7
olunan Azərbaycan milli iqtisadi inkişaf modelinin məqsəd və vəzifələrinə
aşağıdakıları aid etmək olar :
1).İqtisadi sistem və onun parametrlərinin tədqiq edilməsi
2).Milli iqtisadi inkişaf modelinin formalaşmasında mühüm rol oynayan ayrı-ayrı
inkişaf modellərinin xüsusiyyətlərinin araşdırırlması.
3).Milli iqtisadiyyatın inkişafına təsir göstərən spesifik amillərin və məqsədlərin
aşkar edilməsi
4).Iqtisadiyyatdakı transformasiya proseslərinin tədqiq edilməsi və.s
Tədqiqatın informasiya bazası və işlənməsi metodları. İqtisadi sahədə keçid
dövrünü uğurla başa vuran Azərbaycan milli iqtisadi inkişaf modelinin elmi-nəzəri
əsaslarının işlənməsi üçün ilk növbədə respublikanını son illərdə inamla
gerçəkləşdirdiyi sosial iqtisadi islahatları təhlil etmək,əldə olunan nəzəri –
təcrübi,fəlsəfi qənaaətləri ümumiləşdirmək vacibdir.Son illərdə tədqiqatçılar ,ayrı-
ayrı alimlər,iqtisadçılar keyfiyyətcə yeni mərhələdə Azərbaycanın milli iqtisadi
inkişaf modelinin mahiyyətini açmağa çalışırlar.Tədqiqatın informasiya bazası ,
faktiki materiallarının əldə edilməsi mənbələri kimi klasik ,neoklassik və digər
iqtisadi məktəblərin iqtisadi modellərlə bağlı mülahizələrindən,ayrı-ayrı iqtisadçı
alimlərin milli iqtisadi inkişaf modelinə həsr olunmuş elmi məqalələri və.s
elmi,ədəbiyyat və bibilioqrafik mənbələrdən istifadə olunmuşdur.
Azərbaycan milli iqtisadi inkişaf modelinin nəzəri-metodloji əsasını “Sosial yönümlü
bazar iqtisadiyyatı” konsepsiyası təşkil edir. Eyni zamanda Azərbaycan milli iqtisadi
inkişaf modelinin qurulmasında induktiv,deduktiv ,analiz-sintez və digər iqtisadi
metodlardan,statistik qruplaşdırma metodlarından istifadə olunmuşdur.
Tədqiqatın elmi yeniliyi. Azərbaycan milli iqtisadi inkişaf modeli ilə bağlı
dissertasiya işində iqtisadi inkişaf modelinin xüsusiyyətləri “sosial-iqtisadi inkişaf
modeli” çərçivəsində tədqiq olunmuşdur. Azərbaycan milli iqtisadi inkişaf modelinin
əsasında sosial dövlət prinsipləri durur.Bu da iqtisadiyyatın sosial yönümlü
8
inkişafını,əhalinin sosial rifahının təmin edilməsini ,insan kapitalının inkişaf
etdirilməsini nəzərdə tutur.Məhz bu məsələlərdə dissertasiya işində həm nəzərə,həm
praktiki yöndən tətqiq olunmuşdur.
Tədqiqatın praktiki əhəmiyyəti. Azərbaycan milli iqtisadi inkişaf modeli üzrə
tədqiqatlar göstərir ki, bu modelin praktiki əhəmiyyəti dövlətin tənzimləyici rolunun
güclü olmasında,mülkiyyət formalarının çoxnövlü olmasında iqtisadi həyatda sosial-
mənəvi aspektlərdən istifadə olunmasında innovasiyalı,diversifikasiya olunması və
digər aspektlərdə özünü göstərir .Qlobal maliyyə böhranı şəraitində respublikamızın
bu prosesə müqavimət göstərməsi dünya dövlətlərində maraqla qarşılanması
gerçəkliyi ilə şərtləndirilmişdir.Bu reallığa nəzərən ən müxtəlif iqtisadi mərkəzlər
respublikanın davamlı iqtisadi yüksəlişi timsalında XXI əsrin yeni iqtisadi
fenomenini görür,Azərbaycan modelinin mahiyyətini öyrənməyə çalışırlar. Bütün
bunları nəzərə alaraq Azərbaycan milli iqtisadi inkişaf modelindən qlobal maliyyə
böhranının mənfi nəticələrindən əziyyət çəkən ölkələrin praktikasında,eləcə də
iqtisadiyyatın ayrı-ayrı sahələri üzrə proqramların qəbul edilməsində istifadə etmək
olar.
Giriş
Mövzunun aktuallığı. Son zamanlarda dünya iqtisadiyyatında baş vermiş dərin
geosiyasi və sosial-iqtisadi dəyişikliklər milli iqtisadiyyatın inkişaf modeli
probleminə marağı artırmışdır.Baş vermiş dəyişikliklər iqtisadiyyatların bazar
istiqamətli formalaşmasında köklü islahatlarla da əlaqədardır. Milli model milli
təsərrüfatın bütövlüyünü formlaşdıran elementlərin məcmusu olub yerli xüsusiyyətlər
sırasında xalqların tarixi ənənələrini ,genetik köklərini əks etdirir.İqtisadiyyatın milli
modelinin
mühüm
cəhəti
onun
xüsusiyyətlərinin
,başqa
sözlə
desək,özünəməxsusluğunun səciyyələndirməsidir.Müasir bazar iqtisadiyyatının milli
modelləri bazar mexanizmi və dövlət tənzimlənməsinin ,xüsusi sahibkarlıq və sosial
9
təminatların sintezinin milli əmsalları fərqləndirilən modellərdir.Əsas meyarlardan
çıxış edərək bazar iqtisadiyyatının bir sıra səciyyəvi modelləri (liberal,sosial yönümlü
bazar təsərrüfatı,sosial demokratik,tənzimlənənn kapitalizm və.s) mövcuddur ki ,
bunlar da ölkə iqtisadiyyatlarının birinin digərindən fərqlənməsini şərtləndirir.
Azərbaycanın inkişaf etmiş ölkələrin iqtisadi modellərinə müraciəti ilkin şəraitin
(elmi-texniki baza,iş qüvvəsinin yüksək keyfiyyəti və.s) mövcudluğu ,ölkənin
dünyanın
inkişafının
qabaqcıl
meyllərinə
inteqrasiyasının
zəruriliyi
ilə
şərləndirilir.Məhz bu cəhətləri nəzərə alaraq Azərbaycan milli iqtisadi inkişaf
modelinin formalaşmasında innovativ inkişaf strategiyasının həyata keçirilməsi,elmi
- texniki,texnoloji ,insan potensialından səmərəli istifadə olunması,iqtisadiyyatın
strukturunun modernləşməsi və davamlı inkişafın təmin olunması kimi məsələlər
aktualdır.
Tədqiqatın predmet və obyekti . Müasir iqtisadi modellərin təhlili göstərir ki,
Azərbaycanda ümumdünya prosesləri ilə uzlaşan , xarici ölkələrin təcrübəsini nəzərə
alaraq onları yerli şəraitlə uyğunlaşdıran inkişaf strategiyası formalaşmışdır.Ulu
öndər Heydər Əliyevin böyük uzaqgörənliklə müəyyənləşdirdiyi bu strategiya alman
modelinə-sosial yönümlü bazar iqtisadiyyatına daha çox yaxındır. Azərbaycan milli
iqtisadi inkişaf modelinin səciyyəvi cəhətlərini xüsusi qeyd etmək olar:
Birincisi,həqiqətən Azərbaycanda müxtəlif mülkiyyət və təsərrüfat formalarına
əsaslanan qarışıq iqtisadiyyatın formalaşması prosesi gedir və dövlət mülkiyyətinin
formalarının
səmərəli
fəaliyyəti
üçün
bərabər
təsərrüfatçılıq
mühiti
yaradılmışdır.İkincisi, “standard” bazar iqtisadiyyatı ölkələri ilə müqayisədə
Azərbaycanda bu gün iqtisadiyyatın dövlət tərəfindən tənzimlənməsi prosesinin çox
güclü olması ,ilk növbədə ,keçid mərhələsinin ilk illərində iqtisadiyyatın böhran
vəziyyətindən çıxarılması,iqtisadi artımın təmin edilməsi ,iqtisadiyyatda struktur
dəyişikliklərinin həyata keçirilməsi və həm daxili,həm də xarici bazarda rəqabət
qabiliyyətli olması üçün əlverişli şərait yaratmışdır.Üçüncü tənzimlənmə nəinki
makroiqtisadi səviyyədə,həm də mikroiqtisadi səviyyədə həyata keçirilmişdir.
Dostları ilə paylaş: |