44
Sair xərclər
493,6
2910,3
4048,8
4994,7
5338,6
5978,2
Büdcə xərclərinin içərisində istehsalın inkişafına büdcə xərclərinin rolunu
qeyd etmək lazımdır. Bu xərclər bilavasitə dövlətin müəyyən etdiyi investisiya
strategiyasının əsasında planlaşdırılır. Dövlətin investisiya strategiyasının
məqsədləri aşağıdakılardır:
- infilyasiyanın qarşısının alınması, müəssisələrin və əhalinin investisiya
stimullaşdırılması;
- büdcə kəsirinin azaldılması, onun daxili mənbələr hesabına örtülməsi,
daxili maliyyə vəsaitlərinə əsaslanıb istehsala investisiya qoyulması;
- investorların və səhmdarların hüquq və maraqlarının qorunması;
- işləyən müəssisələrdə büdcə maliyyələşdirilməsinin məqsədli proqramlarla
həyata keçirilməsi.
Büdcə xərclərində sosial sahələrdə xərclərin əhəmiyyətini xüsusilə qeyd
etmək lazımdır.
Bütövlükdə Azərbaycan Respublikasının dövlət büdcəsi sosial yönümlü
büdcədir. Belə ki, 2014-cü ildə ümumi xərclərin 40,7 faizi sosial xərclər,
yənitəhsil, səhiyyə, sosial müdafiə, sosial təminat, mədəniyyət, incəsənət, mənzil-
komunal və s xərclərdir. Bundan əlavə icra hakimiyüəti orqanlarının saxlanılması
xərcləri və müdafiə xərclərinin tərkibində də sosial xərclər mövcuddur. Sosial
xərclərin üstünlüyü – ilk növbədə, onun iqtisadi inkişafının sürətləndirilməsinə
bilavasitə təsirindədir. İctimai əmək bölgüsü prosesinin gücləndiyi bir şəraitdə
maddi istehsal sahələrinin sosial infrastruktursuz fəaliyyəti mümkün olmazdı.
Sosial infrastruktur əhalinin şəxsi tələbatını ödəməklə yanaşı, iş qüvvəsinin təkrar
istehsalı və istehsalın intensivləşdirilməsinin mühüm amilidir.
Büdcə xərcləri iqtisadiyyatın bütün sahələrinə təsir edir. Bu təsir – dövlət
xərclərini təmin edən maliyyə mənbələri ilə bağlıdır. Dövlət xərclərinin istehsala
göstərdiyi təsir, əsasən investisiya həcmi, istehsal məsrəfləri, məşğulluq həcmi və s
təsirinin məcmusundan ibarətdir.
45
Pensiya və müavinətlərə ayrılan vəsaitlər 2014-cü ildə büdcə xərclərinin
14,9 faizi təşkil edir və onun mütləq məbləği 2005-ci illə müqayəsədə 2,3 dəfə
çoxdur.
Dövlət büdcəsi xərclərində ən əhəmiyyətli maddələrdən biri iqtisadiyyatın
ayrılyan vəsaitidir.
İqtisadiyyata ayrılan xərclərdə ən böyük pay – əsaslı vəsait qoyuluşu kimi
ayrılır. 2014-cü ildə bu məqsəd üçün 2660,0 mln.manat ayrılmışdır ki, bu da büdcə
xərclərinin 31,8 faizi, iqtisadiyyata xərclərin 36,7 faizi təşkil edir. Onu da qeyd
etmək lazımdır ki, son 10 ildə (2005-2014) iqtisadiyyata əsaslı vəsait qoyuluşunun
mütləq məbləği əvvəlki illər ərzində qoyulan vəsaitlərdən 1,6 dəfə çoxdur.
İqtisadiyyatın inkişafına yönəldilən vəsaitlərdən əhəmiyyətinə görə ikinci yeri
nəqliyyat və rabitə vəsaitləri tutur. Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılığa
ayrılan vəsaitlərin payı 2005-ci illə müqayisədə 2014-cü ildə onun mütləq məbləği
həmin ildəkindən 1,9 dəfə artıqdır.
Büdcənin sosial yönümlü tərtib edilməsi əhalinin sosial müdafiəsi
baxımından nə qədər cəlbedici görünsə də, bu siyasət ölkə iqtisadiyyatının
uzunmüddətli inkişafına zəmanət verməyə də bilər. Belə ki, sosialyönümlü
xərclərin əsas hissəsini əhaliyə bu və ya digər şəkildə verilən vəsaitlər təşkil edir.
Ölkə vətəndaşları da çox vaxt bu vəsaitləri zəruri tələbatları üçün istifadə edirlər.
Deməli, sosialyönümlü xərclər üçün ayrılmış vəsaitlər istehsala deyil, birbaşa
istehlaka yönəldilir.
Büdcə investisiya yönümlü xərclərin xüsusi çəkisinin böyük olmasının bir
sıra müsbət məqamları vardır:
- ölkə iqtisadiyyatının uzunmüddətli və davamlı inkişafına əlverişlə zəmin
formalaşdırır;
- yeni istehsal sahələrinin yaradılması və yeni iş yerlərinin açılmasına şərait
yaradır.;
- gələcəkdə büdcə gəlirlərinin artırılmasına imkan verir və s.
Bu baxımdan son illər büdcəyə investisiya yönümlü xərclərin xüsusi
çəkisinin artırılmasını ən mühüm naliyyətlərdən biri hesab etmək lazımdır.
46
Büdcə xərclərinin idarə edilməsi dövlət gəlirlərinin idarə edilməsi ilə sıx
bağlıdır. Belə ki, büdcə xərclərinin həcmi büdcə gəlirlərinin dairəsi ilə
məhdudlaşdırılır. Lakin digər tərəfdən büdcə xərclərinin azaldılması da sonrakı
illərdə öz mənfi təsirini göstərir. Ona görə də büdcə xərclərinin elə həcmini və
təyinatını müəyyən etmək lazımdır ki, minimum zərclərlə sosial iqtisadi vəzifələrin
həllini təmin etmiş olsun.
Dövlət xərclərinin idarə edilməsi büdcə kəsirinin və dövlət borcunun idarə
edilməsi ilə sıx bağlıdır. Müasir dövrdə demək olar ki, büdcə kəsiri olmayan,
yaxud dövlətçilik tarixində bu hadisə ilə üzləşməyən dövlət yoxdur.
Dünya ölkələrinin təcrübəsi göstərir ki, iqtisadiyyatın böhranlı şəraitində
iqtisadi siyasətin qarşısında duran əsas vəzifələrdən biri olan – tarazlı büdcənin
yaradılmasına həmişə nail olmaq mümkün olmur. Xüsusilə də keçid iqtisadiyyatı
şəraitində büdcə kəsiri qaçılmazdır. Başqa sözlə obyektiv zərurətdir. Maliyyə
ilində dövlət büdcəsinin xərclərinin onun gəlirlərindən artıq olan hissəsi büdcə
kəsiri hesab edilir.
İqtisadiyyatın böhranlı vəziyyəti işgüzar fəallığın, investisiya tələbinin
yüksəldilməsi ilə aradan qaldıra bilər. Bu da öz növbəsində dövlət xərclərinin
artırılması və gəlirlərinin azaldılmasını tələb edir. Dövlət xərclərinin artırılması və
gəlirlərinin
azaldılması
tənəzzül
şəraitində
olan
iqtisadi
fəaliyyətin
stimullaşdırılması məqsədinin reallaşmasına xidmət edir. Vaxtilə C.M.Keyns
göstərirdi
ki,
iqtisadiyyatın
tsliklik
enmə
dövründə
işgüzar
fəallığın
canlandırılmasında büdcə kəsiri şəraitində maliyyələşmə həlledici və önəmli rola
malikdir. Göründüyü kimi belə stimullaşdırıcı iqtisadi siyasət büdcə kəsirinin
yaratması zərurəti ortaya çıxarır.
Dostları ilə paylaş: |