F. H. Axundov amea-nın Mərkəzi Nəbatat bağı, "Ağac və kol bitkiləri" laboratoriyası



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə11/19
tarix01.02.2018
ölçüsü0,55 Mb.
#23397
1   ...   7   8   9   10   11   12   13   14   ...   19

 

34 


 

Gəncədə isə 13-18 gün davam edir. Həmin müddətdən sonra çiçək 

tacı  formalaşmış  paxlaların  uc  hissəsində  yapışmış  halda  qalır. 

Paxlalar tam formalaşdıqdan sonra qurumuş ləçəklər tökülür.  

Basma bitkisi çiçəklərinin Şirvanda 85-90 %  -i,  Gəncədə isə 

75- 80%-i normal  tozlanaraq vegetasiyanın sonunda yüksək key-

fiyyətli toxum məhsulu verir.  

 

4. 6.  Meyvəvermə xüsusiyyətləri 

 

Basma  bitkisi  Azərbaycanda    becərilən  yeni  texniki  bitki-



lərdəndir.  Hər  il    respublika-

mızda bu  bitkinin plantasiyaları 

genişlənməkdədir.  Səpin  mate-

rialı  ilə  plantasiyaları  təmin  et-

mək  üçün  yüksək  keyfiyyətli 

toxum məhsulu hazırlanmalıdır. 

Buna  görə  də  müxtəlif  torpaq-

iqlim  şəraitində  becərilən  bas-

ma  bitkisində  meyvələrin  yetiş-

mə vaxtını,   yığım   vaxtını  və 

toxumluq      sahələrin    yaradıl-

ması  məsələlərini  öyrənməyi 

qarşımıza  məqsəd  qoymuşuq. 

Apardığımız tədqiqat işləri gös-

tərdi ki,  Şirvan və Gəncə - Qazax bölgələrində   becərilən basma 

bitkisi  normal  inkişaf  edərək  yüksək  keyfiyyətli  yarpaq  və    

toxum  məhsulu  əmələ  gətirir.  Bitkilərdə  meyvələrin  yetişməsi 

vegetasiysının  sonuna  qədər  davam  edir.  Çiçəklərdə  mayalanma  

getdikdən  sonra,  ilk  paxlalar  görünməyə  başlayır.  Bu    vaxt  onlar 

parlaq yaşıl rəngli olur. Vegetasiyanın davam etməsi ilə əlaqədar 

olaraq  paxlalar  böyüyürlər.  Qeyd    etmək  lazımdır  ki,  Şirvanda  

yüksək  temperatur  və  quru   iqlim    şəraiti    paxlaların Gəncəyə 

nisbətən tez yetişməsinə səbəb. Basma bitkisinin meyvələrinin ye-

tişməsi vaxtı paxlalar tünd - qəhvəyi rəng alırlar. Lakin, bu zaman 

Şəkil 4. 2.  Basma (İndigofera 

 tinctoria) bitkisinin çiçək salxımı 



 

35 


 

ayrı - ayrı zoğlarda yaşıl meyvələrə və hətta çiçəklərə də rast gəl-

mək  olur.  Ancaq  bu  meyvələr 

yetişməyə  imkan  tapmadıqla-

rına  görə  yığım  müddəti  yetkin 

paxlaların  meydana  gəlməsi  ilə 

müəyyənləşdirilir.  Bu  zaman 

paxlalar  içərisindəki  toxumlar 

formalaşmış olur. 

Basma  bitkisinin  toxumları 

meyvə  adlanan  paxlanın  içə-

risində  yerləşir.  Paxlası  cizgili, 

silindir formasında, üstü ağımtıl 

tükcüklərlə  örtülü  olub,  uzun-

luğu 3-5 sm,  eni  isə 0,3 sm-dir. Paxlası  açılmayandır,  yetişdikdə 

rəngi bozarır. Тoxumları paxlada sıra ilə düzülərək arakəsmələrlə 

əhatə  olunmuşdur  (şək.  4.  4).  Bu  arakəsmələr  paxlalara  üstdən 

baxdıqda da aydın görünür. 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

Şəkil 4. 4. Boyaq indigoferasının (İndigofera 



tinctoria) yetişməmiş paxlaları 

Şəkil 4. 3. Basma bitkisinin çiçək 

qrupu 

 



 

36 


 

V  FƏSİL.  BASMA BİТKİSİNİN BECƏRİLMƏ 

ÜSULLARI 

5. 1. Səpin müddətinin basma cücərtilərinin alınmasına 

təsiri 

Basma  bitkisindən  yüksək  keyfiyyətli  yarpaq  və  toxum  mə-

hsulu  əldə  etmək  üçün  optimal  səpin  müddətinin  təyin  edilməsi 

vacib məsələlərdən biridir. Bu məsələni həll etmək üçün müxtəlif 

bölgələrdə və şəraitdə müxtəlif vaxtlarda   basma toxumları səpib 

onlardan normal cücərtilərin alınması üsullarını araşdırmışıq.  

Müxtəlif  bölgələrdə  tarla  şəraitində  basma  cücərtilərinin 

alınmasına  səpin  vaxtının  təsirini  öyrənərkən  məlum  oldu  ki, 

Şirvan bölgəsində 10. IV ayda səpin aparmaqla bir paqon metrdən 

(uzununa  ölçülən  metr)  19  ədəd  normal  bitki,  20.  IV  ayda  səpin 

apardıqda 31  ədəd normal  bitki,  30.  IV  ayda  səpin  apardıqda isə 

28 ədəd normal bitki alınmışdır (cədvəl 5. 1). 

Gəncə - Qazax bölgəsində isə 10. V ayda səpin apardıqda bir 

paqon metrdən orta hesabla 33 ədəd, 20. V ayda səpin apardıqda 

43  ədəd,  30.  V  ayda  səpin  apardıqda  isə  38  ədəd  normal  basma 

bitkisi alınmışdır. 

Şirvan  bölgəsində  torpaqlarının  şoran,  ağır  qranulometrik 

tərkibli  olması  və  qrunt  sularının  səthə  yaxın  yerləşməsi  səbə-

bindən  alınmış  basma  cücərtilərinin  44-60  %-i  məhv  olur.  Məhz 

buna  görə  də  münasib  vaxtlarda  tarla  şəraitində  basma 

toxumlarının  səpilməsinə  baxmayaraq  bir  paqon  metrdən  alınan 

normal  basma  bitkisinin  sayı  Gəncə  -  Qazax  bölgəsində  Şirvan 

bölgəsinə nisbətən 9-14 ədəd artıq olmuşdur.   

Apardığımız  tədqiqatlarla  müəyyən  etdik  ki,  açıq  sahədə 

basma toxumlarının ən əlverişli səpin vaxtı Şirvan bölgəsində 20. 

IV ay, Gəncə - Qazax bölgəsində isə 20. V ay hesab edilməlidir. 



5 . 2. Səpin normasının basma cücərtilərinin alınmasına təsiri 

Basma  bitkisinin  becərilməsində  toxumların  optimal  səpin 

normasının müəyyən edilməsinin böyük əhəmiyyəti vardır. Bu  



 

37 


 

 



 

38 


 

məqsədlə  basma  toxumlarının  müxtəlif  səpin  normasının  bir 

paqon  metrdən  alınan  normal  basma  bitkisinin  miqdarına  təsiri 

öyrənilmişdir.  Müəyyən  edilmişdir  ki,  Şirvan  bölgəsində  paqon-

metrə 1 qr. basma toxumu səpdikdə orta hesabla 23 ədəd, 1,6 qr. 

basma toxumu səpdikdə 31 ədəd, 2,2 qr. basma toxumu səpdikdə 

isə 25 ədəd normal basma bitkisi əldə olunmuşdur (cədvəl 5. 2). 

Cədvəldən görünür ki, 1 p. m -  dən alınan 20 günlük cücər-

tilərin  miqdarı  normal  bitkinin  miqdarına  nisbətən  19  -  47  ədəd 

çox olmuşdur.  Lakin,  bu bölgədə torpağın  şoran  olması  və qrunt 

sularının  üzdə  olması  səbəbindən  alınmış  cücərtilərin  yarıya 

qədəri  məhv  olmuşdur.  Məhz  bunları  nəzərə  alaraq  tədqiqata 

başlayan  zaman  Şirvan  bölgəsində  basma  toxumların  səpin 

norması  Gəncə  -  Qazax  bölgəsinə  nisbətən  bir  qədər  artıq  götü-

rülmüşdür. 

Gəncə  -  Qazax  bölgəsində  tarla  şəraitində  basma  cücərti-

lərinin alınmasına səpin normasının təsirinin öyrənilməsi göstərdi 

ki,  1  p.  m-ə  0,8  qr.  basma  toxumu  səpdikdə  alınan  20  günlük 

cücərtilərin miqdarı orta hesabla 48 ədəd, normal bitkinin sayı isə 

28 ədəd, 1,2 qr. basma toxumu səpdikdə müvafiq olaraq 57 və 43 

ədəd,  1,6  qr.  basma  toxumu  səpildikdə  isə  77  ədəd  cücərti,  34 

ədəd normal basma bitkisi alınmışdır (cədvəl 5. 2). 

Göründüyü  kimi  bu  bölgədə  də  alınmış  çücərtilərin  hamısı 

normal  inkişaf  etməmişdir.  Lakin,  Şirvan  bölgəsində  optimal 

səpin normasında (1,6 qr./p.m.) alınmış cücərtilərin 40 % - i məhv 

olduğu  halda,  Gəncə  -  Qazax  bölgəsində  optimal  səpin  norma-

sında  (1,2  qr./p.m)  alınmış  cücərtilərin  cəmi  24,7  %  -i  məhv  ol-

muşdur.   

Beləliklə,  müxtəlif  bölgələrdə  səpin  normasının  basma  cü-

cərtilərinin alınmasına təsirinin öyrənilməsi göstərdi ki, basma to-

xumlarından  daha  artıq  normal  bitki  almaq  üçün  bu  bitkinin 

toxumlarının Şirvanda açıq sahəyə səpin norması p. m-ə 1,6, Gən-

cə - Qazax bölgəsində isə 1,2 qr. qəbul olunmalıdır. 

 



Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə