İrəvan Müəllimlər Seminariyasının XVlll buraxılışı -
1901/1902
Qarşımızda bir şəkil var. Onun üzərində yazılmışdır: İrəvan
Müəllimlər Seminariyasının XVIII buraxılışı - 1901/1902” (İlk ön
cə bu şəkli bizə təqdim etmiş həmin buraxılışın məzunu İbadulla
bəy Muğanlinskinin oğlu Dövran Muğanlinskiyə öz dərin təşəkkü
rümüzü bildiririk).
Burada birinci olaraq, digər şəxslərə nisbətən daha iri, fərqlən
dirici tərzdə seminariyanın müdiri M.A.Mitroçiyevin şəkli verilmiş
dir. 2-ci yerdə müxtəlif orden və medallarla təltif edilmiş, ruhani ge
yimdə müsəlman-azərbaycanlı tələbələrin şəkli verilmişdir. Bu, şüb
həsiz ki, azərbaycanlıların buraxılışda çoxluq təşkil etməsindən irəli
gəlirdi.
1902-ci il İrəvan Müəllimlər Seminariyasının buraxılışında
İ.Muğanlinski,
Ə.Sultanov,
C.Məmmədov,
Ş.Mahmudbəyov,
H.Şahtaxtinski kimi azərbaycanlı tələbələr də var idi.
26
İbadulla bəy Muğanlinski
nin adına ilk dəfə hələ neçə il əv
vəl görkəmli ədəbiyyatşünas-alim
Əziz Şərifin “Keçmiş günlərdən”
adlı əsərində təsadüf edilmişdir.
O yazır: “O zaman azərbaycanlı
uşaqları gimnaziyaya hazırlaşdır-
maq üçün İrəvanda iki pansionat
var idi. Bunların birini müəllim
Cəfər bəy Cəfərbəyov açmışdı. O
birini də İbadulla bəy Muğanlin-
ski ilə Cabbar bəy Məmmədov.
Atam ikinci pansionu daha müva
fiq bilib məni ora aparmışdı.
Həmin pansion
İrəvanda
Daşlı küçəsinin sonunda, İran
konsulu Bədəlbəyovun yaşadığı evlə yanaşı, ikimərtəbəli evdə yer
ləşirdi. Evin geniş həyəti, enli boyaboy balkonu vardı. Bu ev, onun
həyəti, bu həyəti konsulun həyətindən ayıran daş divar bu gün də
sanki gözümün qabağındadır”.
Qeyd etmək lazımdır ki, pansionatı əslində İ.B.Muğanlinski
açdırmışdı və seminariyada dostu Cabbar Məmmədov sonra orada
müəllimlik fəaliyyətinə başlamışdı.
İ.B.Muğanlinskinin xarakterindən danışan Ə.Şərif qeyd edir
ki. Cabbar bəy bir o qədər gülərüz mehriban idisə, İbadulla bəy bir
o qədər əsəbi və hövsələsiz idi, mən də, o biri uşaqlar da ondan
qorxardıq.
1906-cı ilin payızında İ.B.Muğanlinski və C.Məmmədovun
pansionunda 19 nəfər uşaq yaşayırdı ki, bunlardan on biri İrəvan
dan, səkkizi Naxçıvandan idi. Gələcəyin dünya şöhrətli alimi, aka
demik Mustafa bəy Topçubaşov, qardaşı Mehdi Topçubaşov, Mir-
məmməd Miryəhyayev, Əziz Şərif, İbrahim və Fərman Kəngərlilər
və başqaları həmin dövrdə pansionatda qalan uşaqlardan idi. Görün
düyü kimi İrəvan Müəllimlər Seminariyasının məzunu İ.B.Muğan-
İbaclulla bəy Muğaıılinski
27
linskinin açdığı bu pansionat Azərbaycan elminin, maarifinin inki
şafında az rol oynamamışdır.
Bir neçə il pansionata müdirlik edən İbadulla bəy 1912-ci ildə
İrəvanda məşhur olan bu maarif ocağını dostu, seminariyada eyni
buraxılışın məzunu olan Fars Abbasın oğlu Cabbar Məmmədova (o,
əksər sənədlərdə Məmmədzadə adı ilə getmişdir - Ə.Z.) tapşırır və
birdəfəlik İrana köçür. Xatırlatmaq istərdik ki, C.Məmmədov həm
də İ.Muğanlinskinin yeznəsi idi, onun bacısı Nəcibə xanımla ailə
qurmuşdu ki, bu izdivacdan da görkəmli ədəbiyyatşünas, tənqidçi,
tərcüməçi Cəlal Məmmədov və riyaziyyatçı Kamal Məmmədov
dünyaya gəlmişdir.
İ.B.Muğanlinski İranda müxtəlif şəhərlərdə çalışmış, hətta bir
müddət İranda olan rus zabitlərinə dərs demişdir (oğlu Dövran Mu-
ğanlinskidə olan şəkil bunu təsdiq edir - Ə.Z.).
İ.B.Muğanlinski 1948-ci ilin avqustunda İranda vəfat etmişdir.
İrəvan müəllimlər seminariyasının 1902-ci il məzunlarından
biri görkəmli pedaqoq, alim C.Məmmədov idi (1882-ci ildə İrəvan
şəhərində Fars Abbasın ailəsində anadan olmuşdur). Seminariyanı
bitirdikdən sonra dörd il Nehrəmdə, Qəmərlidə, İmanşalıda müəllim
işləmişdir. 1906-cı ilin payızında İrəvana İbadulla bəy Muğanlinski-
nin pansionatına riyaziyyat və rus dili müəllimi kimi dəvət olunur.
Bir il sonra isə həm də İrəvan Müəllimlər Seminariyasına türk
(Azərbaycan dili - Ə.Z.) dili müəllimi təyin olunur. Uzun illər
ərzində gələcəyin bir sıra görkəmli adamları, ictimai xadimlər Əsəd
Şeyxzadə, Maqsud Məmmədov, Əziz Əliyev, akademiklər Mustafa
bəy Topçubaşov, Heydər Hüseynov, H.T.Şahtaxtlı, professorlar
Əziz Şərif, Mehdi xan Erivanski və digər şəxslərə dərs deyir.
Mirzə Cabbar həmişə Bakıda yaşayan ziyalılarla, xüsusən də
Abdulla Şaiqlə əlaqə saxlayıb məktublaşırdı. Çünki onları eyni
inam, əqidə birləşdirirdi. Hazırda A.Şaiqin arxivində Mirzə Cabba
rın dostuna göndərdiyi 40-a qədər məktub saxlanır (K.Tanrıverdiye-
vanın “məslək dostları” kitabında bu barədə geniş söhbət açılır).
Mirzə Cabbar yaranmış vəziyyətlə əlaqədar İrəvandan Azər
baycana gəlir və iki il Naxçıvan Ali İbtidai məktəbində rus və türk
28
dilindən dərs deyirdi. Bu illərdə onun tərtib etdiyi üç kitab nəşr
olunur:
1. Самоучитель тюркского языка для русских.
2. Самоучитель русского языка для тюрок.
3. Самоучитель русского языка для персов.
20-ci illərdən sonra о, tək və ya şərikli olaraq Azərbaycan və
rus dillərində ibtidai və yaxud orta məktəblər üçün 20-yə qədər
dərslik tərtib edir.
1920-ci ildə Mirzə Cabbar Bakı
ya gəlir və Azərbaycan Dövlət Univer
sitetində, bir il sonra Politexnik İnsti
tutunda Azərbaycan dili üzrə mühazi
rələr deməyə başlayır. O, 1932-ci ildə
Kooperativ İnstitutunda türk dilləri
üzrə kafedra müdiri, dosent vəzifəsinə
seçilir. Ona 1935-ci ildə dil və ədəbiy
yat üzrə elmlər namizədi və professor
adı verilir. 1937-ci ildə “Azərbaycanda
tədris metodikası tarixi” adlı əsərinə
görə pedaqoji elmlər doktoru adma la-
СвЫюг Məmmədzadz
yiq görülür. Həmin ilin oktyabr ayında
həbs edilib güllələnir. Alimin bir çox elmi məqalələri 20-30-cu illə
rin dövrü mətbuatında nəşr olunmuşdur. Hazırda Bakının Yasamal
rayonundakı küçələrin biri Cabbar Məmmədzadənin adını daşıyır.
İrəvan Müəllimlər Seminariyasının 1902-ci il buraxılışının
məzunlarından biri Həmid Ağa Xəlil oğlu Şahtaxtinskidir. O, 1880-
ci ildə Şərur mahalının Şahtaxtı kəndində anadan olmuşdur. İlk və
orta təhsilini Naxçıvanda almış, İrəvan Müəllimlər Seminariyasında
təhsilini davam etdirmişdir. Seminariyanı bitirdikdən sonra İrəvan
da rus-tatar məktəbində, oxuduğu, təhsil aldığı İrəvan Müəllimlər
Seminariyasında Azərbaycan və rus dili müəllimi işləmişdir.
29