da 4654, Əlcəzairdə 3424, Türkmənistanda
2650, Norveçdə 3800, Qazaxıstanda 1670, Niderlandda 1668,
Liviyada 1212, Böyük Britaniyada 574 mlrd. m
3
təşkil edir.
Hazırda ildə 2.2 trln m
3
qaz çıxarılır. Deməli təbii qaz
ehtiyatı 71 ilə kifayət edə bilər.
Hidroenergetika mineral ehtiyatları faydalı qazıntı hesab
edilməsə də böyük təbii sərvət olmaqla təbii yanacaq ehtiyatları
ilə bir sırada dayanır. Dünya üzrə hidroenergetika ehtiyatı 9.7-
9.
8 trln kvt. saatdır.
Kəşf edilmiş dəmir filizi 260, proqnoz üzrə isə 600 mlrd.
tona bərabərdir. Ən çox dəmir filizi yataqları Braziliya,
Avstraliya, Kanada, Rusiya, Çin, ABŞ, Hindistan və
15
İsveçdədir. İldə 0.9-1 mlrd. ton dəmir filizi çıxarılır. Bu
xammalın ehtiyatı 250 ilə kifayət edər. Əlvan metal
istehsalında istifadə edilən xammallardan boksidlər əsas yeri
tuturlar. Boksidlərin ehtiyatı proqnoza görə 50 mlrd. ton, o
cümlədən kəşf olunmuşu 20 mlrd. tondur. Ən böyük boksid
yataqları Avstraliya, Qvineya, Braziliya, Venesuelada və
Yamaykadadır. Boksid çıxarılması ildə 800 mln. ton təşkil edir.
Mis filizinin geoloji ehtiyatları 860 mln ton kəşfi məlum
olan isə 450 mln tona bərabərdir. (Əsasən Hindistan,
Zimbabve, Zambiya, Konqo, ABŞ, Rusiya, Kanada nəzərdə
t
utulur). İldə 8 mln ton çıxarılır.
Yer kürəsinin səthi 510 mln kvadrat km. təşkil edir.
Bunun 149 mln kvadrat kilometri quru sahə, 361 mln kvadrat
km-
i isə dəniz və dəryalardır. Ümumi quru sahədən Arktika və
Antarktikanın buzlu sahələrini çıxdıqdan sonra qalan torpaq
sahəsi 134 mln kvadrat km təşkil edir. Torpaq sahəsinin 11%-i
becərilən torpaq, 23%-i çəmənlik və biçənəklər, 33%-i az
məhsuldar torpaqlar, 3%-i yaşayış məntəqələri, sənaye zonası,
nəqliyyat xətləri və s. ibarətdir.
Hazırda cəmi kənd təsərrüfatına yararlı torpaq sahəsi 48.1
mln kvadrat km (4810 mln hektar)-dir. Bunun da 1340 mln
hektarı becərilən (əkin) torpaq sahəsi, 3365 mln hektar isə
çəmənlik və otlaqlardan ibarətdir. Cəmi torpaq fondunda əkinə
16
yararlı sahənin xüsusi çəkisi – Hindistanda 57.1%, Polşada
46.9%, İtaliyada 40.3%, Fransada 35.3%, Almaniyada 33.9%,
ABŞ-da 19.6%, Çində 10.3%, Rusiyada 7.8%, Avstraliyada
6%, Kanadada 4.9%, Misirdə 2.8%-dir.
Azərbaycanın ümumi torpaq sahəsi 8700 min hektardır.
Bundan 4 mln hektarı kənd təssərrüfatına yararlı torpaq
sahəsidir. Bunun da 32%-i əkin yeridir, 2 mln hektarı
otlaqlardır.
Dünyada ildə orta hesabla 6-7 mln hektar kənd
təsərrüfatına yararlı torpaq sahəsi erroziyaya uğrayır. 1.5 mln
hektaradək şorlaşmaya məruz qalıb. Sənaye və nəqliyyat
tikinti
si altında da xeyli torpaq qalaraq kənd təsərrüfatı
dövriyyəsindən çıxır.
Cəmi su ehtiyatı 1386 mln km
3
-
dir. Su ehtiyatının 95.5%-
i duzlu sudur, yalnız 2.5% içməli sudur. İçməli suyun əsasını
çaylar təşkil edir – 47 min km
3
. Bunun da 50%-
i ancaq istifadə
e
dilir. Cəmi istifadə edilən suyun 69%-i kənd təsərrüfatının,
21%-
i sənaye sahələrinin, 6%-i kommunal təsərrüfatı və su
anbarlarının payına düşür. Su ehtiyatlarından istifadə edilməsi
səviyyəsi Misirdə 97.1%, İsraildə 84.4%, Ukraynada 40%,
İtaliyada 33.7%, Almaniyada 27.1%, Polşada 21.9%, ABŞ-da
18.9%, Türkiyədə 17.3%, Rusiyada 2.7%-dir.
Dostları ilə paylaş: |