92
canlılardan daha çox şüurludurlar. Mürəkkəb, yəni tərkibi zəngin
olan siqnallar sayəsində insanlar mürəkkəb vəzifələrə və
hüquqlara sahib olurlar.
Bu siqnalların qəbulu və beyində emal olunması reflek-
siyanın əsaslarını formalaşdırır. İnsanların şüurları onların
maddi-mənəvi tələbatlarını ödəmək üçün onlara haqlar verir.
Təbii olaraq meydana gələn və inkişaf edən haqlar elə
siqnalların qəbulu və hərəkətlərin geniş miqyası ilə əlaqədar
olur. Hüquqlar və vəzifələr subyektlərin məkan üzrə mübari-
zəsini meydana gətirir. Ümumi qaydalar dəyələr kimi məkan-
ların əldə olunmasına xidmət edir. Deməli, hüquq dəyərlər
olaraq məkanların əldə edilməsinə xidmət edir.
İnsan hüquqlarının mahiyyəti əqli yollarla dərk olunur. Əqil
də, zəka da dəyərdir. Zəka artdıqca dəyərlər də artır. Çünki
aydınlaşma güclənir, dərketmə güclənir, obyektlər şaxələnir.
Məkan böyüyür. İşıqlanma və qeyri-müəyyənliyin müəyyənliyə
çevrilməsi prosesləri genişlənir. İnsan hüquqlarının tərkib və
bölgüsü daha çox məntiqi üsullarla aşkar olunur. Bu proseslər
özləri dəyərlərdən ibarət olur.
Siqnallar qıcıqları yaradır, qıcıqlar refleksiyanı meydana
gətirir, siqnalları ötürür. Şüurlu hərəkətləri ilə müəyyən məkan-
larda və zamanlarda hərəkətləri yerinə yetirir. Bu hərəkətlər həm
hüquqların tərkibi olan vəzifələri meydana gətirir, həm də
hüquqları məkan etibarilə böyüdür. Məkanın böyüməsi elə
tərkibin və kəmiyyətin böyüməsinə səbəb olur.
Yerinə yetirilən hərəkətlər kəmiyyətləri meydana gətirir.
İnsanların hərəkətləri onların təbii hüquqlarından, bunlardan irəli
gələrək vəzifələrindən və vəzifələrinə haqlar (ixtiyarlar) verən
səlahiyyətlərindən meydana gəlir. Hərəkətlər dərəcələnir.
Dərəcələndikcə həm kəmiyyətini dəyişir, həm məkanını dəyişir
(şaquli və üfiqi trayektoriyalar üzrə), həm də müəyyən
tərkiblərini və formalarını dəyişir. Bu halda vəzifələr dəyişir.
Hüquq isə ümumi bir etalon, status olmaqla bütün sahələrdə
haqları normalarla müəyyən edir. Hər bir hərəkətin tərkibi
93
mövcud olur. Hərəkətin subyekti məkanı dəyişdikcə hərə-
kətlərini də dəyişir. Eləcə də hərəkətlərin dəyişməsi məkanın
dəyişməsinə gətirib çıxarır.
Şüurlu hərəkətlər daha çox nizamlı və qaydalı hərəkətlərdir.
Hüquq da hərəkətlərdə və mövcudluqda özünü təsdiq edir,
aşkarlayır. İnsanlar həm hərəkət, həm də “hərəkətsizlik”
hallarında hüquqlara sahib olurlar.
İnsanların müəyyən sosial strukturlarda, eləcə də məişət
strukturlarında hərəkətləri dərəcəli əhəmiyyətə malik olur.
Müəyyən strukturlarda insanlar təcrübələr əsasında yeni
qaydaları müəyyən edirlər. Cəmiyyət bir struktur olaraq qayda-
lardan təşkil olunur. Hərəkətlər təcrübələri və qaydaları yaradır.
Qaydalar davranış normalarını özündə ehtiva edir. İnsanlar
təcrübələr sayəsində qaydalar yaradırlar. Davranış qaydaları öz
üzərlərində yeni davranış qaydalarını meydana gətirir.
Təcrübələr öyrətmə vasitələridir və öyrətmə üsullarını meydana
gətirir. Bu baxımdan da təcrübələr dəyərlərdir. Müəyyən
üsulların tətbiqi sayəsində yeni üsullar peydah olur. Bu
baxımdan da dəyərlər bir-birilərini şərtləndirir və aşkarlayıcı
vasitələrə çevirir. Dəyər dəyəri aşkarlayır, aydınlaşdırır.
Qaydalar əsasən yenicə cəmiyyətə üzv olan insanlar üçün də
davranış normasına çevrilir. Deməli, insanlar cəmiyyətlərdə
əvvəlcə müəyyən qaydaları olan strukturlarda göz açırlar,
sonralar davranış qaydalarını mənimsəyirlər və vəzifələr əldə
edirlər. Qaydalar dəyişə bilir. Bu, hər şeydən öncə imkanların
zəruri etdiyi şəraitlərdən asılı olur.
İnsanlar dünyaya gəlməmişdən öncə hüquqlara sahib
olurlar. Sonra isə hüquqların reallaşması, yəni vəzifələrin yerinə
yetirilməsi prosesləri baş verir. İnsanlar obyektiv olaraq mövcud
olan universal hüquq normalarına məxsus olan dövlətlərdə
dünyaya göz açırlar. Hüquqların reallaşması sayəsində vəzifələr
mövcud olmuş olur. Vəzifələr baza etibarilə (bir təbii qayda
olaraq) cəmiyyətdə insanın meydana gəlməsindən qabaq olur.
İnsanlar həmin vəzifələri yerinə yetirməyə başlayırlar. Deməli,
94
vəzifələr əslində cəmiyyətin özündə olan qaydalarda əksini tapır.
İnsanlar gəldikcə davranış normalarına tabe olurlar və əməl
edirlər. Vəzifələr, vəzifələrdə əksini tapan səlahiyyətlər
(ixtiyarlar) hüquqları sərhədləyir. Hüquqların sərhədləri dəyişə
bilir. Burada sistemdaxili şaquli və üfiqi genişlənmələr baş verir.
Resurslar artır. Hüquq məkanları bir-birini əvəzləmək imkan-
larına malik olur. İnsanların hərəkət dairələri sferaları məhz
hüquqların məkanını əks etdirir. Bu sferalar həm daralır, həm də
genişlənir. Müəyyən xətlərdə, sferalarda kəsişmə əmələ gəlir,
toqquşmalar ortaya çıxır. Toqquşmalar baza etibarilə sərhədlərin
dəyişməsindən meydana gəlir. Sərhədlər qarşılıqlı şəkildə
dəyişəndə məkan çatışmazlığı yaranarsa, bu hal toqquşmaya
gətirib çıxarır. Belə halda ya gərginliklər baş verir, ya da
güzəştlər meydana gəlir. Toqquşmaların müəyyən hədləri
qarşılıqlı güzəştləri meydana gətirir, eləcə də sərhədlərin
digərinə keçməklə dəyişməsinə səbəb olur. Bu anda müəyyən
tərəfin hüquqları və vəzifələri məhdudlaşır, öz məkanını itirir.
Hüquq təbiidir və konseptual əsaslarla özündə hərəkətlərin
məzmunu və forması etibarilə vəzifələri, ixtiyar və səla-
hiyyətləri, azadlıqları və sərbəstlikləri birləşdirir. Şərəf, ləyaqət,
namus, vicdan və s. kimi mənəvi-əxlaqi dəyərlər hüququn
məzmunundadır. Bu kimi mənəvi dəyərlər hüququ həm geniş-
ləndirir, hüququn tərkibini təşkil edən komponentləri həm
çoxaldır, həm də lazımi şəraitlərdə məhdudlaşdırır. Hüquq öz
tərkib komponentlərinə immanentdir, bu baxımdan da sistemli
əhəmiyyətə malikdir. Hüququn tərkib komponentləri həm hüqu-
qun ümumən tərkibini genişləndirir, həm də məhdudlaşdırır.
Hüquq anlayışı həm tərkibi baxımından çox genişdir,
müəyyən məkanlarda və imkanlarda genişlənəndir, həm də
məhdudlaşandır, sərhədlərlə dairələrə alınandır. Cəmiyyət və
inkişafa təkanverici amillər çoxaldıqca hüquq da çoxalır. Hüqu-
qun dairələrə alınması onun ayrı-ayrı sahələrə bölünməsindən
irəli gəlir. Hüququn dairələrindən çıxmalar bir tərəfdən hüququ
Dostları ilə paylaş: |