44
tanış oldu. Nikolay Sergeiçin evinə bircə dəfə də olsun
gəlmədi, knyaz onunla, ona tabe olan bir adam kimi rəftar
edirdi. Birdən qəribə bir hadisə baş verdi: müəyyən bir
səbəb olmadan, knyazla Nikolay Sergeiçin arası bərk dəydi.
Hər iki tərəfdən təhqiredici, qızğın sözlər eşidildi. Nikolay
Sergeiç qəzəblənərək Vasilyevski kəndini tərk etdi. Lakin
hadisə bununla qurtarmadı. Hər tərəfə iyrənc bir dedi-qodu
yayıldı: deyirdilər ki, Nikolay Sergeiç cavan knyazın
xasiyyətinə bələd olaraq, ondan öz xeyri üçün istifadə etmək
istəyirmiş. Nikolay Sergeiçin qızı Nataşa (bu zaman onun on
yeddi yaşı vardı) iyirmi yaşlı gəncə özünü sevdirə bilmişdi.
Nataşanın ata-anası da bu sevgiyə hamilik edirmiş, lakin
özlərini elə göstərirdilər ki, guya bundan heç xəbərləri
yoxdur, “hiyləgər” və “əxlaqsız” Nataşa bu cavan oğlanı
tamamilə ovsunlamışdır. Onun səyi nəticəsində, bu gənc
knyaz bir il müddətində, hörmətli qonşu mülkədarların
evlərində bol-bol yetişən əsil nəcib qızlardan bircəsini də
görə bilməmişdir. Bunu da deyirdilər ki, bir-birini sevən bu
oğlanla qız belə şərtləşiblərmiş ki, gedib Vasilyevskidən on
beş verst kənarda, Qriqoryevo kəndində nikah məsələsini də
downloaded from KitabYurdu.org
45
həll etsinlər. Görünür, bunu onlar Nataşanın ata-anasından
gizlin etmək istəyirlərmiş, lakin Nikolay Sergeiçin də, Anna
Andreyevnanın da bu işdən lap müfəssəl surətdə xəbərləri
varmış, öz alçaqcasına məsləhətləri ilə qızlarına yol
göstərirlərmiş. Xülasə, qəzanın söz gəzdirən kişilərinin, cici-
bacılarının bu məsələ ətrafında yaydıqları dedi-qoduları heç
bir kitaba sığışdırmaq olmazdı. Lakin hər şeydən
təəccüblüsü bu idi ki, knyaz bu dedi-qodulara tamamilə
inanmışdı, Vasilyevski kəndinə də ancaq bunun üçün
gəlmişdi, bu şeyləri ona əyalətdən göndərilən imzasız bir
məktubla yazıb bildirmişdilər. Əlbəttə, Nikolay Sergeiçi az-
çox tanıyan bir adam onun haqqında deyilən bu sözlərdən
heç birinə inanmazdı. Amma ümumi qayda üzrə, hamı bir-
birinə deyirdi, hamı danışırdı, hamı öz yaxasını kənara
çəkməyə çalışırdı, hamı başını yelləyirdi və Nikolay
Sergeiçi qınayırdı. Nikolay Sergeiç isə məğrur bir adam
olduğundan, qızını dedi-qoduçuların qabağında təmiz
çıxarmaq fikrində deyildi. Ancaq Andreyevnaya da,
qonşularla bu barədə izahata girişməyi qəti surətdə qadağan
etdi. Belə bir böhtana düşən Nataşa özü isə, hələ bir il sonra
downloaded from KitabYurdu.org
46
da bu söz-söhbətdən, dedi-qodudan bir şey bilmədi, bu
hadisəni ondan çox bərk gizlədirdilər, o, on iki yaşlı uşaq
kimi günahsız və şən idi.
Lakin knyazla Nikolay Sergeiçin arasındakı əlaqə get-
gedə kəskinləşirdi. Qulluq göstərmək istəyən adamlar
yatmırdı. Çuğulluq edənlər, şahidlər meydana çıxdı,
nəhayət, knyazı inandırdılar ki, xeyli vaxtdan bəri
Vasilyevski kəndini idarə edən Nikolay Sergeiç öz işini heç
də təmiz aparmamışdır. Bundan başqa, üç il bundan əvvəl
kiçik bir meşə satılarkən, on iki min gümüş pul
mənimsəmişdir, məhkəmə qarşısında buna çox aydın və
qanuni dəlillər gətirmək olar. Bir də ki, meşəni satmaq üçün
knyazdan qanuni bir vəkalətnamə almamışdır, o bunu
özbaşına etmişdir, sonra da meşənin mütləq satılmalı
olduğuna knyazı inandırmışdır, ona həqiqətən aldığı
məbləğdən çox-çox az pul vermişdir. Əlbəttə, bunlar hamısı
böhtandır, bu sonradan məlum oldu, lakin knyaz bu deyilən
yalanlara inandı, adamların yanında Nikolay Sergeiçi oğru
adlandırdı. Nikolay Sergeiç də buna dözməyərək, təhqirə
təhqirlə cavab verdi, çox pis bir vəziyyət əmələ gəldi.
downloaded from KitabYurdu.org
47
Dərhal məhkəmə başlandı. Lakin Nikolay Sergeiçin nə
lazımi sənədləri, nə onu müdafiə edən bir adamı, nə də belə
işlərdə bir təcrübəsi vardı, buna görə də elə o saat
məhkəmədə uduzmağa başladı. Bütün mülkü məhkəmənin
nəzarəti altına alındı. Qoca İxmenyev acıqlanaraq hər şeyi
atıb, öz işini düzəltmək üçün Peterburqa köçdü, quberniyada
öz yerində təcrübəli bir vəkil qoydu. Çox keçmədi ki, knyaz
İxmenyevi nahaq yerə təhqir etdiyini başa düşdü. Lakin hər
iki tərəf bir-birini o dərəcədə ağır təhqir etmişdi ki,
barışmağa heç yer qalmamışdı. Knyaz da acıqlanaraq işi
udmaq üçün var qüvvəsini sərf edirdi, yəni işdən çıxartdığı
müdirinin son tikəsini də əlindən almaq istəyirdi.
downloaded from KitabYurdu.org
48
V FƏSİL
Bu qayda ilə İxmenyevlər Peterburqa köçdü. Mən belə
uzun ayrılıqdan sonra Nataşa ilə olan görüşümü təsvir
etməyəcəyəm. Bu dörd il müddətində o heç mənim
yadımdan çıxmırdı. O hiss ilə ki mən Nataşanı xatırlayırdım,
bunun necə bir hiss olduğunu heç özüm də yaxşı başa
düşmürdüm, lakin biz yenə də görüşəndə mən hiss etdim ki,
tale özü onu mənə qismət etmişdir. İlk günlər mənə elə gəldi
ki, Nataşa elə bil bu bir neçə ildə az inkişaf etmişdir, sanki
heç dəyişməmişdir, ayrılarkən necə idisə, yenə də elə
qalmışdır. Lakin sonra hər gün mən onda yeni bir şey
duymağa başladım, bunlar mənə hələ indiyə qədər məlum
deyildi, sanki onlar məndən gizlin saxlanılırdı, sanki Nataşa
qəsdən özünü məndən gizlədirdi, indi bunları duymaq mənə
nə qədər zövq verirdi! Qoca İxmenyev Peterburqa gələndən
sonra ilk vaxtlar çox acıqlı və əsəbi oldu. Onun işi pis
gedirdi, o hirslənirdi, özündən çıxırdı, işə aid olan kağızlarla
əlləşirdi, biz heç yadına da düşmürdük. Anna Andreyevna
isə çox qəmgin idi, o əvvəl heç bir şey başa düşmürdü.
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |