50
digər ulduzlar) insandan aralıdır və insanlar onu tərəf kimi görə
bilirlər. Arada məsafəni elementlər toplusu yaradır. Lakin Ulu
Tanrı insanlardan aralı məkanda olmadığından onu görmək
olmaz. İnsan yalnız onu duya, hiss edə bilər; çünki O, həm də
insanın içərisindən başlayır və insanın əməllərinin, fikirlərinin
nizamlayıcısı və nəzarətçisidir. O, insanın içərisindəki və
xaricindəki bütövdür. İnsanın əməlləri, fikirləri Allah nizamına
tabedir. Allah insanın içərisində, ətrafında, daxilində və
xaricindədir, insan Onun tam nəzarətindədir. Canlılar öz
əlamətləri ilə, daxilləri ilə Allahdan bir tərkibidirlər. Lakin bu o
demək deyil ki, Allah canlı aləm (məsələn, insan) kimidir. Allah
o formada canlıdır ki, sonsuz böyüklükdə olaraq, daima hərə-
kətdədir, enerjisi tükənməzdir, kainatın, təbiətin yaradıcısı,
qurucusu və özüdür, əsas nizamlayıcısıdır, ağuşuna alandır.
Bütün aləmlər Allahın tərkibidir, lakin tam tərkib görünə bilməz.
Derməli, Ulu Tanrı daha çox insanlar üçün qeyri-müəyyəndir.
Gözlə görünmür, ancaq qüvvə kimi hiss olunur. Uzaqda
olmadığına görə gözlə görünmür.
İnsan əməlləri ilə Allaha tabedir. Bu baxımdan da Allahın
qanunlarından kənara çıxmaq insanlar üçün deyil. İnsanlar
onlara məxsus olan dairədə, Ulu Tanrının verdiyi sərhədlər
daxilində hərəkətlər etmək imkanlarına malik olurlar. Dairələr
sadəcə olaraq kiçik və böyük olurlar. Lakin sərhədlənirlər.
Sərhədləri də məkanlar müəyyən edir. Hər bir sərhəd dairəsində,
sərhəd əhatəsində siqnal kəmiyyəti mövcud olur. Bu siqnal
kəmiyyəti insanların təbiətlə, fövqtəbiətlə əlaqələrini, eləcə də öz
aralarında olan əlaqələrini meydana gətirir. Bu baxımdan
insanlar arasında münasibətlər və əlaqələr həm təbiət qanunları
ilə, həm də fövqtəbiət qanunları ilə tənzim olunur. Təbiət də
fövqtəbiətin tərkibi olduğuna görə belə nəticəyə gəlmək olar ki,
bütün insanlar fövqtəbiətin universal qanunları ilə idarə
olunurlar. Bu nöqteyi-nəzərdən də insanlar nə qədər öz
sərhədlərindən “kənara” çıxsalar da nəticələr etibarilə makro
məkanda yenə Allah qanunlarına tabe olacaqlar. Bu baxımdan
51
təbii olaraq “Allahsız insana” rast gəlmək mümkün deyil.
İnsanın etdiyi bütün əməllər özünə qayıdandır, öz nizamı
üçündür. Sərhədlər məkanında qarşılıqlı nizamlılıq və asılılıq
mövcuddur. Allahın insana bəxş etdiyi imkanlar sərhədləri
onların hüquqlar sərhədləri ilə əlaqəlidir. Hüquqlar çox olanda
insanların fəaliyyətləri də artıq olur. Allah bir çox şəxslərə geniş
imkanlar bəxş edir ki, hüquqlarını genişləndirə bilsin.
Hüquqların genişlənməsi bir tərəfdən fəaliyyət imkanlarını
genişləndirir, digər tərəfdən də məsuliyyəti, öhdəliyi, həm də
əzabları problemləri artırır. Çox əməl (hərəkət, fəaliyyət) çox
problem yaradır. Çünki sərhədlərin daxilləri problemlərlə dolu
olur. O insanlar daha çox istedadlı, qabiliyyətli, bilik və bacarıqlı
olurlar ki, onlar Ulu Tanrının daha çox enerjili məxluqlarıdır.
Enerjili insanlar seçilmişlərdir. Onların enerjisi təbiətdən və
fövqtəbiətdən gəlir. Onlara digərləri ilə müqayisədə siqnallar
çox gəlir və siqnalları çox ötürürlər. Bəzən onlara çox imkanlar
verildiyindən
əzablarla, əziyyətlərlə qarşılaşırlar; çünki
potensialları hesabına çox keşməkeşli yollar keçirlər.
Qeyd olundu ki, Allahı təsvir etmək, konkret formasını
yaratmaq mümkün deyil; çünki insan onun daxilindədir. Təsviri
olsa, Ulu Tanrı kiçik olar. Bu da mümkün deyil ki, makronu
yaradanın özü kiçik olsun. Allah formalı olsa onda tərəf kimi
çıxış edər. Bu halda da kiçilər. Allah formasızdır. Kainat
elementləri (ulduzlar, planetlər, kosmik fəza) Allahın yarat-
dığıdır, onun tərkib hissələridir. Biz yalnız Allahın müəyyən
hissələrini görə, duya bilirik. Onun əsas hissəsi (deyək ki, tam
hissəsi) bizə qeyri-müəyyəndir. Biz insanlar heç zaman onu aça,
tam mənada aşkar edə bilmərik. Lakin O, bizə nəzarət edir,
bizim hərəkətlərimizi nizamlayır. Bizim daxilimiz onun
nizamının, qüvvə və enerjisinin tərkibidir. Allah bütün aləmdir,
lakin ayrıca forma olaraq canlı və cansız deyil.
İnsan nizama tabedir, Allaha tabedir. Nizam da Allahındır.
Nizam qüvvə və enerji ilə yaranır. Hər şeyin əsasında isə
yerdəyişmə ilə xassələnən hərəkət dayanır. Deməli, kainat və
52
onun enerjisi nizamlayıcı olmaqla Allaha məxsusdur. Allah
bütün hərəkətlərin nizamlayıcısıdır. Allahı kainatdan, təbiətdən
tam kənarda-ayrıca tərəf kimi axtarmaq da düzgün deyil. Bu
halda biz onun yaratdıqlarını, nizamlı xüsusiyyətlərini inkar
etmiş oluruq. Allahın təcəssümü təbiətdə var. İnsanlar Allaha
yaxın olanda Allah da onlarla daha yaxın olur. (Qey: əslində
Allah bütün insanlarla birlikdədir, çünki insanlar onun
məxluqudur. Lakin o insanlara özünü bir qədər aydın edir ki,
həmin insanlar Onun qanunlarına daha yaxın olaraq əməl
edirlər. Əməli saleh insanlar, qəlbi yumşaq, ürəyiaçıq və
mənəviyyatını zəngin edən insanlar Allaha daha yaxın olurlar
və Allah onları özünə yaxın edir və özündən çox şeyləri
aşkarlayır, siqnalları artıq göndərir. Nizama tabe olmaq,
ə
dalətə, haqqa tabe olmaq deməkdir. Deməli, Allah enerjinin,
qarşılıqlı nizamın, haqqın, ədalətin, xeyirxahlığın, müdrikliyin
sahibidir. Allaha yaxınlıq əlamətlərin nisbətən çox aşkar
olunmasıdır. Allaha yaxınlıq ondan göndərilən siqnalların çox
qəbuludur və ötürülməsidir. Bu baxımdan da peyğəmbərlik,
Allah elçiliyi həmin şəxslərdə enerjinin bolluğu, müəyyən
şə
xslərdə siqnalların çoxluğu deməkdir).
Ümumiyyətlə, insanlar Allah nizamından kənarda ola
bilməzlər. Çünki insan onun məkanında və daxilində qərarlaşıb.
İnsanlar qarşılıqlı əlaqədə olurlar və buna görə də kainatın
ümumi nizamında qərarlaşırlar. Hər şey Ulu Tanrı qanunları ilə
idarə olunur.
Allah insanlara enerji verir və azaldır. Deməli, O,
nizamlayıcıdır. Ədalətli, daxili taraz insanlarına daha çox enerji
verir və seçilmişləri yaradır, siqnalları ilə formalaşdırır. Deməli,
istedad, qabiliyyət, bilik və bacarıq hər kəsdə eyni dərəcədə ola
bilməz. Müdriklər daxilləri taraz insanlardır. Şəxslərdə
xeyirxahlıq, yumşaqlıq da buradan meydana gəlir.
İnsanlarda hüquqlar təbiidir. Burada təbii dedikdə, Ulu
Tanrının yaratdığı məxluqlara verdiyi nemətlər nəzərdə tutulur.
İnsan təbii olduğundan da hüquqları həqiqidir. İnsan həqiqi,
Dostları ilə paylaş: |