hazırladığı əmək alətlərinin yaşının 6 milyon ilə bərabər
olmasını söyləməyə əsas vermişdir.
1989-cu ildən Dmanisi paleolit düşərgəsində aparılan
arxeoloji qazıntılar zamanı yaşı 1,7-1,8 milyon ilə bərabər
olan arxeoloji və paleoantropoloji tapıntılar aşkar edilmişdir.
Fransa ərazisində aparılan elmi axtarışlar zamanı
Sent-aşel düşərgəsində kobud çapma alətləri və əl
çapacaqları aşkar olunmuşdur. Bu tapıntılar tarixə aşel
mədəniyyəti kimi daxil olunmuşdur və ilk dəfə tapıldığı
yerin adı ilə adlandırılmışdır. Fransa alimlərinin apardığı
elmi tədqiqatlar zamanı aşel mədəniyyətinin bir neçə inkişaf
mərhələsi keçməsi müəyyən olunmuşdur. Aparılan arxeoloji
tədqiqatlar zamanı məlum olmuşdur ki, aşel mədəniyyəti
bəşər tarixində 700 min il bundan əvvəl başlanmış və 120
min il bundan qabaq sona çatmışdır. Fransanın Lö-Mustye
mağara düşərgəsində aparılan arxeoloji tədqiqatlar zamanı
bəşər tarixi üçün yeni arxeoloji maddi mədəniyyət
nümunələri tapılmışdır. Lö-Mustye abidəsinin əmək alətləri
tarixə mustye arxeoloji mədəniyyəti kimi daxil olmuşdur.
Arxeoloqlar müəyyən etmişlər ki, mustye mədəniyyəti
120 min il bundan əvvəl başlanmış və 35 min il bundan
qabaq sona çatmışdır. Aparılan arxeoloji tədqiqatlar zamanı
müəyyən olunmuşdur ki, 35 min il bundan əvvəllərdə mustye
mədəniyyətini üst paleolit əvəz etmişdir. Avropa ərazisində
üst paleolit mədəniyyəti 4 inkişaf mərhələsindən: orinyak,
solyutre, madlen və azildən keçmişdir. 12 min il bundan
əvvəllərdə üst paleolit sona çatmış və onu mezolit (orta daş
dövrü) əvəz etmişdir. Mezolit dövrünü isə 9-7-ci
minilliklərdə mövcud olmuş neolit (yeni daş dövrü) əvəz
etmişdir. Qeyd olunan dövrlərdə əsas əmək alətləri və
ovçuluq silahları daşdan hazırlandığına görə, insanlığın
keçdiyi uzun bir tarixi inkişaf dövrünə daş dövrü adı
verilmişdir. Aparılan kompleks arxeoloji tədqiqatlar
zamanı hazırda müəyyən olmuşdur ki, bəşər tarixində daş
dövrü 6 milyon il bundan əvvəl başlanmış və 7 min il bundan
qabaq sona çatmışdır. Daş dövrünü 7-5 minilliklərdə
mövcud olmuş eneolit (mis-daş dövrü), mis- daş dövrünü
5-2-ci minilliklərdə mövcud olmuş tunc dövrü əvəz etmişdir
və tunc dövrü I minilliyin əvvəllərində sona çatmış, onu
dəmir dövrü əvəz etmişdir. Bəşər tarixində sonralar dəmir
dövrünü antik dövrü (eradan əvvəl IV və eramızın IV əsri)
əvəz etmişdir. Antik dövrü sona çatdıqdan sonra orta əsrlər
(V-XVI əsrlər), yeni tarix (XVII-XIX əsrlər) və ən yeni
tarixlə (XX əsrdən) əvəz olunmuşdur. Beləliklə, bəşər tarixi
uzun bir inkişaf dövrü keçmişdir.
Azərbaycan Respublikası ərazisində aparılan arxeoloji
tədqiqatlar zamanı ilk sakinlərinin məskunlaşmasına aid
zəngin maddi mədəniyyət nümunələri aşkar olunmuş və
bunun nəticəsində respublikamızın ərazisinin insanın
formalaşdığı məskənlər siyahısına daxil olunmasına zəmin
yaratmışdır. Azərbaycan ərazisində hazırda ilk ibtidai
insanların 1,7-1,8 milyon il bundan əvvəldən yaşamağa
başlamasına aid ən qədim arxeoloji və paleontoloji
materiallar tapılmışdır.
Kitabda Azərbaycanın Araz, Quruçay, Arpaçay,
Tərtərçay, Viləşçay, Zuvandçay və digər vadilərində aşkar
olunmuş Olduvay, Aşel, Mustye, Orinyak, So- lyutre,
Madlen, Azil, Mezolit, Neolit, Kür-Araz və Boyalı qablar
mədəniyyətlərinin maddi mədəniyyət nümunələri haqqında
zəngin arxeoloji materiallar öz şərhini tapmışdır.
Əsərdə respublikamızın ərazisində tapılan qədim insan
düşərgələrindən aşkar olunmuş maddi mədəniyyət qalıqları
əsasında burada ibtidai insanların mağara həyatından, əmək
alətləri hazırlanmasından, ovçuluq təsərrüfatından, ilkin odla
tanışlıqdan, ibtidai tikili yerlərindən, qaya rəsmlərindən və
Qarabağın qədim tarixindən bəhs olunur. Eyni zamanda
dünyanın
ən qədim insan məskənləri olan Olduvay, Türkanə, Azıx,
Dmanisi, Vallone, Kondel-Araqo, Lazaret, Ku- daro, Tağlar,
Qazma və başqa arxeoloji abidələr haqqında zəngin elmi
məlumatlar verilmişdir. İlk sakinlərin bu ərazi və
düşərgələrdə yaşayıb formalaşma mərhələləri, həmçinin ən
qədim tariximiz maddi mənbələr əsasında şərh edilmişdir.
Azərbaycanın ilk sakinlərinin düşərgələrində aparılan
kompleks elmi tədqiqatlar nəticəsində respublikamızın
ərazisində nəinki ibtidai insanların yaşaması isbat olunmuş,
eyni zamanda bu diyarda ən qədim insanların uzun müddət
məskən salıb formalaşması elmi faktlarla sübuta
yetirilmişdir.
COĞRAFİ ŞƏRAİT VƏ QƏDİM İNSAN
Aparılan elmi tədqiqatlar göstərir ki, planetimizin ilk
sakinləri lap qədim zamanlarda bir yerdə yaşamış, birlikdə
yemək, sığınacaq axtarmağa başlamış, vəhşi heyvanlardan
qorunmaq, ilk əmək alətləri, ibtidai tikili yerləri hazırlamaq
və süni od əldə etmək üçün birlikdə yaşamaq
məcburiyyətində qalmışlar. Birgə yaşayış ulu sakinlərimizin
qarşısına çıxan çətinlikləri aradan qaldırmağa kömək etmiş
və bu günə qədər gəlib çıxmış maddi və mənəvi sərvətlərin
yaradılmasına səbəb olmuşdur. Maraqlıdır ki, istər Afrikada,
Avropada, Asiyada və istərsə də Azərbaycanda ilk qədim
insanlar bir məskəndə - mağaralarda yaşamış, yeməkləri də
bir növ - mağara ayıları, nəhəng marallar və təbiətin hazır
nemətləri olmuşdur. Onlar özlərinin incəsənət əsərlərini də
bir yerə - qayalar üzərinə yazmışlar. İstər Qobustan qayaüstü
rəsmləri, Kəlbəcər, Gəmiqaya, Fransa, İtaliya və istərsə də
Afrikadakı qayalar üzərinə ulu sakinlərin həkk etdikləri
incəsənət əsərləri dediklərimizi bir daha təsdiq edir.
Hal-hazırda planetimizdə müxtəlif xalqlar yaşayır.
Onların dilləri, məşğuliyyəti, mədəniyyəti, ictimai- iqtisadi
quruluşları və dinləri müxtəlifdir. Lakin alimlərin apardıqları
elmi tədqiqatlar göstərir ki, ən ulu sakinlərimizin ilkin səhər
çağında əmək fəaliyyəti, formalaşma xüsusiyyətləri, çay
daşlarından hazırladıqları əmək alətləri 6 milyon il bundan
əvvəl tamamilə bir- birinə yaxın və demək olar ki, oxşar
olmuşdur. Ən qədim ibtidai insanlar ilk zamanlar çay
daşlarından əmək aləti hazırlamış və bu alətlərdən özünün
məşğuliyyəti üçün istifadə etməyə başlamışdır.
İnsanın özünü də məhz əmək yaratmışdır. Əmək
fəaliyyəti nəticəsində ibtidai insanlar heyvanlar aləmindən
birdəfəlik ayrılmışlar. Təxminən 6 milyon il bundan əvvəl
ibtidai insan adi çay daşını götürüb ondan
Dostları ilə paylaş: |