1980-ci ildən 1983-cü ilə qədər “Soyux Vneş Trens” Birliyi
Moskva, Baş mühəndis vəzifəsində işləyib.
1984-cü ildən 1989-ci ilə kimi İran İslam Respublikasında
SSSR-nin Ticarət Nümayəndəliyində baş mühəndis vəzifəsində
çalışıb.
1989-cu ildən 1991-ci ilədək SSSR-nin Xarici İqtisadi
Əlaqədar Nazirliyi yanında Azərbaycan SSR-nin Nazirlər
Kabinetinin Müvəkkil İdarəsi müvəkkil müavini vəzifəsində işləyib.
1991-
ci ildən 1992-ci ilədək “AZərİncom VES” birliyində baş
direktor müavini vəzifəsində çalışıb.
1992-
ci ildən 1999-cü ilədək “İNTEGRAS” Azərbaycan-
Almaniya-İrlandiya
müştərək müəssisəsi, Kommersiya üzrə direktor
işləyib.
1999-cü ildən 2006-cı ilədək “Sol-
valyub” şirkəti məsləhətçisi vəzifəsində
çalışıb.
Atif Şükür oğlu İbrahimov Bakı şə
hərində anadan olub. Orta məktəbi bitirən
dən sonra Azərbaycan Xalq Təsərrüfatı
İnstitutuna (Azərbaycan İqtisad Univer
sitetinə) qəbul olub. Sonra ADU-ya (indiki
BDU-ya) daxil
olub.
Universiteti tamamlayandan sonra uzun
illər hüquq və ədliyyə sahəsində çalışıb.
Mayor rütbəsi ilə təqaüdə çıxıb. Hazırda
ABŞ-da yaşayır.
Əzizə Şükür qızı İbrahimova 29
mart 1946-cı ildə Bakı şəhərində
anadan olub. Orta məktəbi bitirəndən
sonra
Nəriman
Nərimanov
adma
Azərbaycan Tibb İnstitutuna (indiki
ATU-ya) qəbul olub. 1969-cu ildə
institututun müalicə-proflaktika fakül
92
təsini fərqlənmə ilə tamamlayıb. Sonra aspiranturaya daxil olub.
1977-ci ildə müdafiə edərək tibb elmləri namizədi adına layiq
görülüb. 1977-ci ildə dosent elmi rütbəsini alıb. ATU-da çalışır.
Əzizə İbrahimova 100-dən çox elmi məqalənin, metadik və
dərs vəsaitinin müəllifidir.
Əzizə İbrahimova ailəlidir. 2 övladı var.
***
Hacı Əliməhəmməd bəyin ikinci oğlu Həsən bəy 1820-ci ildə
Şuşa şəhərində anadan olmuşdu. Molla yanında oxumuşdu.
Ticarətlə məşğul idi.
Həsən bəyin Hacı bəy adlı oğlu vardı.
Hacı bəy 1845-ci ildə Şuşa şəhərində doğulmuşdu. Ticarətlə
məşğul idi.
93