34
həmin sadiqlər deyildirlərmi? Allah buyurur:
حينمقمداَّصلا حعحم ْاوُنوُكحو
“Sadiqlərlə olun.”
1
Məgər onlar
“siratullah” deyildirlərmi ki, Allah buyurmuşdur: “Pərakəndə yol ilə getməyin, yoxsa Allah
yolundan saparsınız”.
2
Məgər onlar “ülul-əmr” (rəhbərlər) deyillərmi? Allah buyurur:
احهُّـيحأ احي
حو حهّللا ْاوُعيمطحأ ْاوُنحمآ حنيمذَّلا
و حلوُسَّرلا ْاوُعيمطحأ
ْوُأحّ
ْمُكنمم مرْمحلأا ملي
“Ey iman gətirən şəxslər, Allaha itaət edin,
Peyğəmbərə və sizin özünüzdən olan rəhbərlərin əmrinə itaət edin.”
3
Məgər onlar zikr əhli
deyillərmi? Quran əmr edir:
حنوُمحلْعحـت حلا ْمُتنُك نمإ مرْكِّذلا حلْهحأ ْاوُلحأْساحف
“Əgər bilmirsinizsə zikr əhlindən
soruşun.”
4
Məgər onlar həmin möminlər deyillərmi ki, “Nisa” surəsinin 115-ci ayəsi o haqda
belə buyurur: “Haqq aşkar olandan sonra Peyğəmbər ilə müxalifət edən və möminlərin
yolundan savayı başqa bir yol ilə gedən şəxsi elə getdiyi yolla aparıb cəhənnəmə daxil
edəcəyik.”
5
Məgər onlar “Rəd” surəsinin 7-ci ayəsində deyildiyi kimi, Allah tərəfə “hidayət
edənlər” deyillərmi?
ٍداحه ٍمْوحـق ِّلُكملحو ٌرمذنُم حتنحأ احَّنَّمإ
“Sən yalnız qorxudansan və hər bir qövmün
(dəstənin) hidayətçisi vardır.”
6
Məgər onlar “O kəslər ki, Allah onlara nemət bağışlayıb”-dan
“Camaatı məzhəb məsələsində azğınlıq dəryasında müşahidə etdikdə, mən Allahın adı ilə nicat gəmisinə
mindim ki, həmin peyğəmbərlərin sonuncusu Mustafanın Əhli-beytidir. Allahın ipindən yapışdım ki, bu da
onları sevməkdən başqa bir şey deyildir (ondan yapışmağa əmr olunduğumuz ikən).
1
Ayədəki (Tövbə, 119) sadiqlər sözündən məqsəd düzgün və mütəvatir xəbərlərimizə görə Peyğəmbər və
Əhli-beyt imamlarıdır. Hafiz Əbu Nəim və Müvvəffəq ibn Əhməd də bunu demişlər. İbn Həcər “Səvaiq”in
11-ci babının beşinci ayəsinin təfsirində 90-cı səh.-də imam Səccaddan hədis söyləmişdir ki, 6-cı məktubun
sonunda qeyd etmişik.
2
(Ənam, 153) İmam Baqir (ə) və İmam Sadiq (ə) həmişə buyurardılar ki, doğru yol sözündən məqsəd doğru
imamdır və yollar sözündən məqsəd sizi Allah yolundan uzaqlaşdıran yolunu azmış rəhbərlərdir. Biz isə
Allah yoluyuq.
3
Siqətül-islam Küleyni doğru sənəd əsasında nəql etmişdir ki, Büreyd İcli İmam Sadiqdən (ə) bu ayədən
məqsədin nə olduğunu soruşduqda, İmamın cavabı “Nisa” surəsinin 51, 53-cü ayələrinin müxtəsər şərhi ilə
belə olmuşdur: «Məgər o kəsləri görmədin ki, (Allah) Kitabından faydaları var ikən (onlara hidayət ayələri
nazil olmuş ikən), büt və tağuta iman gətirir və müşriklərə deyirlər ki, sizin yolunuz iman gətirənlərdən daha
doğrudur.” Belələri yolunu azmış rəhbər və atəşə dəvət edənlər haqda deyirlər: Onlar Ali-Məhəmməddən (s)
artıq Allah yoluna hidayət olunmuşlar. Lakin, onlar o kəslərdir ki, Allah onları öz rəhmətindən
uzaqlaşdırmış və Allahın öz rəhmətindən uzaqlaşdıran bəndəsinə bir köməkçi tapılmaz. Məgər onların
hökumətdə (imamət və xilafətdə) paylarımı var? Əgər belə olsaydı, camaata heç bir hüquq verməzdilər.
“Yoxsa camaat Allahın öz fəzlindən onlara (Peyğəmbər və Əhli-beyti) bağışladığı nemətlərəmi paxıllıq
edirlər?” Biz o kəslərik ki, imamətə və Allahın bizə bəxş etdiyi rəhbərliyə görə şübhə və paxıllığa məruz
qalmışıq – “Baxmayaraq ki, Ali-İbrahimə “kitab”, hikmət və böyük səltənət verdik.” Quran deyir: “Onlara
peyğəmbərlər və imamlar göndərdik.” Necə olur ki, Ali-İbrahimi qəbul edir, Ali-Məhəmmədi (s) isə inkar
edirlər? “Onlardan bəzisi ona iman gətirdilər, bəzisi yoluna maneə yaratdılar, lakin cəhənnəmin şölələnən
atəşi onlar üçün kifayətdir.»
4
(Nəhl, 43; Ənbiya, 7) Sələbi özünün “Kəbir” təfsirində Cabirdən nəql edir ki, bu ayə nazil olanda Əli dedi:
“Biz zikr əhliyik.” Bu söz başqa imamlardan da nəql olunmuşdur. Əllamə Bəhreyni “Qayətül-Məram”ın 35-
ci babında bu məzmunda iyirmidən çox doğru hədis nəql etmişdir.
5
İbn Mərdəveyh nəql etmişdir ki, burada Peyğəmbər ilə müxalifət etmək və əziyyətdən məqsəd Əli (ə) ilə
müxalifətdir. “Hidayətin” aydın olmasından məqsəd də Əlinin (ə) məqamıdır.
Əyyaşi öz təfsirində onu nəql etmiş və Əhli-beyt imamları təriqi ilə də bu məna aydın və ardıcıl çatmışdır
ki, möminlərin yolu Əhli-beyt imamlarının yoludur.
6
Sələbi öz “Kəbir” təfsirində bu ayənin altında İbn Abbasdan bir hədis nəql edir ki, deyir: bu ayə nazil
olandan sonra Peyğəmbər (s) əlini Əlinin (ə) sinəsinə qoyub buyurdu: “Mən qorxudanam və Əli yol
göstərəndir. Ey Əli, hidayət olunanlar sənin vasitənlə hidayət olunurlar.”
Bu hədisi şərhçilər və Peyğəmbərin (s) xəbərlərini yazanların çoxu İbn Abbasdan nəql etmişlər. Məhəmməd
ibn Müslim deyir ki, İmam Sadiqdən (ə) bu ayənin şərhini soruşduqda belə, buyurdu: “Hər bir imam öz
dövrünün yol göstərənidir.” İmam Baqir (s) onun şərhində buyurmuşdur ki, “munzir” (qorxudan) Allahın
35
deyillərmi? “Həmd” surəsi yenə onlara işarə edərək buyurmuşdur ki, “Bizi doğru yola hidayət
et, nemət verdiyin kəslərin yoluna.”
1
“Nisa” surəsinin 69-cu ayəsində buyurulur: “Allaha və
Peyğəmbərə itaət edən kəs (qiyamət günü) Allahın onlara bol nemət verdiyi peyğəmbərlər,
doğru danışanlar, şəhidlər və salehlər ilə bir yerdə olacaqlar.”
2
Məgər Allah onların vilayətini
bütün ümmət üçün qərar verməyibmi? Məgər Peyğəmbərdən (s) sonra müsəlmanlara vilayət
və hökumət etməyi onlara aid etməmişmi? Belə isə, bu ayəni oxu: “Başçınız və rəhbəriniz
yalnız Allah, onun peyğəmbəri və o kəslərdir ki, iman gətiriblər, namaz qılır və rüku
məqamında zəkat verirlər; o kəslər ki, Allahın, onun peyğəmbərinin və iman gətirmiş kəslərin
vilayətini qəbul edərlər (qalibdirlər, çünki) Allahın firqəsi və qoşunu qalibdir.”
3
Məgər Allah rəhmət və məğfirəti əyri yoldan dönən, iman gətirən, düzgün və layiqli iş
görən üçün bu şərtlə qəbul etməmişdirmi ki, gərək onların vilayətində olsunlar? Çünki Taha
surəsinin 82-ci ayəsində buyurur: “Şübhəsiz ki, Mən həm də tövbə edib iman gətirəni yaxşı
işlər görüb, sonra da doğru yolu tutanı çox bağışlayanam!”
4
Məgər onların vilayəti Allahın buyurduğu əmanət deyilmi: “Biz əmanəti göylərə, yerə və
dağlara təklif etdik, onlar onu götürməkdən çəkindilər. Lakin insan onu qəbul etdi. Amma
insan (özünə qarşı) zülmkar və çox cahildir.”
5
Məgər onların vilayəti həmin “silm” deyilmi ki,
Allah ona bağlanmağı əmr etmişdir? Allah buyurur: “Ey iman gətirənlər hamınız “silmə” (sülh
rəsulu və “had” (hidayət edən) Əlidir (ə) və sonra əlavə etdi ki, bizim haqqımızdakı bu ayə qiyamətə qədər
doğrudur.
1
Sələbi “Kəbir”də “Fatihə” surəsinin təfsirində Əbu Büreydədən nəql etmişdir ki, “Siratəl-müstəqim”dən
məqsəd Ali-Məhəmməddir (s) və Vəki ibn Cərrahın təfsirindən, Süfyan Suridən, Səudidən, İsbatdan və
Mücahid İbn Abbasdan nəqs etmişdir ki, “bizi doğru yola hidayət et” ifadəsinin mənası bizə Ali-
Məhəmmədin dostluq və məhəbbətini nəsib et, deməkdir.
2
Sözsüz ki, Əhli-beyt imamları sadiqlərin, şəhidlərin və salehlərin qabaqcılları və böyüklərindəndirlər.
3
Bütün müfəssirlərin fikri bu məsələdə eynidir. Əşairə imamlarından (başçılarından) olan Quşçi özünün
“Təcridin şərhi” kitabında imamətə məhəbbət bəhsində etiraf etmişdir ki, bu ayə Əli (ə) haqqında rüku vaxtı
sədəqə verərkən nazil olmuşdur. Nisai özünün “Səhih” kitabında onun Əli (ə) haqqında nazil olmasını
Abdullah ibn Salamdan nəql etmişdir. “Maidə” surəsinin təfsirində “Sihahi Sittə”ni toplayan yuxrıdakı
ayənin Əli (ə) haqqında nazil olduğunu nəql etmişdir. Sələbi də özünün “Kəbir” təfsirində onun Əmirəl-
möminin haqqında nazil olmasını qəti hesab edir (şərhi veriləcək).
4
İbn Həcər “Səvaiq” kitabının 11-ci babının 1-ci fəslində bəhs edərkən bu ayəni 8-ci ayə kimi gətirib deyir:
“Sabit Bənani demişdir ki, “hidayət olunmuş”dan məqsəd, Peyğəmbərin (s) Əhli-beytinin vilayəti ilə hidayət
olmuş deməkdir.” Yenə İbn Həcər deyir ki, bu söz imam Baqirdən (ə) də nəql olmuşdur. Sonra onların
vilayəti vasitəsilə hidayət tapan şəxsin nicatı haqqında bir sıra rəvayət nəql etmişdir. İbn Həcər imam
Baqirdən (ə) hədis nəql edərkən, o həzrətin Haris ibn Yəhyaya buyurduğu sözə işarə etmiş, belə ki, imam
Baqir ona buyurmuşdur: “Ey Haris, məgər görmürsən ki, Allah tövbənin qəbulunu, imanı, doğru işi bizim
vilayətimiz vasitəsilə hidayət olunmaq və haqqımızı tanımaqla şərtləndirmişdir. Bunlar olmadan heç bir
bəndəyə iman, doğru iş və tövbə mənfəət verməz.” Sonra o həzrət cəddi Əmirəl-möminindən (ə) belə nəql
etmişdir: “Əgər bir şəxs tövbə etsə, iman gətirsə və layiqli iş yerinə yetirsə, lakin bizim vilayətimizlə hidayət
olmasa, bu işlər onu ehtiyacsız etməyəcək (ona mənfəət verməyəcəkdir).”
Hafiz Əbu Nəim buna oxşar hədisi Ovn ibn Əbu Cühəyfədən, o da Əlidən (ə) söyləmiş və Hakim (imam
Baqir və imam Sadiqdən), Sabit Bənani və Ənəs ibn Malik buna oxşarını nəql etmişlər.
5
“Əhzab”, 72. Ayənin mənası ilə tanış olmaq üçün “Təfsiri-Safi”yə “Təfsiri-Əli ibn İbrahim”ə Səduqun bu
haqda imam Baqir, imam Sadiq və imam Rzadan (ə) və Əllamə Bəhreyninin “Qayətül-Məram” kitabının
115-ci babında sünnə əhli hədislərindən nəql etdiklərinə müraciət edin.
Dostları ilə paylaş: |