Muxtar bəy yeniyetmə yaşında vəfat edib.
Hacı İbrahim bəyin beşinci oğlu Zülfiiqar bəy 1872-ci ildə
Şuşa şəhərində anadan olmuşdu. Məktəb təhsili almışdı. Təxminən
20 yaşında evdən xəbərsiz çıxaraq Türkiyəyə getmişdi. Sonrakı
taleyindən bilgimiz yoxdur.
Hacı İbrahim bəyin altıncı oğlu Məmmədcəfər bəy Şuşa
şəhərində doğulmuşdu.
Məmmədcəfər subay vəfat edib.
Hacı İbrahim bəyin yeddinci oğlu Əbdürrəhim bəy Şuşa
şəhərində dünyaya gəlmişdi.
Əbdürrəhim bəyin Hidayət bəy adlı oğlu vardı.
***
Molla Müqim ağanın ikinci oğlu Qurban ağa 1792-ci ildə
Şuşa şəhərində anadan olmuşdu. İbtidai təhsilini atasından almışdı.
Sonra mədrəsədə oxumuşdu. Savadlı olduğundan dolayı mirzə
ünvanı daşıyırdı.
Mirzə Qurban ağa Xeyrənsə xanımla ailə qurmuşdu. Abbas
ağa, Əbdürrəhim ağa adlı oğlanları, Xədicə xanım, Ruqiyə xanım
və Fatma xanım adlı qızları vardı.
Abbas ağa 1828-ci ildə Şuşa şəhərində doğulmuşdu. İbtidai
təhsilini əmisindən almışdı. Sonra mədrəsədə oxumuşdu. Savadlı
olduğundan dolayı mirzə ünvanı daşıyırdı.
Mirzə Abbas ağanın Əbdül ağa, Ağacan ağa adlı oğlanları
vardı.
Mirzə Qurban ağanın ikinci oğlu Əbdürrəhim ağa 1832-ci
ildə Şuşa şəhərində dünyaya gəlmişdi. İbtidai təhsilini əmisindən
almışdı. Mədrəsədə oxumuşdu. Savadlı olduğundan dolayı mirzə
ünvanı daşıyırdı.
Məşədi Molla İman ağanın böyük qızı Mehri xanım Şuşa
şəhərində anadan olmuşdu.
Məşədi Molla İman ağanın ikinci qızı Bədir xanım Şuşa
şəhərində doğulmuşdu.
60
Məşədi Molla İman ağanın üçüncü qızı Bacıxanım xanım
Şuşa şəhərində dünyaya zinət vermişdi. Ailə təlim-tərbiyəsi
almışdı.
Bacıxanım xanım Məhəmmədhüseyn ağa Məhəmmədqulu
xan oğlu Qaradağı ilə ailə qurmuşdu. Balaxanım xanım adlı qızı
vardı.
Balaxanım xanım 1852-ci il iyul ayınm 6-da Şuşa şəhərində
dünyaya gəlib. Maraqlıdır ki, bu təvəllüdü təsdiqləmək üçün
komissiya yaranmışdı. Komissiyaya Şuşa qəza qazısı Axund Molla
Hüseyn Hacı Oruczadə başçılıq edirdi. Katib Mirzə İsmayıl Məşədi
Qasım oğlu (şair Məhzun - Ə.Ç.), üzvlər isə şəhərin ünlülərindən
olan Molla Abbasqulu, Molla Nuru, İbrahim Sadıq oğlu, Kərbəlayı
Səfər bəy Nəcəfqulu bəy oğlu, Seyid Hüseyn Məşədi Seyid Həsən
oğlu, Hacı Tağı Məmmədqulu oğlu, Məşədi Məmmədtağı Mirzə
oğlu, Kərbəlayı İbrahim Məşədi Allahverdi oğlu, Hacı Abdulla
Kərbəlayı Namaz oğlu, Məşədi Dadaş Kərbəlayı Abbas oğlu,
Kərbəlayı Salman Kərbəlayı Abbas oğlu və Məşədi Teymur
Kərbəlayı Sadıq oğlu idilər. Onlar şəhadət verib, tanıqlıq
etmişdilər ki, Balaxanım xanım Məhəmmədhüseyn ağa qızı
Xanqaradağski, həqiqətən, 1852-ci ildə Şuşa şəhərində doğulub.
Balaxanım xanım uşaqkən sarsıntı keçirmişdi. Başında
pozğunluq vardı. Əmisi oğlu Həsənəli ağa ilə yaşam qurandan
sonra xəstəliyi şiddətləndi. Ərindən boşanmalı oldu. Atasından ona
xeyli mal-mülk qalmışdı. Dayısı oğlu Mirzə Şükür bəy Hacı Mirzə
Müqim bəy oğlu və vəkili Mirzə Rəhim Mirzəyevin vasitəsilə
təsərrüfatını idarə edirdi.
Məşədi Molla İman ağanın dördüncü qızı Bahar xanım 1844-
cü ildə Şuşa şəhərində dünyaya göz açmışdı.
Məşədi Molla İman ağanm beşinci qızı Gövhər xanım 1848-
ci ildə Şuşa şəhərində dünyanı tanımışdı.
61
/
Müqümovlar soyu
62
63
Штш
I
65
Abdinbəyovlar
Təbrizli məhəlləsinin ünlü sakinlərindən biri də Zeynalabdin
bəy idi. Zeynalabdin bəy XVIII yüzilin sonunda, XIX yüzilin
önlərində yaşamışdı.
Zeynalabdin bəyin törəməsi Abdinbəyov soyadını daşıyırdı.
Zeynalabdin bəy Hacı Hüseynəli bəy Kəbirlinin qızı Zeynəb
xanımla ailə qurmuşdu. Əhməd bəy, Qasım bəy adlı oğlanları, Tutu
xanım adlı qızları vardı.
Əhməd bəy 1821-ci ildə Şuşa şəhərində anadan olmuşdu.
Mədrəsə təhsili almışdı. Mülkədar idi, ana babasından qalma Mir-
zalıbəyli obasının və Bərdə kəndinin bir hissələrini idarə edirdi.
Əhməd bəyin Şuşa şəhərində xeyli dükanı vardı. Birini də
qohumu Həsənəli bəy kavaler Əli bəy oğlundan almışdı.
Əhməd bəy Tubu bəyim Cavanşirlə yaşam qurmuşdu.
Zeynalabdin bəy, Muxtar bəy, Məmməd bəy adlı oğlanları vardı.
Zeynalabdin bəy 1846-cı ildə Şuşa şəhərində doğulmuşdu.
Əhməd bəyin ikinci oğlu Muxtar bəy 1855-ci ildə Şuşa
şəhərində dünyaya gəlmişdi.
Əhməd bəyin üçüncü oğlu Məmməd bəy 1862-ci ildə Şuşa
şəhərində dünyaya göz açmışdı.
Zeynalabdin bəyin ikinci oğlu Qasım bəy 1828-ci ildə Şuşa
şəhərində dünyanı tanımışdı.
66
Ağabəyovlar
Bu soyun ulu babası Baba ağadır. Baba ağa XVIII yüzilin
ikinci yarısında Şuşa şəhərində yaşamışdı. Müqəddəs Məkkəyi-
müşərrəfi ziyarət etmişdi.
Hacı Baba ağanın Əlihüseyn ağa adlı oğlu vardı.
Əlihüseyn ağa Şuşa şəhərində anadan olmuşdu. Mədrəsə
təhsili almışdı. İbrahimxəlil xan Sarıcalı-Cavanşirə xidmət etmişdi.
Əlihüseyn ağanın Ağa bəy adlı oğlu vardı.
Ağa bəy 1778-ci ildə Şuşa şəhərində doğulmuşdu. Mədrəsə
təhsili almışdı. İbrahimxəlil xana, sonra isə Mehdiqulu xana qulluq
etmişdi.
Ağa bəyin törəmələri Ağabəyov, Ağayev soyadını daşıyırlar.
Ağa bəy Şahzeynəb xanımla ailə qurmuşdu. Baba bəy, Şəfi
bəy, Ağadədə bəy, Rəsul bəy, Qulu bəy, Qasım bəy adlı oğlanları,
Gövhər xanım, Səkinə xanım, Xanım xanım və Sona xanım adlı
qızları vardı.
Baba bəy 1809-cu ildə Şuşa şəhərində dünyaya gəlmişdi.
Mədrəsə təhsili almışdı. Ticarətlə məşğul olurdu.
Baba bəy Bacıxanım xanım və Şahxanım xanımla evlən
mişdi. Əsəd bəy, Ağa bəy adlı oğlanları, Ruqiyyə xanım və Bədir
xanım adlı qızları vardı.
Əsəd bəy 1839-cu ildə Şuşa şəhərində dünyaya göz açmışdı.
Molla yanında təhsil almışdı.
Əsəd bəy yeniyetmə yaşında tələf olmuşdu.
Baba bəyin ikinci oğlu Ağa bəy 1867-ci ildə Şuşa şəhərində
dünyaya pənah gətirmişdi. Şuşa realm məktəbində oxumuşdu.
Ağa bəy 1929-cu ildə vəfat edib.
Ağa bəy Soltan xanımla ailə qurmuşdu. Əyyub bəy adlı oğlu
vardı.
Əyyub bəy 1890-cı ildə Şuşa şəhərində dünyaya boy
göstərmişdi. Orta məktəbi bitirəndən sonra ali təhsil almışdı.
Yüksək vəzifələrdə çalışmışdı. Laçın rayonunda hərbi komissar,
Bakı şəhər milisinin rəisi vəzifələrində işləmişdi.
Əyyub bəyin polkovnik rütbəsi vardı.
67
Yüklə Dostları ilə paylaş: |