www.vivo-book.com
59
sadədir, adam tez başa düşür. Bax, elə tez başa düşüldüyü
üçün də xoşuma gəldi! Elə bil adamın ürəyindən yazılıb, elə
bil bu şeylər mənim öz başıma gəlib! Amma yüksək
yazılsaydı, necə olardı? Heç özün də başa düşməzdin.
Amma üslubunu düzəldərdin. Doğrudur, mən bunu
tərifləyirəm, ancaq nə deyirsən de, yüksəklik azdır... Onsuz
da indi daha gecdir, çap olunub qurtarıb. Bəlkə ikinci
nəşrində düzəltdin? Qardaş, bəs necə, ikinci nəşri də olacaq?
Onda yenə pul verəcəklər... Bəli!
Anna Andreyevna öz fikrini söylədi:
– İvan Petroviç, doğrudan da, siz bu qədər pul
almısınız? Sizə baxıram, heç inanmağım gəlmir. Ah, ilahi,
indi gör nəyə pul verməyə başlayıblar!
Qoca duyduğu təsirə get-gedə daha artıq qapılaraq,
sözünə davam etdi:
– Bilirsən, Vanya! Bu qulluq olmasa da, hər halda
karyeradır. Kitabı böyük adamlar da oxuyacaq. Bayaq sən
deyirdin ki, Qoqol hər il yardım alır, özü də xaricə
göndərilmişdir. Bəlkə sən də! Hə? Ya bəlkə hələ tezdir?
Hələ bir şey də yazmaq lazımdır? Sən yaz, qardaş, tez yaz!
www.vivo-book.com
60
Adın çıxdı deyə daha tənbəllik eləmə! Daha durub baxmaq
niyə?
Bu sözləri o elə bir inamla, elə bir xoşluqla deyirdi ki,
onun sözünü kəsməyə, onu xəyalından ayırmağa adam cürət
etmirdi.
– Ya da, məsələn, burunotu qabı verərlər... Nə olar ki?!
Hədiyyənin pisi-yaxşısı yoxdur. Həvəsləndirmək istəyirlər.
– Sonra sol gözünü qıyaraq, mənalı bir tərzdə astadan dedi.
– Kim bilir, bəlkə saraya da düşərsən, ya yox? Ya bəlkə
saraya düşmək hələ tezdir?
Anna Andreyevna bu sözdən incimiş kimi dedi:
– Elə bircə saray qalmışdı!
Mən ürəkdən güldüm:
– Bir az da qalsa, siz məni lap general edəcəksiniz.
Qoca da güldü. Bu söz onun çox xoşuna gəlmişdi.
Bu zaman Nataşa bizə axşam yeməyi hazırlayırdı, o
çığıraraq dedi:
– Əlahəzrət cənabları, yemək istəmirsiniz?
Nataşa qəhqəhə ilə güldü, atasının yanına yüyürüb isti
qolları ilə onu bərk-bərk qucaqladı:
www.vivo-book.com
61
– Mənim atam yaxşı atadır, yaxşı atadır!
Qocanın ürəyi kövrəldi:
– Yaxşı, yaxşı! Mən elə-belə, söz düşüb deyirəm.
General qalsın generallığında, biz gedək yeməyimizi yeyək!
– sonra da əlini öz Nataşasının qızarmış yanaqlarına
toxunduraraq (həmişə fürsət düşəndə bunu etməyi
xoşlayardı) əlavə etdi. – Yamanca həssas qızsan! Vanya,
bilirsənmi, mən səni istədiyimdən deyirəm. Hər halda,
general da olmasan (hələ general olmağa çox var), tanınmış
bir adamsan, özündən şey qoşursan.
– Ata, indi özündən şey qoşan demirlər, yazıçı deyirlər.
– Özündən şey qoşan demirlər? Mən bunu bilmirdim.
Yaxşı, tutaq ki, lap elə yazıçı olsun. Mən bunu demək
istəyirəm ki, əlbəttə, roman yazdığın üçün səni kamerher
etməzlər, bu barədə heç düşünmək də lazım deyil, amma
mötəbər adamlar sırasına çıxmaq olar, məsələn, bir attaşe
olmaq olar. Səhhətini düzəltmək üçün, ya da elmini artırmaq
üçün xaricə, İtaliyaya göndərə bilərlər, pul ilə kömək
edərlər. Məlum şeydir ki, sən də gərək nəciblik göstərəsən,
www.vivo-book.com
62
yaxşı işin, əsl işin qabağında pulu, hörməti qəbul edəsən,
daha vasitə ilə, himayə ilə yox...
Anna Andreyevna gülərək əlavə etdi:
– İvan Petroviç, onda sən lovğalanma ha!
– Ata, tez ona ulduz versinlər, attaşe nədir, siz elə
attaşe deyib durmusunuz!
Nataşa yenə də mənim qolumu çimdiklədi.
Nataşanın yanaqları alışıb-yanır, gözləri ulduz kimi
sevinclə parıldayırdı. Qoca qızına iftixarla baxaraq çığırdı:
– Bu da elə mənə gülür! Uşaqlar, mən deyəsən,
doğrudan da, çox uzaqlara əl atdım, lap Alnaskarçı oldum,
həmişə də mən belə olmuşam... Amma bilirsənmi, Vanya,
mən baxıram ki, sən çox sadə adamsan...
– Ah, ilahi! Ata, bəs axı necə olsun?
– Yox, mən onu demək istəmirəm. Hər halda, Vanya,
sənin üzün birtəhərdir... Yəni, heç elə bil ki, şairanə bir üz
deyil... Bilirsənmi, belə deyirlər ki, şairlər solğun bənizli
olur, saçları da birtəhər, gözlərində də, belə ha, nəsə olur.
Bilirsənmi, o Höte ki var, ya da başqaları. Mən bunu
www.vivo-book.com
63
Abbaddaonnada oxumuşam...
1
Necə bəyəm? Yoxsa yenə
düz demədim? Ay dəcəl, gör mənə necə gülür? Dostlar, mən
alim deyiləm, ancaq hiss edə bilərəm. Yaxşı, üzü qoyaq bir
tərəfə, üz deyəndə, bu elə böyük bir bədbəxtlik deyil, mənim
üçün səninki də yaxşıdır, çox da xoşuma gəlir... Mən axı o
barədə demədim... Ancaq vicdanlı ol. Vanya, vicdanlı ol,
əsas budur, vicdanla yaşa, ayrı-ayrı xəyallara düşmə,
lovğalanma. Sənin qarşında geniş bir yol vardır. Öz işinə
vicdanla qulluq elə, mən sənə bunu demək istəyirdim, mən
ancaq bunu demək istəyirdim!
Nə gözəl günlər idi! Bütün boş saatlarımı onlarda
keçirir, bütün axşamlar onlarda olurdum. Mən qocaya
ədəbiyyat aləmindən, ədəbiyyatçılardan xəbərlər gətirirdim.
O birdən nədənsə, ədəbiyyatla son dərəcə maraqlanmağa
başlamışdı, hətta B.-nin tənqidi məqalələrini də oxuyurdu.
B. haqqında mən ona çox danışmışdım. O, B.-ni çox az başa
düşürdü, lakin onu çox tərif edirdi, onun “Severni qrutendə”
məqalə yazan düşmənlərindən acı-acı şikayətlənirdi. Qarı nə
məni, nə də Nataşanı gözdən qoymurdu, lakin o hər şeyi
1
“Abb addo nna”
–
N.А.Polovoyun(1796-1846) romantik povesti
Dostları ilə paylaş: |