19
Gözəl öz sənətini qızı Səkinəyə öyrətmişdi. Mollu kəndində onun kimi
qəşəng xalça toxuyan yox idi. Xocahan, Xanlıq, Şuşa bzazarlarında həmişə
tacirlər Gözəlin əlindən çıxan xalçanın üstündə dava salırlar. Kəndin varlı
ailələrinin hamısı nişanlı qızlarına cehiz xalçalarını ona toxutdurur.
Səkinənin bu işdə yaxşı sərişdəsi vardı. Hər axşam o, bacılığı Həcərlə xalça
toxuyardı.
Anası öz zəhmət haqqına qızına qanovuzdan don tikmişdi. Səkinə təzə donu
geyib getmişdi.
Gözəl ərinin ona acıqılı-acıqlı baxdığını görub zarafata saldı:
-A kişi, qorxan gözə çöp düşər, niyə mənə belə tərs-tərs baxırsan? Nigaran
qalma, Nəbi apardığı bayram payını tökməz, o, ağıllı uşaqdır. Neçə dəfə
qulluğa göndərmişəm məni yarıdıb...
-Ay arvad, söhbətə qızışdıq, səbət yaddan çıxdı. Cəhənnəmə...
deyirəm,
oturub təzəsini hörüm, görək Kərbəlayı buna nə qulp qoyacaq. Apardığımı
bəyənmədi. Dedi ki, bununla Qalaya barama göndərə bilmərəm, lap üsgüyə
oxşayır.
-Nə deyirəm, hörürsən hör, mən də kömək eləyərəm.
Onlar iydənin kölgəsində qabaq-qabağa oturdular... gözəl çubuq verir, Alo
səbət toxuyurdu. Heç biri dinib danışmırdı. Külək axşamdan sönmüş ocağın
külünü həyətə səpələyirdi. Alo istəyirdi, bir məsələni arvadına açsın,
qorxurdu Gözəl razılaşmaya öz-özünə çox ölçüb biçdi. Axırda arvadına dedi:
-
Ay Gözəl, o çubuğu qoy yerə, istəyirəm bir işi sənə gənəşəm.
-
Nə
işdi belə, xeyir ola?
-
Lənət şərə, külfəti dolandırmağı deyirəm. Bu bayramı da birtəhər belə yola
saldıq getdi. Deyirəm nə təhər eyləyək evimizdə məndən başqa bir qazanc
gətirən də olsun, xeyir-şər olanda da əl-amanda qalmayaq. Görürsən də, mən
vaxt-bivaxt nə qədər çax-çux eləyirəm, yenə çətinlik çəkirik. Maşallah,
uşaqlar böyüyürlər,çörəklərini yetirmək olmur. Bir də ki, elə uşağı
körpəlikdən gərək iş-gücə alışdırasan. Kərbəlayı Cəfər o günü deyirdi ki,
Nəbi çox zirək uşaqdır... Nə bilim ey, deyirəm, razı olsan, Nəbini
Kərbəlayıya nökər verək. O, Məhərrəmin tayı deyil, təkbaşına iki sürü quzu
hərləyər.
İydə ağacı Gözəlin başına dolandı: “Yeddi yaşlı uşağı nökər?! Özü də kimə,
doğma qardaşımın qanını içən Topala?! Hələ uşağın ağzından süd iyi gəlir.
O gün inci dişini çıxartdım. Səni görüm dağılasan, dünya! Yoxsulluq nə
yaman bəla imiş!... elə bil allah bizi dərd-qəm çəkməyə yaradıb”.
Gözəl handan-hana özünü ələ alıb, çubuğu hirslə qarağac kötüyünün
böyrünə tulladı:
-
Yox, a, kişi, Nəbini gözümdən uzaq qoymaram. Gecələr qucağımda
yatırtmasam, gözümə yuxu getməz. Hər axşam yalvarır ki, “ana mənə
Koroğludan danış, Bəbəkdən danış... Düşmənlər Çənlibelə necə soxuldu?
Bəzz qalasını Ərəblər necə aldılar?..” Vallah acından ölərəm, uşağımı heç
kəsə nökər vermərəm. Elə sənin qazancınla külfəti birtəhər dolandırarıq.
Mən xalça toxuyuram, Məhərrəm də bu gün sabah qazanc gətirəcək; Əlli