36
Düzənlikdən yuxarı dağlıq qurşağa qədər (d.s.h. 2800 m- dək), Batabat, Çəpər obası,
Ləkətağ, Bayəhməd ərazilərində, çayların quruyan sahillərində, alaqlı yerlərdə, otluq və yol
kənarlarında yayılmışdır. Bitkinin yerüstü orqanlarının tərkibində flavonoidlərdən kversetin,
kempferol, vitaminlərdən A və C vitamini, karotinoidlərdən α-karotin və β-karotin, steroidlər, üzvi
turşular və digər birləşmələrə rast gəlinir. Yun ipləri boyamaq üçün.yarpaq və gövdəsi istifadə
olunur.
10.
Comarum palustre L. (
Rosaceae Adans.) – Bataqlıq gordavəri. Yun ipləri qırmızı rəngə
boyamaq üçün yarpaq və gövdəsi istifadə olunur..
11.
Crataegus curvisepala Lindm. – Əyriyumurtalıqlı yemişan. Hündürlüyündə 6-8m olan
kiçik ağac və ya koldur. Budaqlarının qabığı bozdur. Zoğları albalı rəngində olub, qısa qoltuq
tikancıqları vardır. Bəzən meyvəsiz zoğların bir qismi yarpaq tikancıqlarına çevrilmişdir. Yarpaqları
üst tərəfdən parlaq açıq yaşıldır, azacıq işıq saçır, adətən çılpaqdır və ya seyrək tükcüklə
örtülmüşdür. Alt səthi isə azca mum təbəqəsi ilə örtülmüşdür. Meyvə verən zoğların alt yarpaqları
tərsyumurtaşəkili, yaxud uzunsov-oval, təpə hissədəki yarpaqları dişcikli və ya üçpərlidir. Üst
hissədəkilər isə 3-4,5 sm uzunluğunda olub, dəyirmi, yaxud tərsyumurtaşəkilidir. Əsasından enli
bizvaridir, 3, bəzi hallarda isə 5 pərlidir. Meyvə verməyən zoğların yarpaqları 5-7 bölümlü olub,
kənarları bitişik iti dişcikli qanadlarla əhatə olunmuşdur. Çiçək qrupları 8-15 sayda çiçəklərdən
təşkil olunub, çılpaqdır. Kasayarpaqları uzunsov-üçbucaqvari-ovaldır. Meyvələri geniş
yumurtaşəkillidir, qəhvəyi-qırmızıdır, adətən 3-4 və ya 1-2 sayda olur. İyunda çiçək açir,
sentyabrda
meyvə verir. Şərur rayonunun Qaraquş, Şahbuz rayonunun Batabat, Ağbulaq, Culfa rayonunun
Xəzinədərə sahəsində, Ordubad rayonunun Nəsirvaz, Nürgüt, Bist kəndəri ətrafında olan daşlı-
qayalı yamaclarda meşə və kolluqlarda yayılmışdır. Mezofitdir. Avropa coğrafi areal tipinə daxildir.
Qabıq, yarpaq və zoğlarının həlimi yun ipləri boyamaq üçün istifadə olunur.
12.
Geum rivale L. – Çay çınqılotu. Çoxillik, yoğun və qonur köklü, kökətrafı yarpaqları
uzun saplaqlı, liraşəkilli lələkvari bölümlü, 2-3 cüt tərs yumurtavari, dişcikli yan paylı və iri girdə,
əsası çəlləkşəkilli yuxarı paylıdır. Gövdə yarpaqları üç bölümlü, qısa saplaqlı və bütün yarpaqları
tükcüklüdür. Çiçəkləri zəngşəkilli, əyiləndir. Kasacıq düz qonur qırmızı paylı, ləçəkləri uzun
dırnaqcıqlı, xarici narıncı, daxili sarıdır. Meyvələri şarşəkilli başcıqda, sərttəhər tükcüklüdür. Ç.V-
VI, m.VI-VII.
Orta və yuxarı dağ qurşağının çəmən və su sahillərində yayılmışdır. Bitkinin
kökümsovunda karbohidratlardan qlükoza, arabinoza, ketoşəkər, aldehidoşəkər, pektinlər, 6,46%
üzvi turşular, efir yağları, saponinlər, alkaloidlər, C vitamini, karotin, 45% aşı maddələri və fenollar
vardır. Kökləri qırmızı - qəhvəyi rəng verir.
37
13.
Hypericum perforatum L. (
Hypericaceae Juss. - Dazıkimilər) - Yırtıq dazı. Dazı cinsinin
mülayim subtropik və tropik ölkələrin dağlıq yerlərində, xüsusilə Aralıq dənizi vilayətində yayılmış
200 növündən Qafqazda 27, Azərbaycanda isə 13-15 növü vardır.
Çoxillik ot bitkisi olub, gövdəsinin hündürlüyü 30-80 sm, ikitərəfli qabağa çıxan qabırğalı,
yuxarı tərəfində qarşı-qarşıya düzülmüş yarpaqları vardır. Qarşı-qarşıya düzülmüş yarpaqlarının
uzunluğu 1-3 sm, eni 2-8 mm olub, çoxsaylıdır. Çoxsaylı çiçəkləri gövdənin zirvəsində süpürgəvari
və ya qalxanşəkilli çiçəkqupunda toplanmışdır. Səbətciyi 5 bölümlü, tacı 5-ləçəkli olub, uzunluğu
12-15 mm, qızılı-sarı olmaqla, kənarları qara nöqtəlidir. Meyvəsi çoxtoxumlu, 3-yuvalı
qutucuqludur. Bütün Azərbaycanda yayılmışdır. Subasar çəmənliklərdə, meşə, meşə kənarlarında
və pöhrəliklərdə rast gəlinir. Yabanı və mədəni çoxillik ot bitkisi olan adi dazıotu tam çiçəkləmə
dövründə (iyul-avqust) xammal olaraq toplanılır və keyfiyyətli bitki xammalı kimi istifadə edilir.
Topladıqda zirvəsindən 25-30 sm aşağı kəsmək lazımdır. Xammal kölgəli yerlərdə çadır üzərində 5-
7 sm qalınlığında sərilməli, yaxşı ventiliyasiyalı çardaxda 40-60
о
С-də quruducu şkafda
qurudulmalıdır.
Tərkibində aşı maddələr 10-12%, qatran 10%, katexin, leykoantosianidin, karotinoidlər
55mq%, antrasen 0,4%, hiperisin, psevdohiperisin, protopsevdohiperisin), efir yağları, flavonoidlər,
hiperozid (otda 0,7%, çiçəkdə1,1%), rutin, kversitrin, izokversitrin, kversetin), vitaminlər (C, PP,
karotin, nikotin turşusu), antosian, alkaloid, qatran və piqmentlər vardır. Gövdə,yarpaq və çiçək
qrupu yun,ipək və kağız parça üçün istifadə olunur.
14.
Ligustrum vulgare L. (
Oleaceae Hoffmgg. et Link – Zeytunkimilər) – Adi birgöz.
Becərilən bitkidir. Meyvəsi qlauber duzu ilə al qırmızı, sidiklə qırmızı rəng verir.
15
. Paeonia tenuifolia L. (
Paeoniaceae Raf. – Pionkimilər))- Nazikyarpaq pion. Çiçəkləri
yun və kağız parça üçün qırmızı,kətan və ipək üçün solğun qırmızı rəng verir.
16.
Rhamnus cathartica L. (
Phamnaceae Juss. – Murdarçakimilər) - İşlətmə murdarça.
Böyük olmayan bir və ya ikievli ağac və ya kol bitkisi olub, hündürlüyü 1,5-5 m (bəzən 8 m qədər)
qırmızımtıl-qonur və ya tünd qəhvəyi köklərə malikdir. Qarşı-qarşıya yerləşməklə budaqlanan olub,
sonluğu sancağa bənzəyir. Yarpaqları saplaqlı, yumurtavari və ya ellipsşəkilli, kənarları kiçlk
dişciklidir. Meyvələri dördkünclü yaşılımtıl, şarşəkilli, qara, zəyirəyəbənzər üçkünclü olub,
uzunsov-yumurtayabənzər formalıdır.
Avropanın, Qafqaz, Qərbi Sibir, Qazaxıstan və Orta Asiyanın meşə-çöl zonalarında
yayılmışdır. Azərbaycanda Kiçik Qafqazın şimalı, mərkəzi, Böyük Qafqazın qərbi və Naxçıvan
dağlıq ərazilərində yayılmışdır. Yarpaqlı və qarışıq meşələrdə, pöhrəliklərdə, kolluqlarda, işıqlı
daşlı yerlərdə, quru çəmənliklərdə, kolluq və cəngəlliklərdə yaşayır. Kvasda isladılmış quru qabığı
istifadə olunur.
17.
Rhus coriaria L.
(Anacardiaceae Lindl. – Sumaxkimilər) – Aşı sumağı. Kol və ya böyük
olmayan, budaqlanan ağac bitkisi olub, hündürlüyü 1-3 m-ə bərabərdir. Yarpaqları növbəli, cüt
olmayan lələkli, 8 oturaq yarpaqcıqdan ibarətdir. Yarpaqları uzunsov-yumurtavari, əsası enli
tiyəvari, zirvəsi itiuclu və kənarları isə iri çəpərli-dişciklidir. Çiçəkləri bircinsli, kiçik, yaşılımtıl-ağ,
yaraşıqsız, tutqun olmaqla, zirvə budaqlarında erkək və dişi süpürgəvari çiçəklərə malikdir. Erkək
süpürgəvari çiçəkləri qollu-budaqlı, dişi süpürgəvari çiçəkləri isə sıx, və qalın olur. Çiçək yatağı 5
bölümlü kasaşəkilli, dairəvi-yumurtavari, yaşıl, tükcüklü, ləçəkləri isə yumurtavari-uzunsov və
ağımtıldır.
Azərbaycanda Böyük Qafqaz (Quba dağlıq), Böyük Qafqazın şərqi, qərbi, Qobustan, Kür-
Araz düzənliyi, Kiçik Qafqazın şimalı, mərkəzi, cənubu, Naxçıvan və Lənkəran düzənlik və
dağlıqlarında yayılmışdır. Cənub ekspozisiyaların quru qayalarında rast gəlinir. Meyvələrindən
istifadə olunur.
18 - 20
. Rumex euxinus Klok. – Kökuyumrulu əvəlik
, R.pulcher L. – Gözəl əvəlik
, R.alpinus
L.- Alp əvəliyi. Qırxbuğumkimilər (
Polygonaceae Juss.) fəsiləsinə daxil olan bitkilərdir. Kökləri
rəngabsız qəhvəyi və ya tutqun qəhvəyi ləkəli qırmızı rəng verir.
21.
Berberis vulgaris L. (
Berberidaceae Juss. - Zirinckimilər) - Adi zirinc. Yarımkol bitkisi
olub, budaqlı, düzqalxan gövdəli hündürlüyü 1,5-3m-ə qədərdir. Nazik qol-budaqlı, dördtilli, üzəri
tükcüklü, sarımtıl-boz, yarpaqları yumutaşəkilli və ya uzunsov-neştərvari olub,
demək olar ki, bütün