21
çiyin-çiyinə
çalışdıq.
Burada
dostluğumuz
daha
da
möhkəmləndi…
1964-cü ildən etibarən, o, görmə orqanlarının peşə patalo-
giyasına həsr edilmiş doktorluq dissertasiyası üzərində işə baş-
ladı. Üç il ərzində, 1967-ci ilə qədər dissertasiya işinin ayrı-ayrı
fraqmentləri yerinə yetirildi, Bakı Şin Zavodunun müxtəlif
sexlərində çalışanların görmə orqanlarının bir sıra funksiyaları
öyrənildi. Sonradan iş yerini dəyişdiyi üçün dissertasiyasının
yeni hissələrini də Ə.Əliyev adına Azərbaycan Həkimləri
Təkmilləşdirmə İnstitutunun göz xəstəlikləri kafedrasında yerinə
yetirdi. Zərifə xanımın yüksək ixtisaslı mütəxəssis, alim kimi
pedaqoji fəaliyyət sahəsində qazandığı uğurlar da həmin
müəssisənin adı ilə bağlıdır. Qeyd etməliyəm ki, Zərifə Əliyeva
böyük bir həyat yolu keçmiş, həkim-oftalmoloqdan Azərbaycan
EA-nın akademiki, professor, Ə.Əliyev adına Azərbaycan
Həkimləri
Təkmilləşdirmə
İnstitutunun göz xəstəlikləri
kafedrasının müdirliyinə qədər yüksəlmişdi. O, bütün bunlarla
bərabər, həm də gözəl ictimai xadim idi…
70-ci illərin əvvəllərinə qədər N.Nərimanov adına Azər-
baycan Tibb İnstitutunda professor Ümnisə Musabəyovanın
rəhbərlik etdiyi “Göz xəstəlikləri kafedrası” Elmi-Tədqiqat
Oftalmologiya İnstitutunun terapevtik şöbəsinin bazasında
yerləşirdi. Zərifə xanım bu şöbənin böyük elmi işçisi idi. O vaxt
şöbə ilə kafedra vahid bir tam kimi qaynayıb-qovuşmuş üzvi bir
orqanizmə bənzəyirdi. Biz burada bir ailə kimi çiyin-çiyinə
çalışırdıq. Kollektivimiz mehriban, sıx və möhkəm idi,
müəllimlərimiz, yaşlı yoldaşlarımız bizim üçün məxsusi ənə-
nələr qoyub getmişdilər. Ayda bir dəfə biz hamımız işdən sonra
kollektivimizin bir üzvünün evində çay süfrəsinə toplaşardıq. Bu
məclislərin sırasını hər ilin əvvəlində Zərifə xanımın böyük
bacısı, Tibb İnstitutunun göz xəstəlikləri kafedrasında dosent
işləyən Ləzizə xanım tərtib edirdi. Harada yığışmağımızdan asılı
olmayaraq, görüşlərimiz şən və maraqlı keçirdi. Kollektivimizin
22
canı və qəlbi isə həmişə Zərifə xanım olardı. Taleyim mənə düz
əlli il onunla ünsiyyətdə yaşamaq xoşbəxtliyi bəxş edib…”.
Professor Nurlana Əliyevanın “Mənəviyyat tariximizin örnə-
yi” məqaləsində akademik Zərifə Əliyevanın dolğun portreti əks
olunub. Məqalədə deyilir: “…1947-ci ildə Zərifə xanım nəhayət
ki, Tibb İnstitutunu bitirmək barədə diplomunu aldı. Hələ
tələbəlik illərində görkəmli həkim, institutun müəllimi Ümnisə
Musabəyova onun çalışqanlığını görüb göz xəstəlikləri üzrə
ixtisaslaşmağı məsləhət bilmişdi. Həyat göstərdi ki, müdrik
müəllimə yanılmamışdı. Zərifə xanım ömrü boyu öz elmi
seçiminə sadiq oldu və nadir əsərləri ilə oftalmologiya elmini
zənginləşdirdi...
Ailədə və cəmiyyətdə apardığı işlərin ağırlığına baxmayaraq,
o, 140 elmi məqalə, bir necə monoqrafiya və kitab dərc etdirdi.
Çoxillik elmi təcrübədən o bir qənaətə gəlmişdi: insanların xəstə
gözlərinin müalicəsi çətin və ağrılı bir proses idi. Ona görə göz
xəstəlikləri
sahəsində
profilaktika
metodikalarına
artıq
əhəmiyyət verməyə başladı. Bu, uzaqgörən və müasir bir elmi
nəticə idi, oftalmologiyanın gələcək inkişafını qabaqlayırdı.
Onun 70-ci illərdən sonrakı bütün elmi axtarışları bu nəticə ilə
bağlı oldu. Zərifə xanım göz xəstəliklərinin profilaktikası üçün
öz metodikasını hazırladı və bu metodika ona oftalmologiyada
şöhrət gətirdi. O, gənc vaxtlarından axtardığı elmin böyük
yolunu tapmışdı. Bu həm də Azərbaycan tibb elminin nailiyyəti
idi. Bütün bunlar 1983-cü ildə Zərifə Əliyevanın Azərbaycan
Elmlər Akademiyasının həqiqi üzvü seçilməsi ilə elmi etirafını
tapdı. Onun alim şöhrəti artıq Azərbaycanın sərhədlərini çoxdan
aşmışdı...”.
Professor Zəhra Quliyeva xatirələrində yazır: “Tale məni
həyatda Heydər Əliyevlə qarşılaşdırdı. Bu dahi şəxsiyyət həya-
tıma mayak kimi yaşıl işıq yandırdı, yüksəlişimdə, cəmiyyətdə
mövqe tutmağımda həmişə mənə qayğı göstərdi. Rektor təyin
olunmağım, komitə sədri olmağım Heydər Əliyevin mənə
göstərdiyi etimadın, qayğının, münasibətin təzahürüdür.
23
Özümü xoşbəxt sayıram, ona görə ki, Heydər Əliyevin həyat
yoldaşı, gözəl insan, akademik Zərifə xanımla bir yerdə
işləmişəm, dostluq etmişəm. Xoşbəxtəm ki, mənəviyyatca yük-
sək, qüdrətli insanlarla birgə yaşamışam, çalışmışam, onları
özümə arxa-dayaq saymışam...”.
Zərifə xanım Əliyeva nadir sahə olan iridodiaqnostika və
iridoterapiya problemləri ilə ciddi məşğul olub, bu sahəyə dair
iki monoqrafiya hazırlayıb. “İridodiaqnostikanın əsasları” rəngli
illüstrasiyalarla “Azərnəşr” tərəfindən, digər monoqrafiya isə
“İridodiaqnostika” adı ilə 1988-ci ildə Moskvada nəşr edilib.
Xüsusi
qeyd
etmək
lazımdır
ki,
dünya
miqyasında
iridodiaqnostikaya aid kitabları ilk dəfə Zərifə xanım Əliyeva
yazıb.
Zərifə Əliyeva yaxşı alim olmaqla yanaşı, həm də gözəl
həkim kimi də yadda qalıb. Xalçaçı rəssam Hacı Baladayı
Hüseynov yazır: - “Atam Məhəmmədin hər iki gözü tutulmuşdu,
anam isə mən dünyaya gələndə gözlərindən birinin nurunu
itirmişdi. Onların hər ikisi Respublika Göz Xəstəlikləri
İnstitutunda müalicə olunublar. Atamın gözlərini Ümnisə
Musabəyova əməliyyat etmişdi, onun müalicə həkimi isə
görkəmli oftalmoloq Zərifə xanım Əliyeva idi. Əməliyyatdan
sonra gözlərində yaxşılaşma baş vermişdi. Zərifə xanım öz xoş,
ümidverici sözləri ilə atamda yüksək əhval-ruhiyyə yaradır,
onun gözlərinin sağalacağına inamını artırırdı. Evə yazıldıqdan
sonra valideynlərim demək olar ki, hər gün bu gözəl insandan
söz açar, şəfqət və mərhəmətindən danışardılar. Elə o
zamanlarda mənim uşaq qəlbimdə Zərifə xanıma qarşı məhəbbət
və ehtiram hissi baş qaldırmışdı. İllər ötdükcə bu məhəbbət daha
da dərinləşirdi. 2005-ci ildə onun xalça üzərində portretini
yaratmaq istədim. Yaratdım da. Mən onu bütün məziyyətləri ilə
təsvir etməyə çalışmışdım. Həmin iş hazırda Heydər Əliyev
Fondunda saxlanılır"...
Professor Q.Ə.Adıgözəlova-Polçayevanın xatirələrindən oxu-
yuruq: “... Zərifə xanım öz həmkarları içərisində xəstələrə
Dostları ilə paylaş: |