22
Depozit sertifikatlarının tədavülünün predel müddəti 1 ildir. Əmanət
sertifikatlarının isə 3 ilə bərabərdir. Əgər onların ödəmə müddətinin vaxtı
keçmişdirsə, onlar tələb olunanadək sənəd sayılır. Bank həmin sənədləri sahibinin
ilk tələbi əsasında hökmən ödəməyə borcludur.
Borc qiymətli kağızların ən mühüm növlərindən birisi veksel hesab olunur.
Vekselin sahibi vekseldə nəzərdə tutulan müddət başa çatdıqda, borca görə pul
vəsaitini ödəməyə borcludur.
Veksellərin başlıca əlamətlərinə aşağıdakılar aiddir:
1. Vekseldə əks olunan öhədliklərin mücərrəd xarakteri (vekselin verilməsi
üçün əsas sayılan sövdələşmə vekselin mətnində göstərilməlidir; müvafiq
surətdə əsas sövdələşmələr haqqında öhdəliklərin yerinə yetirilməməsi
veksel üzrə öhədliklərin yerinə yetirilməməsinə səbəb ola bilməz);
2. Əgər, veksel saxta deyilsə, onun öhədliklərin xarakteri heç bir şübhə
doğurmur;
3. Veksel üzrə öhədliklərin sözsüz xarakteri (vekseldə sadə dildə yazılmışdır
ki, göstərilən məbləğ öz vaxtında hökmən ödənilməlidir, məbləği ödəmək
haqqında hər hansı bir şərt irəli sürməyi heç bir hüquqi əsası yoxdur);
4. Bu sənəd həmişə pul öhədliyidir (vekselin nağdsız qaydada və yaxud
hesablar üzrə yazılışlar formasında buraxılması qeyri-mümkündür);
5. Bu həmişə yazılı sənəddir;
6. Veksel üzrə borcu olan tərəflər həmrəy məsuliyyət daşıyırlar;
7. Bu sənədin çox ciddi məcburi rekvizitləri var (həmin rekvizitlərdən təkcə
biri çatışmazsa, bu sənəd etibarsız sayılır).
Veksellər müxətlif əlamətlər üzrə təsnifləşdirilir:
a) emitentlər üzrə;
b) sövdələşmələrə xidmət göstərilməsi üzrə;
c) ödəniş həyata keçirən subyektlər üzrə;
d) digər şəxslərə verilməsi imkanları üzrə;
e) ödəniş yerləri üzrə;
f) təqdim etmə forması üzrə və s.
23
Emitent üzrə dövlət tərəfindən buraxılan xənədarlıq veksellərini, banklar,
korporasiyalar və maliyyə qrupları tərəfindən buraxılan vekselləri şəhər və vilayət
tərəfindən buraxılan bələdiyyə veksellərini biri-birindən fərqləndirmək lazımdır.
Xidmət göstərilən sövdələşmələrə görə veksellər maliyyə və əmtəə
(kommersiya) veksellərinə bölünür. Pul formasında əhalinin ödənişi həyata keçirən
subyektdən asılı olaraq sadə və köçürmə veksellər biri-birindən fərqlidir.
Sadə (solo) veksel malalan tərəfindən malsatan təşkilata yazılır. Burada yalnız
iki şəxs iştirak edir: vekseli verən təşkilat, vekseli alan təşkilat.
Köçürmə vekseli (trassata) yazılan sənəddir. Bu sənəd müəyyən müddətdə
müəyyən məbləğdə pulun ödənilməsi üzrə vekseli verən təşkilatın yazılı əmridir.
Köçürmə vekselində sadə vekseldə olduğu kimi iki deyil üç şəxs iştirak edir:
vekseli verən (trassant); ödənişi ödəyən təşkilata köçürən (trassat); vekseli
saxlayan (trassatdan ödənişi almaq hüquqi olan şəxs).
Xəzinədarlıq öhdəlikləri ilə əlaqədar əməliyyatların uçotda əks etdirilməsi
qaydası Respublika Maliyyə Nazirliyinin xüsusi təminatı ilə nizama salınır. Həmin
təlimata görə xəzinadarlıq öhədliklərinin mühasibat uçotu xəzinədarlıq
öhdəliklərini saxlayan müəssisələrdə “Xəzinədarlıq öhədlikləri” adlı subhesabda
aparılır.
Xəzinədarlıq öhədliklərini tədavül məhdud və qeyri-məhdud formada buraxılır.
Məhdud formada tədavül zamanı Maliyyə Nazirliyi onların tədavülü qaydasını
müəyyənləşdirir. Məhdudiyyətlərə aiddir:
a) kreditor borclarının ödənilməsi məqsədilə xəzinədarlıq öhdəliklərinin
hesablanmasının məcburiliyi;
b) xəzinədarlıq öhədliklərini yalnız hüquqi şəxslərə verilməsi hüququnun
məhdudlaşdırılması;
c) yuxarıda sadalanan məhdudiyyətlər nəzərə alınmaqla əməliyyatların
minimum sayı;
d) vergidən azad olunmanın uçotu müddətinin məhdudlaşdırılması.
Xəzinədarlıq öhədliklərinin tədavülü iki mərhələdən ibarətdir:
24
1. Xəzinədarlıq öhədliklərinin kreditorların hesabına köçürülməsi yolu ilə
kreditor
borclarının
ödənməsi
kreditor
borcların
ödənilməsinin
razılaşdırılmış sayı depozit müqavilədə göstərilir. Debitor borcların
ödənilməsi üzrə bütün hesablaşmalar nominal dəyərilə aparılır.
2. Xəzinədarlıq öhədliklərinin kredit almaq üçün girov qoyulması.
Kreditor borclarının ödənilməsinin müəyyən sayı keçdikdən sonra,
xəzinədarlıq öhədlikləri növbəti mərhələlərə daxil olur. Bu mərhələ qiymətli
kağızlar bazarıdır. Həmin mərhələdə xəzinədarlıq öhdəliyini saxlayan onu fiziki və
yaxud hüquqi şəxsə sata, və yaxud qoyuluş qaydasında nizamnamə kapitalında
birləşdirə bilər. Qeyd olunan mərhələdə xəzinədarlıq öhdəliklərinin uçotu onların
satın alınmasına çəkilən həqiqi xərclərə görə aparılır.
Təkrar bazarda xəzinədarlıq öhədliklərinin əməliyyatları ilə əlaqədar əldə
olunan gəlirlərin vergiyə cəlb olunması qaydası xüsusi təminat vasitəsilə
tənzimlənilir.
Beləliklə, xəzinədarlıq öhədlikləri ilə əlaqədar əməliyyatlar uçota alınan
zaman aşağıdakıları hökmən nəzərə almaq lazımdır:
1. Xəzinədarlıq öhədliklərinin satışı ilə əlaqədar əməliyyatlar qiymətli
kağızlarda olduğu kimi əlavə dəyər vergisinin dövriyyəsinə daxil edilir;
2. Xəzinədarlıq öhdəliklərinin satışından gəlirlər satış qiyməti ilə alış qiyməti
arasındakı fərq kimi müəyyənləşdirilir.