83
luğunda öz əksini tapır. İnsan hüquqlarının gerçəkləşməsi onun
normalarla isbat olunmasında təcəssüm olunur. İnsan hüquqları
real olduğundan dərk olunma obyektinə, həqiqi biliklərin
obyektinə çevrilir. Həqiqi biliklər hüquq normalarının pozitiv
mahiyyətində özünü büruzə verir. Hüquqların həqiqi biliklər
olması ilk növbədə onun təbii mahiyyətindən meydana gəlir.
Bütün düşüncələr biliklərdir. Hüquq düşüncələrdən ibarətdir.
Düşüncələr ifadə olunan biliklərdir. Deməli, hüquq biliklərdə
ifadə olunur. Biliklərdə ifadə olunan isə realdır, həqiqidir, çünki
deduktivlik belə qənaətə gəlməyə imkan verir. Təbii şəkildə,
fəaliyyətdən irəli gələrək aşkar olunduğuna görə həqiqi biliklərin
obyektinə çevrilir. Hüquq qeyri-müəyyənlikdən müəyyənliyə
keçidlər zamanı reallaşır, həqiqiləşir. Həqiqi biliklər, düzgün və
gerçək biliklər artır. Çünki insan fəaliyyəti genişlənir və
genişləndirici vasitələr də genişlənir. Genişləndirici vasitələr də
dəyərlər rolunda çıxış edir. Hüquq normalarının sənədlərdə
əksini tapması hüquq normalarının həqiqiliyini meydana gətirir.
İ
nsan hüquqları anlayışının epistemoloji əsaslarla dərk
olunmasını aşağıdakı kimi ümumiləşdirmək olar:
-insan hüquqlarının qeyri-müəyyənlikdən müəyyənliyə
keçidi zamanı reallaşmasının, aşkarlanmasının əsaslarının
müəyyən edilməsi;
-insan
hüquqlarının
tərkib
kəmiyyətinin
zamanla
formalaşmasının və kəmiyyətin artması ilə gerçəkliyin
artmasının müəyyən edilməsi;
-insan hüquqları anlayışının həqiqi və real olmasının
əsaslarının müəyyən edilməsi -insanın pozitiv mənada
özünüdərk fəlsəfəsinin formalaşması;
-insan hüquqlarının insanların real-maddi aləmləri ilə
vəhdətinin əsaslarının müəyyən olunması;
-insan hüquqlarının vəzifə və normalarla müəyyən şəkildə
təmin olunmasının əsaslarının müəyyən olunması;
84
-insan hüquqlarının subyektiv real əsaslarının müəyyən
olunması;
-insan hüquqlarının təbii real əsaslarla müəyyən olunması;
-insan hüquqlarını təmin edən normaların real əsaslarının
müəyyən olunması və s.
Hüquqlar və vəzifələr -dəyərlər kimi
Hər bir nizam, norma, qayda, qanun, mexanizm dəyərdir.
Mövcud olan şey və onun hərəkəti, hərəkətlərin motivləri və
nəticələr dəyərlərdir. Maraq, məqsəd, mənafe dəyərdir.
Dəyərdir, ona görə ki, tələblərdir və ödənilməyə ehtiyacı olan
amillərdir. Ehtiyacı olan dəyərlər onların ödənilməsi üçün lazımi
vasitələri dəyərli edir. Buradan da dəyərlərin başlanğıc və son
formaları meydana gəlmiş olur. Dəyərlər sistemi tərkib
baxımından müxtəlif dəyərlərin əsaslarını ortaya qoyur. Bir
sistemin yaranması üçün müxtəlif dəyərlər istiqamətləri
meydana gəlmiş olur. Normalar və qaydalar bir-birini şərtlən-
dirərək istiqamətlər şəkilində dəyərlərin formalarını meydana
gətirir. Normalar və qaydaların yerinə yetirilməsi üsulları da
dəyərlərdir. Çünki vahid mövcudluğun, sistemin yaranması
mexanizmlərinin tərkibidirlər. Norma və qaydalardan istifadə
olunduqda nizamlama prosesləri yaşanır, yeni-yeni nəticələr və
vasitələr əldə olunur. Bu vasitələr də maraq və mənafeyə,
ümumi bütövə xidmət edir. Hüququ normalar və qaydalar kimi
dəyərlər təşkil edir. Deməli, hüququn tərkibi dəyərdir. Onun
icrası, təmin olunması, hüquqi hərəkətlər dəyərlərdir. Vəzifələr
hərəkətlərdir, üsullardır, qaydalardır, yerinə yetirilməsi vacib
olan amillərdir. Bu baxımdan vəzifələr dəyərlərdir. Hüquqlar və
vəzifələr dəyərlərdən təşkil olunur. Sistemin bir hissəsinin
itirilməsi təbii ki, dəyərlərin kəmiyyətinin azalması kimi
xarakterizə olunur.
85
Hüquqlar və vəzifələr sistem daxilində təbii mövcudluğa,
yaranışa və təbii əlaqələrə, vəhdətə malikdir. Təbii olduğundan
haqdır, buna görə də dəyərlərdən ibarətdir. Hüquqlar və vəzifələr
sistemli mahiyyət kəsb edir. Hər iki anlayış sistem daxilində bir-
birini şərtləndirir. Haqq vəzifəyə rəvac verir, onu səlahiyyət-
ləndirir. Hüquq vəzifəni dəyərləndirir, dəyərə çevirir. Hüquqlar
sistemi dəyərlər sisteminin bazasında dayanır. Vəzifə də haqqı
genişləndirir. Hər iki anlayış bir-birini tamamlayır. Hər iki dəyər
bir-birini tamamlayır, buradan da bütöv dəyər meydana gəlir. Bu
baxımdan da insanın vəzifə və hüquqlarının son qəti sərhəddi
yoxdur. Vəzifə potensialı artırır, imkanlar böyüdükcə vəzifələr
də böyüyür.
İnsan birlikdə həm haqqa malikdir, həm də vəzifəyə. Haqq
və vəzifə insanın nizamlı hərəkətlərinə rəvac verir. Deməli, haqq
və vəzifələr dəyərləri yaradır. Çünki nizamlı hərəkətlər
dəyərlərdən ibarət olur. İnsanların məqsədyönlü hərəkətləri
onların haqq və vəzifələri ilə müəyyən olunur. Haqq və vəzifələr
dəyərlər olaraq insanların maddi-mənəvi dəyərlərini əhatə edir
və maddi-mənəvi dəyərlərinin vəhdətini meydana gətirir. Eləcə
də maraqların təmin olunması üçün əsasları əhatə edir.
Mənafenin təmin olunması haqq və vəzifələrdən asılı olur.
Mənafe burada dəyərləri formalaşdırır. Mənafe özü də dəyər
olaraq yeni dəyərləri meydana gətirir. Məqsədyönlü hərəkətlər
məqsədli qaydada nizamlamanın əsaslarını təşkil edir. İnsanların
bütün hərəkətləri nizamlı olur. Lakin məqsədli hərəkətlər daha
çox nizamlı hərəkətlər hesab olunur. Məqsədin pozitiv tərkibinin
artması dəyərin pozitiv tərkibinin genişlənməsinə səbəb olur.
Haqq və vəzifə bir-birini şərtləndirir. Bu şərtləndirici paneldə,
müstəvidə məsuliyyət və öhdəliklər formalaşır. Haqq vəzifənin
yerinə yetirilməsinə əsas verir, bütün vəzifələri əhatə edir.
Deməli, haqq bir dəyər olaraq vəzifələr olan dəyərlərin meydana
gəlməsini şərtləndirir. Haqq özündə ixtiyar, malik olmaq,
sərəncam vermək, sahiblik hüququ qazanmaq və bunlardan
şaxələnən istənilən hüquqları qazanmaq imkanlarını cəmləşdirir.
Dostları ilə paylaş: |