« В своей работе «Армения в эпоху Юстиниана» он
указывает, кадусии обитали по соседству с албанами и
сакесинами и подчёркивает, что гелы и кадусии разные
народы.»
(О, “Ermənistan Yustinyan dövründə” əsərində göstərir ki,
kadusilər albanlarla və sakesinlərlə qonşuluqda
məskunlaşmışddar və vurğulayır ki, gellər və kadusilər ayrı-
ayrı xalqlar idilər .”)59.
Kadusilərin Xəzər dənizinin sahil rayonlarında,
Elbrusun şimal dağlıq rayonlarında və Qızılüzən
boyunca yaşamış olduqlarını yazan İ.M.Dyakonov isə
nəinki, gelləri və kadusiləri qohum hesab etmiş, hətta
daha da irəli gedərək onları kuti və kassitlərin varisləri
adlandırmışdı60.
Görkəmli Azərbaycan Midiyaşünası İqrar Əliyev də
1960-cı ildə çap etdirdiyi “Midiya tatixi”ndə kadusilər
haqqında məlumat vermişdir. O, Polibinin, Ptolomeyin,
Strabonun, Plininin bəhs etdiyi xalqlar içərisində
matienlər, kaspilər, aynianlar,
elamlılar, parslar,
anariaklar, utilər, gellər, leqlər və başqaları ilə yanaşı
kadusilərin də adının olduğunu qeyd edir61.
Tarixçi Qiyasəddin Qeybullayev də kadusilərin
müasir talışların əcdadları olduğunu etiraf etmiş və
Ə r ə b m ü ə l l i f l ə r i T a l ı ş h a q q ı n d a
59 Yenə orada.
60 И.М.Дьяконов. «История Мидии от древнейших времен до
конча века до н. е.», Москва-Ленинград, 1956, с. 225.
61 И.Алийев, «История Мидия»,
Б.,
1960, с. 138.
- 5 0 -
onların yayılma arealının Atropotenə aid olduğunu
vurğulamışdır. O, yazır:
“Atropotenada İrandilli etnoslar da yaşayırdı. Onların ən
böyüyü talışların ulu əcdadları olan kaduslar idi”62.
İran tarixçiləri Həsən Pimiya, Seyyid Əhməd
Kəsrəvi, Məhəmməd Cavad Məşkur Xəzər dənizinin
cənub-qərbində yaşayan
kadusiləri talışların əcdadı
hesab edərək “kadus” sözünü müasir “taluş”, “taliş”
sözlərinin yunanlaşmış forması kimi təsdiqləyirlər.
Seyyid Əhməd Kəsrəviyə görə “nə kadusilər oradan
getmiş, nə talışlar başqa yerdən gəlmədilər .”
Digər İran tarixçilərindən fərqli olaraq milliyətcə
İran yəhudilərindən olan Səid Nəfisi talışların türk
irqindən olmasını ehtimal etmişdirsə də professor
S.Onullahi Səid Nəfisinin
bu mülahizəsinin səhv
olduğunu sübut edərək yazır ki, “hələ islamiyyətdən
xeyli qabaq kadusilər bu ərazidə yaşamış və talışların
indi yaşadıqları ərazinin ən qədim yerli sakinlərindən
olmuşlar.”
Doğrudur, bu gün İranın və Azərbaycanın etno-
xəritəsində çox mühüm yer tutan talış xalqının
formalaşmasında digər xalqların da ola bilsin ki, rolu
olmuşdur. Lakin, bu heç də o demək deyildir ki,
“talışlar türkdilli talasların varisləridir”. 1925-ci ildə
Talışda olmuş, Talışların etnogenezində türklərin
- /-------- --------------------------- -
—
" Q- Qeybullayev. Azərbaycan türklərinin təşəkkülü tarixindən
В
1984, s. 222.
’
Ə г ə b m ü ə l l i f l ə r i T a l ı ş h a q q ı n d a
- 5 1 -
rolundan bəhs etmiş professor B.V.Millerin fikri
nisbətən daha həqiqətə uyğundur. Miller yazırdı ki, talış
sözündə biz qədimdən burada yaşayan bir tayfanın
adını görürük. Fars tarixi mənbələrində Talışda türk
tayfalarının olduğu
da qeyd edilir ki, onların da
monqol ordularının tərkibində Orta Asiyadan gəlmələri
63
və Talış əyalətində məskunlaşmaları güman edilir.
Daha sonra Miller yazırdı ki, bu zaman gələn türk
tayfalarının bir hissəsi İran Azərbaycanının başqa türk
tayfaları ilə qaynayıb-qarışmış, digərləri isə talışların
içində əriyərək talış dilində danışmağa başlamışlar. O,
qeyd edir ki, “talışlaşmış türklər” kiçil: fonetik “dil
xüsusiyyətlərinə malik olmaqla, həm də Orta Asiyadan
gətirdikləri sünnilik etiqadını saxlamışlar.04
Lakin, kadusilər və Kadusiya haqqında geniş və
əhatəli tədqiqat müasir İran talışşünası və tatşünası,
Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının
fəxri doktoru Əli Əbdoliyə məxsusdur.
O,
“talış” sözünün “kadus”un yunanca dəyişikliyə
uğramış forması olması fikrini 1990-cı ildə farsca çap
etdirdiyi “Taleşha kistənd?”(“Talışlar kimdirlər?”)
kitabında, həm də 2002-ci ildə Tehranda nəşr etdirdiyi
“Kaduslann tarixi” kitabında vermişdir . 6
3
6
4
Ə r ə b m ü ə l l i f l ə r i T a l ı ş h a q q ı n d a
63 Q.Cavadov. Talışlar, B. , 2004, s. 29.
64 Yenə orada, s. 30.
- 5 2 -
Ümumiyyətlə, talışların etnogenezi məsələsi ayrıca
tədqiqat mövzusu olduğu üçün
burada adı çəkilən
məsələyə geniş şəkildə toxunulmayacaq. Buraya qədər
“prototalışlar” və ya “ilkin talışlar”
haqqında qısa
məlumat verdik. Lakin, bu bəhsin əsas məqsədi isə
birbaşa olaraq “Talış” etno-toponimi ilə bağlıdır.
Ümumilikdə, bu termin və ya terminin ilkin variantı
haqqında artıq məlum olduğu kimi yunan, ərəb, fars,
türk, rus mənbələrində maraqlı məlumatlar var .
“Talış” sözünün mənası haqqında isə fikirlər yekdil
deyildir. Bu haqda müxtəlif mülahizələr diqqəti cəlb
edir. Assuriya hökmdarı II Sorqonun (e.ə.721-705)
kitabələrində “Telusina” vilayətinin fəthi
barəsində
söhbət
açılır.
“Telusina”nın
İranın
şimalında
mövcudluğunu nəzərə alsaq çox güman ki, bu
kaduslann
yaşadığı
qədim
əyalət
olmuşdur.
“Telusina”nı “talış” və ya “toloş” sözünün assurlaşmış
variantı hesab etsək, belə bir fərziyyə irəli sürə bilərik
ki, Telusinada yaşayan kadusilər sonradan qonşuları
tərəfindən öz adları ilə deyil, vilayətlərinin adı ilə
“telus” adlandırılmağa başlamışlar ki, bu da Toloş və
Talış sözünün ilkin formalarındandır.
“Talış” adı haqqında başqa bir fikir belədir. Seyyid
Əhməd Kəsrəvi qeyd edir ki, ərəblər Azərbaycana
gələAə qədər “talış” sözünə heç bir mənbədə rast
gəlinmir. Əsərin birinci fəslində qeyd etdiyimiz kimi
“Taylasan” torpaqları haqqında ərəb mənbələrində ilk
Ə r ə b m ü ə l l i f l ə r i T a l ı ş h a q q ı n d a
- 5 3 -