86
bərabər məkanlar üzrə çatışmazlıqlar meydana gəlir. Potensialın qeyri-taraz
yayılması halları mövcud olur. Radikal cəmiyyətlərdə ümumən enerji az olur,
çünki aktivlik bütün mümkün subyektləri əhatə edə bilmir.
Ümumiyyətlə isə enerjinin qəbulu insanlarda qaynarlıq əmələ gətirir.
İnsanlarda enerji aktiv və passiv formada yığıldığından aktivlik passivliyi
yenidən aktivliyə çevirir. Xüsusilə, qatı mühafizəkar cəmiyyətlərdə insanların
passiv enerji mənbələri daha çox olur. İnsanlar öz enerjilərini sistemli olaraq
realizə etmək, mübadilə üçün digərlərinə ötürmək imkanlarından xaric olurlar.
Hər kəs aktivlik nümayiş etdirə bilmir.
Enerjinin üzərə çıxmasında, aktivləşməsində bir çox səbəblər mövcud
olur. Bu, daha çox müqayisə predmetlərinə görə mövcud olur. Ümumiyyətlə,
xaotik yığılmış potensial müəyyən müddətdən sonra daxildən dağılmağa
başlayır. Enerjisiz qalmış tərəflər enerji axtarışı üçün fəal mübarizələrə
qoşulurlar. Bu aspektdə də insanlar öz enerjilərini mübadilə etmək, sərf
etmək və yeni enerji əldə etmək üçün boş məkanlar, daha doğrusu,
cəmiyyətlərində və dövlətlərində müstəqil və azad məkanlar axtarırlar.
Eyni zamanda onu da demək yerinə düşər ki, qatı mühafizəkar
cəmiyyətlərdə enerji kasadlığı müşahidə edildiyindən, insanların ümumən
hərəkət məhdudiyyətləri onlar tərəfindən enerji qəbulu proseslərini təmin edə
bilmir. Bu baxımdan da cəmiyyətlərin üzvlərinin bir qismində enerji artıq olur,
digərlərində isə enerji çatışmazlığı meydana gəlir.
Bu gün dünyada enerjisi “boşalmış” və hələ “yığılıb qalmış” xalqlar
vardır. Qərb ölkələrini, inkişaf etmiş Avropa ölkələrini enerjilərini “boşaltmış”
və sabit enerji mübadiləsinə keçmiş cəmiyyətlər, dövlətlər kimi xarakterizə
etmək olar. Bu cəmiyyətlərin əksəriyyəti rasional sistemli yolla gedirlər və
demək olar ki, sabit axara malikdirlər. Müəyyən sabit formada enerjilərini
çoxaldırlar. Qərb ölkələrini enerjilərini rasional və sistemli formada artıran
cəmiyyətlər kimi xassələndirmək olar. Belə cəmiyyətlərdə enerji verə biləcək,
enerji qəbul edəcək tərəflərin iştirakı çoxluq təşkil edir.
Türkiyə və İran kimi dövlətlərdə əhali daha çox qeyri-rasional həyat tərzi
sürməkdədir. Bu, əsasən cəmiyyətlər üzərindəki rejimlərin təzyiqləri ilə
əlaqəlidir. Həmçinin cəmiyyətin yaşam tərzi və adətlər enerjinin taraz
inkişafına imkan yarada bilmir. Enerjinin xaotik mübadiləsi bu kimi
cəmiyyətlərdə milli eqoizmi yaradır. Cəmiyyətlərin əksər üzvlərinin demək
olar ki, hərəkətsiz qalmaları cəmiyyətdə bütövlükdə enerji çatışmazlığını və
disbalansı yaradır. Cəmiyyətdə mövcud olan kəskin sosial fərqlər də bir qrup
insanlarda coşqu yaradır. Digərlərində isə çatışmazlığı ortaya qoyur. Bu
aspektdə cəmiyyət depressiyalarla üzləşir. Bu gün demək olar ki, Türkiyə və
İran kimi ölkələrin cəmiyyətlərində coşqu halları daha çoxdur. Onlar total
olaraq enerji axtarışındadırlar və öz passiv enerjilərini (burada yiğılıb qalmış
enerji kimi xassələndirmək olar) aktivliyə çevrimək üçün yolları axtarırlar.
87
Digər tərəfdə, yəni Qərbdə mövcud texnoloji imkanlar bir müddətdən
sonra öz inkişaf axarını ləngidə bilər. Çünki bu cəmiyyətlərin əksəriyyətində
bir müddətdən sonra arxayınlıq yarana bilər. Lakin Türkiyə və İran kimi
dövlətlərin cəmiyyətlərində disbalanslı enerji yığılıb qalmış, passiv potensialı
yaradıb. Belə qəbul etmək olar ki, bir müddətdən sonra bu potensialın realizəsi
meydana gələcəkdir.
Türkiyə və İranın müqayisədə uzaq gələcəkdə Avropa və Qərbi üstələcəyi
ehtimalları yarana bilir. Belə ki, bu dövlətlərdə yığılmış enerjinin (həm də
çatışmayan enerji kimi xassələndirmək olar), insanların daxillərini coşqu
vəziyyətində yaşadan potensialın gələcəkdə ətrafa yayılması mümkündür.
Cəmiyyətlərdə total “partlayışlar” yarana bilər. Bu hadisələrin ardıcıl olaraq
baş verəcəyi zaman cəmiyyətlərin sürətli inkişafı prosesləri meydana gələ
biləcəkdir. İnkişaf proseslərində enerji boşalmaları və enerji yığını qarşılıqlı
olaraq bir-birilərini əvəzləyə biləcəkdir.
Türkiyə və İranın gələcəkdə çox güclənəcəklərini, enerji potensialı
mərkəzlərinə çevriləcəklərini bu kriteriyalar üzrə təsnif etmək olar:
-enerji potensialını artırmaq üçün enerji subyektlərinin, yəni əhalinin
çoxalması;
-enerji artımını təmin edəcək vəsaitlərin mövcudluğu-bura təbii
sərvətlərdən tutmuş, ərazinin geosiyasi mövqeyinə qədər bütün amilləri daxil
etmək olar;
-enerji potensialının cəmləşməsi üçün məkanın kifayət qədər olması;
-cəmiyyətlərin enerji azlığından və məkan üzrə enerjinin qeyri-
tarazlığından irəli gələrək meydana gələn enerji balansının pozulması
faktlarının çoxluğu;
-enerjisı çatışmayan tərəflərin enerji axtarmaq uğrunda mübarizələri və
qabiliyyətlərin, istedadların bu istiqamətlərə yönləndirilməsi-elmi-texnoloji
ixtiraların sayının artması gözlənilir;
-insanların təbii aktivliyi -iqlim şəraiti və təbiət inkişafı şərtləndirə
biləcəkdir ;
-müqayisə üçün ətraflarda inkişaf etmiş şəraitlərin, cəmiyyətlərin
mövcudluğu və bu mövcudluğun stimul yaratması. Məsələn, Türkiyə və İran
kimi dövlətlər dünyanın inkişaf etmiş dövlətlərinin texnoloji vasitələrini şahidi
olurlar və bu amil də bu dövlətlərdə müqayisədə rəqabəti yarada biləcəkdir və s.
Türkiyə və İran əhalisinin potensialını istiqamətləndirmək, rasional tərzə
yönləndirməklə bu dövlətləri dünyanın inkişaf etmiş dövlətləri səviyyəsinə
qaldırmaq olar. Bu proseslər gələcəkdə gözlənilir.