31
iqtisadi sahədə qarşılıqlı marağın nə qədər böyük olmasının bir
daha şahidi olduq.
Fransa Azərbaycanın ikinci ticarət tərəfdaşıdır və ticarətin
həcmi ildən-ilə artmaqdadır. Bu gün biz Azərbaycanın bu mə-
dəniyyət ocağında görüşürük və dostlarımızla təmasda oluruq.
Bu fürsətdən istifadə edərək Fransa–Azərbaycan əlaqələrinin
mədəniyyət sahəsindəki fəaliyyətinə görə Heydər Əliyev
Fondunun prezidenti, Fransa–Azərbaycan parlamentlərarası
dostluq qrupunun rəhbəri Mehriban Əliyevanın fəaliyyətini
xüsusilə qeyd etmək istəyirəm. Onun təşəbbüsü ilə Fransanın
mədəni irsinin qorunması üçün Strasburqda, Versalda,
Normandiya bölgəsində müxtəlif layihələr icra edilib.
Azərbaycan mədəniyyət xadimlərinin Fransada konsertləri,
sərgiləri təşkil edilib. Keçən il Bakıda Fransız liseyinin təməl
daşı qoyulmuşdur. Bakıda möhtəşəm «Plaisir de France» sərgisi
keçirilib. Bu mədəniyyət ocağının fəaliyyətə başlaması məhz
Mehriban xanımın təşəbbüsü ilə mümkün olmuşdur. Fransa
dövləti onun fəaliyyətini çox yüksək qiymətləndirib və onu
«Fəxri Legion» ordeni ilə təltif etmişdir.
Bu axşam doğrudan da Fransa–Azərbaycan dostluğu axşa-
mıdır. Bizim Fransada dostlarımız çoxdur. Bu binanın qapıları
həmişə dostlarımızın üzünə açıq olacaqdır.
Bu gün bizimlə bərabər bu sevincli günü qeyd etmək üçün
bu ziyafətə gəlmiş bütün dostları bir daha salamlayıram. Bütün
fransalı dostlarımıza yeni uğurlar və cansağlığı arzulayıram.
Sağ olun.
* * *
Azərbaycanın və Fransanın dövlət və hökumət rəsmiləri-
nin, tanınmış ictimai-siyasi, mədəniyyət xadimlərinin və digər
nüfuzlu qonaqların iştirak etdikləri qəbulda milli mətbəximizin
ləziz təamları təqdim olundu.
Tədbir konsert proqramı ilə davam etdi.
32
Səfər başa çatdı
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
sentyabrın 20-də Fransa Respublikasına işgüzar səfərini başa
çatdıraraq Bakıya qayıtmışdır.
Dövlətimizin başçısını Heydər Əliyev Beynəlxalq Aeropor-
tunda Baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının
rəhbəri Ramiz Mehdiyev, Bakı Şəhər İcra Hakimiyyətinin
başçısı Hacıbala Abutalıbov qarşıladılar.
33
AZƏRBAYCAN DİPLOMATİK
AKADEMİYASININ YENİ TƏDRİS
KOMPLEKSİNİN AÇILIŞINDA VƏ YENİ
KOMPLEKSDƏ KEÇİRİLMİŞ
AZƏRBAYCANIN DİPLOMATİK XİDMƏT
ORQANLARI RƏHBƏRLƏRİNİN
IV MÜŞAVİRƏSİNDƏ İŞTİRAK
21 sentyabr 2012-ci il
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və
xanımı Mehriban Əliyeva sentyabrın 21-də Azərbaycan Diplo-
matik Akademiyasının yeni tədris kompleksinin açılışında və
yeni kompleksdə keçirilmiş Azərbaycanın diplomatik xidmət
orqanları rəhbərlərinin IV müşavirəsində iştirak etmişlər.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun pre-
zidenti Mehriban Əliyevaya gül dəstəsi təqdim edildi.
Dövlətimizin başçısı Akademiyanın yeni tədris kompleksinin
rəmzi açılışını bildirən lenti kəsdi.
Azərbaycan Diplomatik Akademiyasının rektoru Hafiz Paşa-
yev prezident İlham Əliyevə məlumat verdi ki, xarici siyasət
sahəsində uğurların əldə olunmasında ilk növbədə diplomatiya-
mızın xüsusi rolu vardır. Müstəqilliyimizin möhkəmləndirilməsi,
dünya dövlətləri arasında Azərbaycanın ədalətli mövqeyinin
təbliği və qorunması məhz diplomatların üzərinə düşən böyük və
şərəfli vəzifədir. Gənc diplomatların hazırlanması və Azərbay-
canın beynəlxalq aləmdə mövqeyinin qorunub saxlanması isti-
qamətində xüsusi rol oynayan mərkəzlərdən biri də Azərbaycan
Diplomatik Akademiyasıdır. Dövlət başçısının 2006-cı il 6 mart
tarixli Fərmanı ilə təsis edilmiş Azərbaycan Diplomatik Aka-
demiyası yarandığı gündən öz fəaliyyətində xüsusi ixtisaslı dip-
lomat kadrların hazırlanmasını və beynəlxalq münasibətlər
sahəsində elmi tədqiqatların aparılmasını əsas prioritet kimi
götürüb. Fəaliyyətə başladığı 2007-ci ildən bəri Akademiyada