27
Qıpçaq-gürcülərin arxa-arxaya Eldəniz tərəfində iki dəfə məğlubiyyətə
uğraması onların hücumlarını dayandırmadı. Hicri 561-ci ildə (1166) böyük bir
qıpçaq ordusu Azərbaycana soxuldu. Onlar talan və yağma hərəkətlərinə davam
edib Gəncəyə qədər gəldilər. Hicri 569-cu ilin ortalarında (yanvar 1174) onlar bir
kəz daha Azərbaycan və Şərqi Anadoluya hücum etdilər. Qurban bayramı günü (12
iyul 1174) atabəy Naxçıvan üzərindən qıpçaqlara qarşı hücuma keçdi. Ancaq bu
ərazidə çıxan taun xəstəliyi orduya böyük ziyan vurdu. Buna görə atabəy yürüşü
yarıda kəsib geri döndü.
89
Məhərrəm 571-ci ildə (avqust 1175) Atabəy Şəmsəddin Eldəniz yanında
Sultan Arslanşah, Ərmənşah və Diyarbakır orduları ilə abxazlar üzərinə bir kəz
daha hücum etdi. İbn əl-Kalanisinin verdiyi məlumata görə, Eldənizin ordusu "Lori
Dimanis ovasına çatdı və burasını yağmalamağa başladı. Daha sonra da Ahalkalaki
ilə Trialeti arasında yer alan Ağşəhərə girdilər və buranı elə dağıtdılar ki, sanki
burada daha əvvəl heç kəs yaşamamışdır. Gürcü hökmdarı keçilməz meşələrə
qaçdı. Eldəniz bir neçə gün burada qaldıqdan sonra Naxçıvana qayıtdı".
90
Şəmsəddin Eldəniz qısa vaxtda Çin sərhədindən Aralıq dənizinə qədər
uzanan geniş Səlcuqlu coğrafiyasının ən etibarlı və güclü hökmdarına çevrildi. Bu
İraq Səlcuqlularının öz tarixlərinin ən qüdrətli dövrünü yaşamasına yol açmışdır.
Eldənizin güclənməsi ətraf hökmdarların onun hakimiyyətiylə razılaşmağa məcbur
qalmalarına səbəb olmuşdur. Xarəzmşah İl-Arslan, Sultan Səncərin ölümündən
sonra Xorasanda ortaya çıxan oğuz bəyliklərini öz təsiri altına almaq siyasəti də
Eldənizin müdaxiləsinə səbəb olmuşdur. Bunda Nişabur hakimi və Səncərin
əmirlərindən Müəyyəd Ay-Abanın Xarəzmşah qarşısında Eldənizdən kömək
istəməsinin təsiri böyükdür. Bunun üzərinə Eldəniz öz ordusuyla Bistama qədər
hərəkət etmiş və bu da Xarəzmşahın Nişaburu tərk etməsiylə nəticələnmişdir.
91
Daha sonra Reyə hərəkət edən atabəy, bu əyaləti əlinə keçirib oğlu Cahan
Pəhləvanın iqtaları arasına qatdı. Rey hakimi İnanc, atabəyin izniylə ortadan
qaldırıldı.
92
Bu vaxt İraq Səlcuqlularının vassalı Mosul atabəyi Qütbəddin Məvdud
öldü (1170). Onun ölümü üzərinə yerinə oğlu Seyfəddin Qazi Mosul taxtına çıxdı.
Ancaq bir müddətdən bəri Suriyanı idarə edərək xaçlılara qarşı döyüşlərdə böyük
şöhrət qazanmış əmiri Nurəddin Mahmud Mosul taxtını əlinə keçirmək istəyirdi.
Eldəniz bu məsələyə qarışmaq istəmiş və Nurəddin Mahmuda bir məktub
və gümüş xaçları olan hökmdar sövməəsi; üçüncü yükdə qızıl, gümüş və cavahirat olan çar xəzinəsi var
idi ki, onların bəzilərinə qiymət vermək mümkün deyildi". Bax. İbn əl-Əzraqdan nəql edən Bünyadov,
Azərbaycan Atabəyləri, s. 53
89
Eyni əsər, s. 57-58.
90
İbn əl-Kalanisi, Zeyl, s. 365.
91
Bünyadov, Azərbaycan Atabəyləri, s. 60-61.
92
Rey hakimi İnancın öldürülməsi İnancın vəziri Sadəddin Eşəlin əliylə gerçəkləşmişdir. Vəzirin
əmriylə üç qulam İnancı öldürmüş, bunun müqabilində Eldəniz də vəzirin oğlu Pəhləvanın Reydəki
işləri üzrə müvəkkil təyin etmişdir. Eyni əsər, s. 62; Merçil E, İldenizliler (Azerbaycan Atabegleri),
BİT, c. VIII, s. 86.
28
göndərərək onu uyğun bir dildə hədələmişdir. Nurəddin, Eldənizin bu məktubuna
çox əsəbiləşmiş və ona eyni dildə cavab vermişdir. Buna rəğmən iki tərəf arasında
işi müharibəyə qədər götürəcək bir hadisə olmamışdır.
93
Eldənizin müdaxilə etdiyi ölkələrdən biri də Kirman idi. Kirman Səlcuqlu
taxtında meydana gələn hakimiyyət mübarizəsində II Arslanşah kömək üçün
Eldənizə müraciət etmiş, atabəy də Əmir Cəmaləddin Məhəmməd ibn Aqquş
komandanlığında bir ordunu onun ixtiyarına göndərmişdir. Bunun sayəsində 1172-
ci ildə II Arslanşah Kirman taxtına oturmuşdur. Kirman taxtına çıxan II Arslanşah
xəzinəni açıb burada nə varsa hamısını Cəmaləddinə göndərmişdir. Ancaq
xəzinədə yer alan şeylər Eldənizə layiq olmadığından II Arslanşah atabəyə bir
məktub göndərib belə demişdir: "Əgər mən xəzinədə cövhər tapsaydım, bunları
sultandan gizlətməz, ona və Atabəy Eldənizə göndərərdim. Çünki hər ikisi də
mənim haqqımda səhv etmədilər. ... Sultan və Atabəy Eldənizin yanında onlara
üzrxahlığımı bildirin. Kirmandan Həmədana gələn Əmir Cəmaləddin Atabəy
Eldəniz tərəfindən mərasimlə qarşılanmış və Eldəniz onu qucaqlayaraq belə
demişdir: "Allaha şükürlər olsun! Sənin əlinə Kirmanın fəthi, sahibinə təslimi və
bu surətlə sultanın arzusunu yerinə yetirmək müəssər oldu".
94
Atabəy Eldəniz beləcə geniş bir ərazini əlinə keçirmişdir. Onun hakimiyyəti
zamanında İraq Səlcuqluları ən geniş hüdudlara sahib olmuşdular. Eldənizlilərin
nəzarəti altında olan Aran, Azərbaycan, Şərqi Anadolu, əl-Cibəl, İraq-i Əcəm və
İraq-i Ərəb xaricində Kirman Səlcuqluları, Fars Atabəyləri, Xuzistan, Mosul
Atabəyləri, Kuhistan, Kumus, Gilan, Axlat, Gürcüstan və Şirvan kimi böyük
ölkələr Eldənizin əmir və göstərişləri ilə idarə edilirdi.
Hicri 571-ci ilin rəbiül-əvvəl ayında (19 sentyabr - 18 oktyabr 1175)
Şəmsəddin Eldənizin arvadı və Səlcuqlu tarixinin ən məşhur xatunlarından
Mömünə Xatun vəfat etdi. Onu Naxçıvanda, məqbərəsi indiyə qədər duran
Mömünə Xatun türbəsində dəfn etdilər. Bu hadisədən bir neçə ay sonra da Atabəy
Eldəniz vəfat etdi. Qaynaqlar onun vəfatının 571-ci ilin rəbiül-sani ayında (19
oktyabr - 16 noyabr 1175) olduğunu qeyd edirlər. Ondan bir neçə ay sonra da İraq
sultanı Arslanşah ölmüşdür (17 dekabr 1175 - 14 yanvar 1176).
95
Atabəy Eldənizi qaynaqlar "müdrük, adil, ağıllı, zəka sahibi, atabəy əl-
əzəm" olaraq tanıdırlar. Doğrudan da onun dövründə İraq Səlcuqlu dövlətində
davam edən hərc-mərcliyə son qoyulmuş və ölkə uzun bir müddətdən sonra rifaha
çatmışdır. O, Sultan Arslanşah üzərində tam nəzarət sahibiydi. Qaynaqlar atabəy
ilə sultan arasındakı münasibətlər haqqında maraqlı faktlar verirlər. Bunlara görə,
93
Nurəddin Mahmudun məktubu üçün baxın İbn əl-Əsir, əl-Kamil, IX, s. 109-110; eyni müəl,
Atabəylər, s. 153.
94
Merçil, İldenizliler, s. 87.
95
Nişaburi, Selçuknamə, s. 82; əl-Bundari, Zübdət, s. 301; Ravəndi, Rahat, s. 286; Vardan, İstoriya, s.
159; Bünyadov, Azərbaycan Atabəyləri, s. 54; Merçil, İldenizliler, s. 87-88.