Elmi redaktorlar amea-nın müxbir üzvləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə20/149
tarix10.11.2017
ölçüsü5,01 Kb.
#9617
1   ...   16   17   18   19   20   21   22   23   ...   149

39 
 
iki  taylı  olub,  yeməli  nüvəsi  4  bərabər  hissədən  ibarət,  sanki  «4  qardaĢ  bir  köynəkdə»  deyimini 
xatırladır.  Bu  barədə  çoxlu  əfsanə  mövcuddur.  Məsələn,  yunan  filosofu  Platon  qoz  meyvəsinin 
düĢünmə  qabiliyyətinə  malik  olduğunu  qeyd  edir.  Isveç  alimi  və  səyyahı  Sven  Hedin  inandırıcı 
Ģəkildə qeyd edir ki, qozun yetiĢməmiĢ meyvəsini dərəndə inciyib ağlamağa baĢlayır. 
Teofrast qoz ağacını belə təsəvvür edir.  «O,  gözəl iri ağac olub, torpağa tələbkar olmayan, 
yol  kənarlarında  bitən,  heç  nədən  -  ildırım  gurultusundan,  güclü  küləklərdən,  dolu  və  yağıĢdan 
qorxmayan canlı bir varlıqdır». 
Rusiyaya  «qırmızı-yaĢıl  qoz  meyvəsini»  min  il  bundan  qabaq  yunan  taciri  gətirmiĢdir.  O 
vaxtdan da bunun adı yunan qozu olaraq adlandırmıĢdır.  
Qoz  –  Juglans  regia  L.  hündürlüyü  25-35  m  və  gövdəsinin  diametri  15-200  (400)  sm-ə 
qədər olan böyük ağacdir. 
Gövdəsi biçilmiĢ, qabığı açıq-bozdur, hamar və azca çat-çatdır, qoca ağacların qabığı tünd 
boz rəngdədir. Yarpaqları tökülən olub, (2)3-5 cüt uzunsov yumurtavari və ya ellipsĢəkillidir, xarici 
çiçəkyanlğı  yaĢılımtıl və çılpaqdır. Daxili çiçəkyanlığı (qozası) bərkdir, qoza oxĢar qırıĢıqlıdır, az 
və  ya çox iri tilləri vardır, təpə hissəsi sivridir, iyulun ortalarında bərkdir, meyvə  yetiĢdiyi zaman 
xarici  çiçəkyanlığının  rəngi  qonurlaĢır.  Çox  vaxt  çiçəkyanlığı  parçalanıb  ayrılır  və  meyvə  yerə 
töküldüyü zaman o qopur. Aprel-may aylarında, yarpaqlar təzə çıxdığı zaman çiçəkləyir, meyvələri 
avqustun  axırlarında  yetiĢməyə  baĢlayır.  Dünya  florasının  tərkibində  qozun  40-a  qədər  növü 
yayılmıĢdır (S.Y.Sokolov, 1951). 
Qoz  respublikamızın  meĢələrində,  kolluq  sahələrdə  təbii  bitən  və  süni  yetiĢdirilən  qiymətli 
ağaclardandır.  Ona  Rusiyada  yunan  qozu,  Finlandiyada  alman  qozu,  Bolqarıstanda  bolqar  qozu, 
Moldovada  voloĢ  qozu,  Azərbaycanda  sadəcə  olaraq  qoz,  Naxçıvanda  isə  cəviz  (cövüz)  deyirlər. 
Qoz ağacı Ġranda, Türkiyədə, Yunanıstanda, Balkan yarımadasının cənub hissəsində, Orta Asiyada, 
Qafqazda,  Əfqanıstanda,  Çində,  Koreyada  və  Yaponiyada  geniĢ  yayılmıĢdır.  Bu  bitki  Qafqazda 
dəniz  səviyyəsindən  1600  m,  Pamirdə,  Altayda,  Tyan-ġanda  və  Tacikistanda  2000-2500  m, 
Əfqanıstanda  3000  m  hündürlüyə  qədər  qalxır.  Həmçinin  Ġspaniyada,  Fransada,  Ġtaliyada,  ġimali 
Afrikada, ABġ-ın  Kaliforniya Ģtatında yetiĢdirilir. O, Ġngiltərədə 
hələ  eramızdan əvvəl  Roma  hökmranlığı  dövründə  introduksiya 
edilmiĢdir. 
Qozun  dadlı  meyvəsinin  kaloriliyi  çörəyə  nisbətən  üç 
dəfə, ətə nisbətən 4 dəfə, kartofa nisbətən 7 dəfə artıqdır. Yağın 
miqdarı  günəbaxanda  23-26%,  kətanda  10-25%,  pambığın 
toxumunda  13-15%  oduğu  halda,  qozun  ləpəsində  45-78%-ə 
çatır. Qozdan alınan yağ yeyinti sənayesində, tibbdə və eləcə də 
tuĢ,  lak,  rəng,  yüksək  keyfiyyətli  sabun  istehsalında  istifadə 
edilir.  Qoz  meyvəsinin  tərkibində  10-26  zülali  maddə,  17-26% 
sulu  karbohidratlar,  5-16%-ə  qədər  azotsuz  ekstraktiv  maddələr,  1,2-2%  kül  maddəsi  aĢkar 
edilmiĢdir. 
Qozun  qabığı,  yarpağı,  yaĢıl  qərzəyi  aĢı  və  boyaq  maddəsi  ilə  zəngindir.  Qoz  becərilən 
rayonlarda  yerli  əhali  yarpaq  dəmləməsindən  angina  zamanı  boğazı  yaxalamaq  üçün  istifadə edir. 
Qərzəyində efir yağları, A provitamini, B, P, C vitaminləri vardır.  
Qozun  meyvəsi  insanın  gücünü  bərpa  edir,  ona  gümrahlıq  gətirir.  Azərbaycanda  qozun 
ləpəsindən halva və paxlava biĢirmək üçün istifadə edilir. Asiya xalqları hələ qədim zamandan qoz 
ləpəsini yeməklə bərabər, bir sıra xörəklərin hazırlanmasında ondan istifadə etmiĢlər. Gürcüstanda 
ondan  üzüm  Ģirəsilə  birlikdə  hələ  qədimdən  döyüĢçülərin  yeməyi  sayılan  çürçxeli  adlı  xüsusi 
kolbasa hazırlayırdılar. YetiĢməmiĢ, sütül qozdan mürəbbə biĢirilir. qərzəkdən təmizlənmədiyindən 
onun mürəbbəsi bir sıra vitaminlərlə və efir yağları ilə zəngin olur. 
Qozun həm də müalicəvi əhəmiyyəti var. MəĢhur təbib Əbu Əli Ġbn Sina əsərlərində həmiĢə 
qozu qüvvətli qida və müalicə bitkisi kimi təbliğ edirdi.  
Hippokrat  qozun  yaĢıl  qabığından  (meyvəyanlığından)  qurdqovucu  vasitə  kimi  iĢlətmiĢdir. 
Qədim  yunan həkimi Halen qozun  yaĢıl  meyvəsini südlə biĢirib mədənin möhkəmləndirilməsində 
istifadə etmiĢdir. Belarus xalq təbabətində  yaĢıl meyvəsindən alınan preparatlarla ishal zamanı və 


40 
 
qan  təzyiqinin  aĢağı  salınmasında  istifadə  edilir.  Bundan  baĢqa  yetiĢməmiĢ  yaĢıl  meyvəsinin  70% 
spirtli  çıxarıĢı  mədənin  möhkəmləndirilməsində  iĢlədilir.  Daxili  arakəsmələrini  çaxırda  çıxararaq, 
kəskin  mədə  pozuntularında  iĢlədilir.  Qafqaz  xalqları  meyvəsinin  bərkimiĢ  (odunlaĢmıĢ) 
arakəsmələrindən  cövhərlər  hazırlayıb  Ģəkərli  diabetdə,  qalxanabənzər  vəz  pozuntularının  aradan 
qaldırılmasında,  qəbizlikdə,  damar  xəstəliklərində,  hipertoniyada,  aterosklerozda  tətbiq  edirlər. 
Qozun meyvəsinin odunlaĢmıĢ daxili arakəsmələrini götürür, xırda-xırda doğrayır, konyak və yaxud 
balda cövhərini hazırlayıb bir həftə qaranlıq yerdə saxladıqdan sonra gündə 3 dəfə bir xörək qaĢığı 
olmaqla  daxilə  qəbul  edərək,  zob  xəstəliyini  müalicə  edirlər.  Sonra  meyvəsinin  odunlaĢmıĢ 
arakəsmələrini  götürüb  xırdalayır,  spirt  və  yaxud  araqla  cövhərini  hazırlayıb  ĢüĢə  butulkalara 
doldurub,  2  həftə  günəĢin  qabağında  saxladıqdan  sonra  gündə  3-4  dəfə,  hər  dəfə  40  damcı 
götürməklə  daxilə  qəbul  edir,  bununla  da  mədə  pozuntularını  aradan  qaldırırlar.  Moldovada 
oduncaqlaĢmıĢ  arakəsməsinin  1:5  nisbətində  sulu  çıxarıĢını  hazırlayıb,  Ģəkər  xəstəliyində  istifadə 
edirlər.  Bir  sıra  Avropa  ölkələrinin  xalq  təbabətində  qozun  çiçəklərini  yığıb  qurudur,  toz  halına 
salıb  epilepsiyada,  uĢaqlıqda  baĢ  verən  pozuntuların  aradan  qaldırılmasında  istifadə  edirlər. 
Qabığından  hazırlanmıĢ  dəmləməsindən  yaraların,  ĢiĢlərin,  raxit,  zöhrəvi  və  s.  xəstəliklərin, 
mazından isə babasil xəstəliklərinin müalicəsində istifadə olunur.  
Qozun qurudulub narın hala salınmıĢ hissəsindən cövhər, dəmləmə və maz hazırlayaraq bir 
sıra  xəstəliklərin  müalicəsində  istifadə  edilir.  Məsələn,  yarpağından  hazırlanan  cövhərindən  çay 
kimi  daxilə  qəbul  edərək,  maddələr  mübadiləsinin  yaxĢılaĢdırılmasında,  zəifləmiĢ  xəstələrin 
vəziyyətinin nizama salınmasında, baĢ beyində əmələ gələn aterosklerozun aradan qaldırılmasında 
daxilə qəbul edilir. Bunun üçün bir çay  qaĢığı quru  yarpağını 200 ml qaynanmıĢ suda dəmləmək, 
soyuduqdan  sonra  süzüb  hər  gün  3-4  dəfə,  yarım  stəkan  həcmində  daxilə  qəbul  etmək  məsləhət 
görülür.  Qoz  yarpağının  qankəsici  xüsusiyyətləri  qədim  xalqlara  çoxdan  məlum  idi.  Bir  sıra 
həkimlər  qeyd  edirlər  ki,  yarpağından  hazırlanmıĢ  ekstraktdan  xəstəyə  gündə  2-4  dəfə,  50  ml 
verdikdə  onda  baĢ  verən  qanaxmalar  tamamilə  dayanacaqdır.Vərəm  zamanı  baĢ  verən 
qanaxmaların,  eləcə  də  bu  cür  xəstəliklərin  qarĢısını  almaq  üçün  qozun  çayından  2-3  ay  qəbul 
etməyi  məsləhət  görürlər.  Qozun  qabıq  və  yarpağından  hazırlanan  çayların  yaxĢı  qantəmizləyici 
təsirə malik olması tibbi təcrübələrdə təsdiq olunmuĢdur. Qozun təzə yarpaqlarını irinli yaraların və 
çibanların üzərinə yapıĢdırıb müalicə edirlər. Həmçinin dəri üzərində əmələ gələn müxtəlif mənĢəli 
yaraların  müalicəsində  yarpağından  hazırlanan  mazından  da  istifadə  edirlər.  Bunun  üçün  qozun 
quru  yarpağının ovuntusundan 15-20 qram götürülür, ona 100 qram günəbaxan  yağı qatılır. 7 gün 
qaranlıq  yerdə  saxlandıqdan  sonra  su  hamamında  3  saat  qaynadılır,  qaynamanı  dayandıraraq, 
soyudub iki dəfə süzdükdən sonra yenidən su hamamında 30 dəqiqə qaynadır, daha sonra ona 15 q 
mum əlavə edilir və soyuyana qədər qarıĢdırılır. 
Xalq  təbabətində  sarıca  (xənəzir)  və  raxit  xəstəliklərinin  müalicəsində  də  qoz  yarpağından 
geniĢ istifadə edilir. Qozun yetiĢməmiĢ meyvələrinin yaĢıl qabığı C vitamini ilə çox zəngindir. Sütül 
meyvələri tərkibində olan C vitamininin miqdarına görə hətta limon, itburnu və qara qarağatdan da 
üstündür. Odur ki, ondan C vitamini almaq və mürəbbə biĢirmək üçün istifadə olunur. 
Qozun  yetiĢməmiĢ  meyvəsindən  alınan  askorbin  turĢusunun  konsentratı  tünd-qəhvəyi 
rəngdə olub qoz yarpağının ətrini verən, bir qədər də büzücü xassəli mayedir. Onun tərkibində 1-2% 
askorbin turĢusu, 1-3% tanin, 2,3-2,9% üzvi turĢular, həmçinin dəmir, kükürd də olduğu qeyd edilir. 
Tərkibində  1,04%  askorbin  turĢusu  olan  konsentrat  xroniki  mədə  pozğunluğu  olan  uĢaqlara 
verildikdə (gündə 12 ml ekstrakt) 2-3 gündən sonra yaxĢılaĢma müĢahidə olunur. 
Qozun  yarpağından  hazırlanan  həlim  dəri  xəstəliklərinin  (sızanaq,  irinli  yaralar,  səpki, 
dəmrov, ekzema) müalicəsində istifadə olunur. Bu məqsədlə 4-5 xörək qaĢığı qoz  yarpağı 0,5 litr 
suda 15 dəqiqə qaynadılır. Onu soyudaraq dərinin xəstə hissəsi yuyulur, isladılır və ya vanna edilir. 
Ağız-boğaz iltihabında, diĢ əti yumĢaldıqda, yaxud diĢ tərpəndikdə cövhərindən istifadə edərək ağız 
nahiyəsini yaxalayırlar. 
Qoz    ləpəsinin  və  qabığının  qədim  dövrlərdən  bəri  xalq  təbabətində  özünəməxsus  yeri 
vardır.  DöyülmüĢ  qoz  ləpəsindən  zəhərlənmələrdə,  onun  əncirlə  qarıĢığından  isə  həzmi 
yaxĢılaĢdırmaq  üçün  istifadə  edilir.  ÜyüdülmüĢ  qoz  qabığı  ən  yaxĢı  qankəsici  vasitə  hesab  edilir. 
YandırılmıĢ  qoz  qabığını  isə  yara  və  xoraların  üzərinə  səpərək  onu  müalicə  edirlər.  Dəyirmi  və 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə