48
Yerin səthi üçün (
)
olur.
Bu ifadədə müxtəlif
en
dairələri üçün radiusun qiymətini
yazmaqla, sərbəstdüşmə təcilinin Yerin
səthi üçün müxtəlif en dairələrində
şəkil 60 - da göstərilmiş qiymətlərini
almış olarıq. Şəkil 60.
Qeyd edək ki,
- Yerin
səthi və Yerin səthinə yaxın hündürlüklər ( ) üçün sərbəstdüşmə təcilinin
orta qiymətidir.
Klassik fizikada (kiçik sürətlər fizikasında və ya Nyuton fizikasında) cismin
kütləsi sürətdən asılı olmadığına görə, ağırlıq qüvvəsi cismin hərəkətdə olub-
olmamasından asılı deyil (bax, relyativistik fizika).
Ağırlıq qüvvəsi cismin özünə (onun kütlə və ya ağırlıq mərkəzinə)
tətbiq olunur və şaquli istiqamətdə aşağı (Yerin mərkəzinə doğru) yönəlir.
Şəkil 61 -də dayaq üzərində olan və asqıdan asılmış cisimlərin, şəkil 62 -
də isə Yerin səthində müxtəlif en dairələrində yerləşən cismin ağırlıq
qüvvələrinin istiqamətləri göstərilmişdir.
Şəkil 61. Şəkil 62.
CİSMİN ÇƏKİSİ.
Yerə cəzb olunması nəticəsində cismin üfiqi dayağa və ya şaquli asqıya
49
göstərdiyi təsir qüvvəsi cismin çəkisi adlanır.
Çəki « » ilə işarə olunur. Çəki qüvvə olduğundan onun vahidi BS – də
, SQS - də
- dır.
Çəki haqqında ətraflı məlumat almaq üçün yaylı tərəzidən kütləsi
olan yük asaq. Bu zaman yay uzanaraq müəyyən bir vəziyyət alacaq. Asqıya (bu
halda yaya) göstərilən təsir qüvvəsi cismin çəkisi olacaq. İndi tərəzi ilə birlikdə
cismi sabit sürətlə sağa, sola, yuxarı, aşağı, təcillə sağa və sola hərəkət etdirək. Bu
zaman tərəzinin əqrəbinin vəziyyətində dəyişiklik baş verməyəcək. Deməli, cismin
çəkisi onun sükunətdəki çəkisi qədər olacaq. Tərəzini təcillə yuxarı (yeyinləşən)
hərəkət etdirən zaman əqrəb çəkinin artdığını, təcillə aşağı (yeyinləşən) hərəkət
etdirən zaman isə azaldığını göstərəcək. Belə çıxır ki, ağırlıq qüvvəsindən fərqli
olaraq cismin çəkisi, onun hərəkətdə və ya sükunətdə olmasından asılıdır. Daha
dəqiq desək, cisim hər hansı «
» təcili ilə yuxarı yeyinləşən hərəkət etdikdə
onun çəkisi artır, «
» təcili ilə aşağı yeyinləşən hərəkət etdikdə isə onun çəkisi
azalır.
Cismin yuxarı yavaşıyan hərəkətində, əksinə, onun çəkisi azalır, aşağı
yavaşıyan hərəkətində isə artır. Ona görə də cismin çəkisi üç müxtəlif düsturla
hesablanır. Daha dəqiq desək: a) cismin çəkisi onun ağırlıq qüvvəsinə bərabər ola
bilir (cisim sükunətdə olduqda, bütün istiqamətlərdə bərabər sürətli hərəkət
etdikdə, təcillə sağa, sola hərəkət etdikdə), b) cismin çəkisi ağırlıq qüvvəsindən
böyük ola bilir (cisim yuxarı yeyinləşən və aşağı yavaşıyan hərəkət etdikdə),
c) cismin çəkisi ağırlıq qüvvəsindən kiçik ola bilir (cisim yuxarı yavaşıyan və aşağı
yeyinləşən hərəkət etdikdə).
Dediklərimizi nəzərə almaqla cismin çəkisi üçün aşağıdakı ifadələri almış
olarıq:
1.
(cisim sükunətdə olduqda, bütün istiqamətlərdə bərabər sürətli
hərəkət etdikdə, təcillə sağa, sola hərəkət etdikdə);
2. )
(cisim yuxarı yeyinləşən və aşağı yavaşıyan hərəkət etdikdə);
3.
(cisim yuxarı yavaşıyan və aşağı yeyinləşən) hərəkət etdikdə).
Dostları ilə paylaş: |