37
gecələri nurlu gündüzlərə çevirmək olar. Bu yarımkeçirici maddələr gündüz işığını
yığaraq özlərində saxlayır, gecələr isə buraxırlar.
O da maraqlıdır ki, yarımkeçiricilər topladıqları işığı yalnız ağ rəngdə deyil,
qırmızı, yaşıl, göy və başqa rənglərdə də buraxa bilir. Belə ki, gündüz toplanmış
işıq hesabına gecələr geniş miqyasda süni işıq məqsədilə, al-əlvan işıqlar da almaq
mümkündür.
38
2.4. Yarımkeçiricilərin xalq təsərrüfatının başqa sahələrində tətbiqi
Xalq təsərrüfatının göstərdiyimiz sahələri ilə yanaşı, onun başqa sahələrində
də yarımkeçiricilərdən geniş surətdə istifadə edirlər.
Plastik kütlələrdən yeni növ yüngül və möhkəm tikinti materialları, mebel,
qab-qacaq, zərif və incə geyim şeyləri və s. hazırlanır. Plastik kütlələrdən müxtəlif
ləvazimatlar hazırlandıqda xüsusi press-formalardan istifadə olunur. Bu press-
formaları adi elektrik məftilləri ilə qızdırdıqda elektrik enerjisi çox qənaətsiz sərf
olunur və formalar qeyri-bərabər qızır.
Yeni qızdırma üsulunda adi elektrik qızdırıcıları səthi nazik yarımkeçirici
təbəqəsi ilə örtülmüş metal halqalarla əvəz edilmişdir. Həmin halqalar preslənən
kütləyə çox yaxın bir məsafədə geyindirilir. Adi elektrik qızdırıcılarının
yarımkeçirici qızdırıcılarla əvəz edilməsi nəticəsində buraxılan brak malın miqdarı
xeyli aşağı düşmüş, press-formanın qızdırılma müddəti qısaldılmışdır.
Yarımkeçirici qızdırıcıların işləmə müddəti adi elektrik qızdırıcılarına
nisbətən on dəfə artıqdır. Onlar elektrik qızdırıcılarına nisbətən 2-3 dəfə az elektrik
enerjisi sərf edirlər. Yeni üsul yalnız press-formalar deyil, metalçəkmə
maşınlarının silindrlərinin və eləcə də kimya sənayesində istifadə olunan müxtəlif
qurğuların qızdırılmasında da istifadə edilir. Yarımkeçirici qızdırıcılardan istifadə
edərək məişət məqsədləri üçün çox davamlı elektrik qazanları, çayniklər, elektrik
peçləri və s. düzəltmək imkandı vardır.
Sənaye və texnikanın bir sıra sahələrində yüksək temperaturlu elektrik
sobalarından istifadə olunur. Bir çox hallarda kiçik həcmli sobalarda 1500
0
C qədər
temperatur almaq tələb olunur. Bu halda adi peçlərdə istifadə olunan metal
məftildən hazırlanmış qızdırıcılar yaramır, çünki onlar 1000
0
C-dən yuxarı
temperaturda ya paslanır və yaxud əriyir. Silisium və karboln elementlərinin
yarımkeçirici birləşməsi əsasında düzəldilən silit sobaları texniki tələbləri ödəyir.
Bu sobalarda lazımi temperatur alınır. Bu sobalarda işlənən yarımkeçirici qızdırıcı
39
çubuqların istilikdən genişlənməsi çox az, ərimə temperaturu isə çox yüksəkdir.
Odur ki, yarımkeçirici silit peçləri davamlı olmaqla, praktiki istifadə üçün çox
əlverişlidir.
Yarımkeçirici fotoelement və fotomüqavimətlərdən bir çox sahələrdə
istifadə olunur. Bunlardan biri onların fotoreledə istifadəsidir. Fotoresdə
fotoelement və ya fotomüqavimətin üzərinə şüa düşdükdə elektromaqnit işşləyir.
Elektromaqnit isə məqsəddən asılı olaraq lazımi elektrik dövrəsini açır və yaxud
qapayır.
Fabrik və zavodlarda istehsal olunan müxtəlif malları avtomatik saymaq
üçün ən əlverişli cihazlar yarımkeçirici fotoelektrik sayğaclarıdır. Ən sadə
yarımkeçirici fotorele fotomüqafimət əsasında hazırlanır. Yarımkeçirici sayğaclar
adi sayğaclara nisbətən bir sıra üstünlüklərə malikdir. Onların köməyi ilə
formasından, çəkisindən, aqreqatr halından, texnoloji proses stadiyasından asılı
olmayaraq işlənib hazırlanan malları saymaq olar.
Yarımkeçirici sayğaclardan istifadə etdikdə sayılan malların sayğacın
hissələrinə toxunması tələb olunur. Yarımkeçirici sayğacların üstün cəhəti odur ki,
konveyer yanındakı sayğacla yanaşı, ondan bir neçə yüz metr aralı məsafədə əlavə
sayğac da qoymaq olar.
Yarımkeçirici fotoelement və fotomüqavimətlərdən sementin keyfiyyətini,
çəndəki
mayenin
səviyyəsini
təyin
etməkdə
və
filizlərin
avtomatik
təmizlənməsində də istifadə edilir. Həmin cihazlar kimya sənayesində kimyəvi
reaksiyaların düzgün gedişinə nəzarət edir, sənayenin müxtəlif sahələrində isə
malların rənglərinə və ölçülərinə görə avomatik çeşidləmə aparır. Fotoelementlər
vasitəsilə bunlardan başqa ayrı işlər də görmək olur.
Adi elektrik cib fanarı batareyası hamıya məlumdur. Cibə yerləşən kiçik
qutunun düyməsini basan kimi yaxın ətrafımızı kiçik elektrik lampası işıqlandırır.
Cib fanarı batareyası bir neçə ay işlədikdən sonra sıradan çıxır və onları yenisi ilə
əvəz etmək lazım gəlir.
40
Məlum olduğu kimi, yarımkeçirici fotoelementlərin bəzi növləri radioaktiv
şüaların enerjisini birbaşa elektrikə çevirir. Bu hadisəyə əsasən yarımkeçirici atom
batareyaları hazırlanmışdır. Atom batareyaları ölçülərinə görə cib fanarı
batareyalarından bir neçə dəfə kiçik və həm də aramsız olaraq illər boyu işləyir.
Həmin batareyalardan az enerji tələb edən radioqurğularda istifadə etmək olar.
Radioaktiv şüaların və nüvə zərrəciklərinin təsirini hiss edən müxtəlif
cihazlar vardır. Onların içərisində yarımkeçiricilər vasitəsilə hazırlanmış cihazlar
öz sadəliyi və kiçik ölçüləri ilə fərqlənir. Şüaların və nüvə zərrəciklərinin təsirini
hiss edən yarımkeçirici cihazların işləmə prinsipi daxili fotoeffekt hadisələrində
olduğu kimidir.
Radioaktiv şüanın və ya nüvə zərrəciklərinin təsirinə həssas olan
yarımkeçirici maddə sabit cərəyan mənbəyi və ampermetrlə ardıcıl qoşulur.
Yarımkeçirici maddəyə işığın təsir etməməsi üçün səthi nazik qara kağızla və ya
parça ilə örtülür. Belə ki, radioaktiv şüa və ya nüvə zərrəciyi bu məqsəd üçün
hazırlanmış yarımkeçiriciyə təsir etdikdə onun daxili müqaviməti kəskin azalır və
dövrədən keçən cərəyanın şiddəti artır. Cərəyan şiddətinin artmasına görə təsir
edən radiasiyanın dozası təyin edilir.
Ölkəmizin bir çox yerlərində istehsalatın geniş ehtiyacını ödəyən yüksək
gərginlikli elektrik xətləri vardır. Bu elektrik xətlərinin əksər hissəsi ildırımın
təsirinə məruz qaldıqda bir sıra texniki qəzalar baş verir ki, bunun da nəticəsində
istehsalata xeyli zərər dəyir. Ildırım qəzalarının qarşısını almaq üçün istifadə
olunan xüsusi yarımkeçirici müqavimətlər ildırımın yüksək gərginlik xətlərinə
təsirini, demək olar ki, tamamilə dəf edir. Yarımkeçirici ildırım ötürücülərinin
prinsipini tətbiq olunmuş müəyyən gərginlikdən sonra onların elektrik
müqavimətlərinin kəskin azalmasına əsaslanır. Yüksək gərginlikli elektrik xəttinə
ildırım təsir etdikdə xətdə elektrik gərginliyinin paylanması dəyişir. Gərginlik
texniki normadan artıq olan yerlərdə yarımkeçirici qoruyucular avtomatik işə
düşərək mümkün qəzanın qarşısını alır.
41
Əkin vaxtını düzgün təyin etmək üçün torpağın səthinin və aşağı qatlarının
nə dərəcədə qızdığını müəyyən etmək vacibdir. Bu məqsəd üçün yarımkeçirici
termistorla işləyən və bir hissəsi uzun qılınca oxşayan elektrik termometrlərindən
hazırlanmışdır. Termometrin qılınc hissəsini torpağa daxil etməklə torpağın
temperaturunu təyin etmək olur. Bu cür termometrlər vasitəsilə bir yerə yığılmış
meyvə, tərəvəz, buğda və başqa bitki tığlarının daxilindəki temperaturu ölçmək
olur. Tığların daxilindəki temperaturun yüksəkliyi məhsulun xarab olması ilə
nəticələnə bilər. Odur ki, tığ daxilindəki temperaturu düzgün təyin etməklə
məhsulun xarab olmasının qabağını vaxtında almaq olur.
Bitkilərin inkişafına nəzarət etmək üçün yarımkeçiricilərdən istifadə olunur.
Belə ki, bitkilərin əksərinin əsas orqanları onların yarpaqlarıdır. Yarpaqlar
vasitəsilə bitki xarici mühitdə müxtəlif mübadilələr aparır. Bitkinin yarpaqlarından
müntəzəm olaraq su buxarlanması gedir. Həmin buxarlanmanın sürəti xarici
mühitin nəmliyindən, əsən küləyin və havanın temperaturundan asılıdır. Bitkilərin
inkişafında yarpaqlardan suyun buxralnamısının böyük rolu vardır. Bu məsələni
ətraflı öyrənmək üçün yuxarıda dediyimiz kimi, yarımkeçirici cihazlardan istifadə
edilir. Bu cihazlar vasitəsilə havanın nəmliyi və küləyin sürəti təyin edilir.
Çox kiçik ölçülü yarımkeçirici termoelementlə işləyən cihaz isə müntəzəm
olaraq yarpağın səthindən suyun buxarlanmasını təyin edir. Bu məqsəd üçün
termoelement kiçik ölçülü tutacaqlarla yarpağın səthinə bərkidilir. Yarpağın
səthindən su buxarlandıqca onun gövdəsinin nəmliyi dəyişir. Yarpaqla əlaqədar
olan termoelementin elektrik keçirməsi isə nəmlikdən asılı olaraq dəyişir. Bunun
da nəticəsində cihaz yarpaqdan suyun buxarlanma sürətini təyin edir.
Bitkilərin inkişafına nəzarət etməyə imkan verən maraqlı yarımkeçirici
cihazlardan biri də bitki gövdəsi daxilindən axan şirənin sürətini təyin edən
cihazdır. Cihazın əsas hissəsini elektrik enerjisi ilə qızdırılan yarımkeçirici
termistoru təşkil edir. Həmin termistor bitkinin gövdəsinə və başqa orqanına
sancılır. Termistordan bir qədər aralı onun solunda və sağında iki həmin növdən
42
olan termistor sancılır. Birincidən fərqli olaraq bu termostorlar qızdırılmır.
Qızdırılan mərkəzi termistordan, istilik bitkinin gövdəsi boyunca yayılır.
Kənardakı termistorla istiliyin yayılması qeyd olunur. Istiliyin yayılması bitki
işarəsinin hərəkət sürətindən asılı olduğuna görə, bu yolla şirənin hərəkət sürəti
öyrənilir.
Bəzən elə olur ki, müxtəlif kimya məhsullarının hazırlanması zamanı
gözlənilmədən kimyəvi reaksiyanın gedişi pozulur. Reaksiyanın düzgün gedişinin
pozulmasının ilk nişanələri qabda qazların ayrılması, temperaturun yüksəlməsi və
s. səbəblərdir ki, onları da bəzən vaxtında müşahidə etmək olmur. Nəticədə
təhlükəli partlayışlar verə bilər. Fotoreledən istifadə etməklə bu cür təhlükənin də
qarşısı alınır.
Bundan başqa, yarımkeçiricilərin kimya sənayesində bir əhəmiyyəti də
vardır.
Kimya
sənayesində
müxtəlif
maddələrin
alınmasında
müxtəlif
reaksiyalardan istifadə edirlər. Reaksiyaların sürəti müxtəlif olur. Elə kimyəvi
reaksiyalar vardır ki, onların başa çatması üçün saatlar, hətta günlər tələb olunur.
Bu qədər böyük vaxt tələb edən reaksiyalar istehsalat üçün, əlbəttə əlverişli hesab
edilə bilməz.
Kimyəvi reaksiyaların sürətləndirilməsi üçün bir neçə yol vardır. Bunlardan
biri reaksiyaya katalizator adlanan maddə qatmaqdan ibarətdir. Katalizatorlar
kimyəvi reaksiyaların sürətini çox-çox artıra bilirlər. Bunların müasir kimya
sənayesində böyük rolu vardır. Bu katalizatorların ən yaxşısı yarımkeçirici
maddələrdir.
Müxtəlif anbarlarda saxlanılan tez alışan maddələri yanğından qorumaq
üçün bir sıra tədbirlər görülür. Həmin anbarlara yanan papiros və ya kibrit ilə daxil
olmaq qadağandır. Yaranan təhlükəni aradan qaldırmaq üçün qum, su və kimyəvi
odsöndürənlərdən istifadə edilir. Lakin öz xüsusiyyətlərinə görə fotoelementlər
yanğın işində, demək olar ki, əvəzedilməzdir. Burada gözə görünməyən şüadan və
fotoreledən istifadə olunur. Yanacaq saxlanılan yerin bir tərəfində şüa mənbəyi, o
43
biri tərəfində isə fotorele bərkidilir. Qabın səthində tüstü nişanəsi göründükdə
şüanın qabağı kəsilir və fotorele işə düşür. Bu zaman fotorele ilə əlaqədar olan
xüsusi mexanizmlər nasosları və kranları işə salır. Nəticədə yanğın təhlükəsi olan
yeri su və odsöndürən əhatə edir, eyni zamanda təhlükə siqnalı çalınır.
Əvvəllər səsli kino yox idi. Danışıqlar və izahat hər bir kadrın aşağı
hissəsində yazılırdı. Tamaşaçı kadrlara baxır, eyni zamanda kinonu başa düşmək
üçün yazıları da oxuyurdu. Sonralar bu vəzəiyyət aradan qaldırıldı. Kino lentinin
əsas hissəsində kadrlar yerləşdi. Lakin lentin qırağında ilk nəzərə cızma-qaraya
oxşar cızıq və ləkələr çarpdı. Həmin qara cızıq və ləkələr səs cırılarıdır. Kinofilm
nümayiş etdirilən zaman sabit işıq verən elektrik lampasından hərəkət edən lentin
səs cığırlarına işıq salınır. Səs cığırının arxasında isə gücləndirici və səs dinamiki
ilə birləşdirilmiş fotoelement vardır. Səs cığırı xətlərinin uzunluğu və enindən asılı
olaraq fotoelementin üzərinə gah az, gah da çox işıq şüası düşür. Bu zaman
fotoelementdə şiddətli sabit olmayan elektrik cərəyanı yaranır. Həmin cərəyanlar
gücləndirilərək səs dinamikinə verilir. Dinamikə gələn elektrik impulsları səs
rəqslərinə çevrilir. Dinamikdə alınan səslər kinolentin cığırına yazılmış səsləri
təkrar edir.
Kosmik gəmiyə qoyulan cihazlar bir çox şərtləri ödəməlidir. Onlar
titrəməyə, zərbəyə davamlı olmalı, çəkicə kiçik olub, mümkün qədər az yer
tutmalı, uzun müddət işləyib çox az elektrik enerjisi sərf etməlidir. Bu şərtləri
yarımkeçirici maddələrdən hazırlanmış cihazlar ödəyir.
Kosmik uçuşlarda mühüm məsələlərdən biri də gəminin radio aparaturasını
elektrik enerjisi ilə təmin etməkdir. Məlumdur ki, kosmik gəmi uçuşda olduğu
zaman yer kürəsindən elektrik enerjisi almaq imkanı olmur. Peyk və ya kosmik
raketin aparaturasını qidalandırmaq üçün akkumulyator batareyaları şəklində
müəyyən miqdarda ehtiyat enerjisi mənbələri götürülür.
Ayın görünməyən hissəsinin ilk fotoşəklinin alınıb Yerə verilməsində
yarımkeçiricilərdən istifadə edilmişdir. Ayın fotosunu çəkmək üçün kosmik
44
stansiya elə dönməli idi ki, oradakı fotoaparatların obyektivləri Ayən səthinə tərəf
yönəlmiş olsun. Bu iş yarımkeçirici şüaqəbulediciləri vasitəsilə görülmüşdür.
Kosmik stansiya şüaqəbuledicilərin köməyi ilə elə döndərilmişdir ki, onun dibi
Günəşə, fotoaparatın obyektivləri olan tərəfi isə Aya doğru yönəlmiş və bu
vəziyyətdə şəkil çəkilmişdir.
Gələcəkdə insanlar uzun sürən planetlərarası uçuşlara çıxacaqlar. Bu
uçuşlarda müxtəlif məqsədlərin həllində, əsasən yarımkeçiricilərlə işləyən
avtomatik cihazlar əsas yer tutacaqdır, çünki böyük sürətlə hərəkət edən kosmik
gəmini cihazsız idarə etmək qeyri-mümkündür.
Kosmonavtların uçuşu zamanı aramsız olaraq yerdən onların orqanizminə
nəzarət edilir. Kosmonavtların ürək döyüntülərinin sayı, onların nəfəsalmaları,
qanının tərkibi və s. haqqında məlumatların kosmik gəmidən Yerə verilməsində də
yarımkeçiricilərin böyük rolu vardır.
45
NƏTICƏ VƏ TƏKLIFLƏR
Xalq təsərrüfatının inkişafında yarımkeçiricilərin əhəmiyyəti böyükdür.
1948-ci ilə qədər yarımkeçiricilər haqqında çox az məlumat var idi. Onların
istifadəsi yolları sonralar aşkar edilmişdir. Belə ki, başqa elm sahələrinin tərəqqisi
ilə yanaşı olaraq, yarımkeçiricilər haqqında da elm inkişaf etmiş və hazırkı
səviyyəyə çatmışdır.
Əvvəllər ancaq bir yarımkeçirici kristal üzərində tədqiqat aparılırdısa,
hazırda bu kristalların sayı xeyli artmışdır. Hazırda bu kristalların köməyi ilə istilik
və günəş enerjisini birbaşa elektrik enerjisinə, habelə maşınlardan istifadə etmədən
elektrik enerjisini mexaniki energiyə və ya əksinə çevrilməsi, elektrik cərəyanı ilə
soyuqluq əmələ gətirilməsi və termodinamiki qızdırılma əldə edilməsi,
yüksəktezlikli elektrik və maqnit enerjilərinin ehtiyat halında toplanması və s. kimi
əsaslı məsələlər həll edilir. Bu məsələlərin həll edilməsində aşağıdakı yarımkeçirici
elementlərdən istifadə edilir.
Selen yarımkeçirici maddələr içərisində ilk dəfə geniş tətbiq olunanıdır.
Germanium da yarımkeçirici elementlər qrupunun səciyyəvi nümayəndəsidir.
Germanium bir yarımkeçirici maddə kimi müəyyən xüsusiyyətlərinə görə selendən
üstündür. Ondan istifadə edərək radiotexnikada istifadə olunan diodlar və triodlar
istehsal olunur.
Silisium elementindən də yarımkeçirici kimi çox istifadə edilir. Onun
əsasında hazırlanmış fotoelementlər başqa növ fotoelementlərə nisbətən yüksək
faydalı iş əmsalına malikdir.
Yuxarıdakı yarımkeçirici elementlərdən başqa, kükürdlü tallium, kadmium-
sulfat, mərgümüş-qalmium, kadmium tellur və kuporoks fotoelementləri də
yarımkeçiricilər texnikasında geniş istifadə olunur.
Yarımkeçirici elementlərdən hazırlanmış cihazlar xalq təsərrüfatının bir çox
sahələrində istifadə edilir. Bu sahələrdən biri radiotexnikadır. Yarımkeçiriciləriən
46
radiotexnikada tətbiqinə səbəb, onların bizə məlum olan qiymətli xüsusiyyətləridir.
Bu xüsusiyyətlərdən ən mühümləri yarımkeçirici cihazların kiçik ölçülü, yüngül
mexaniki möhkəmliyinin yüksək olması, işləmə üçün az güc tələb etməsidir.
Radiotexnikada istifadə olunan yarımkeçirici cihazlardar biri diodlardır.
Bunlar p-n keçidli yarımkeçiricidir. Bu yarımkeçiricinin köməyi ilə dəyişən
cərəyanı sabit cərəyana çevirmək olur. Radiotexnikada «tunel» diodlarından da
geniş istifadə olunur.
47
ƏDƏBIYYAT
1. Ə.P.Həsənov, T.R.Osmanov, N.N.Həsənov, S.İ.Abdullayeva. Mədəni-
məişət təyinatlı malların ekspertizası. I hissə. Bakı. Iqtisad Universiteti.
2014.
2. Ə.P.Həsənov, T.R.Osmanov, N.N.Həsənov, S.İ.Abdullayeva. Qeyri-ərzaq
mallarının ekspertizasının praktikumu. Bakı. İqtisad Universiteti. 2014.
3. T.R.Osmanov. Qeyri-ərzaq mallarının əmtəəşünaslığı və ekspertizasının
əsasları. Bakı. İqtisad Universiteti. 2014.
4. Həsənov Ə.P., Vəliməmmədov C.M., Həsənov N.N. və Osmanov T.R.
Əmtəəşünaslığın nəzəri əsasları. Bakı, 2003.
5. Həsənov Ə.P., Vəliməmmədov C.M., Həsənov N.N., Osmanov T.R.
İstehlak mallarının ekspertizasının nəzəri əsasları. Bakı, 2006.
6. Həsənov Ə.P., Nuriyev D.Ə., Vəliməmmədov C.M., Həsənov N.N.,
Osmanov T.R., Babayev M.A., Səmədov E.Ə. Qeyri-ərzaq mallarının
ekspertizası. I və II hissə. Bakı, 2006.
7. C.M.Vəliməmmədov. Mədəni mallar əmtəəşünaslığı. Bakı. Maarif. 1986.
8. Андрусяк Я. В. Организация и технология торговли. Минск:
Издательство БГУ, 2002.
9. Брилевский О.А. Товароведение непродовольственных товаров. М.,
2003.
10. Бурмистров В. Г. Организация торговли непродовольственными
товарами. - М.: Зерцало, 2001.
11. Новикова А.М., Голубкина Т.С., Товароведение и организация
торговли непродовольственными товарами. М., 2002.
12. Байбеков Ш.С. «Товароведение культтоваров» М, «Экономика»,
1983г
48
13. Орловский Э.И. «Товароведение культтоваров» М: «Экономика»,
1987г.
14. Остановский Т.С. «Товароведение культтоваров» М: «Экономика»,
1981г.
15. Чечик А.М. «Товароведение и экспертиза товаров культурно-
бытового назначения», М «Дашков и К», 2004 – 534с.
16. Щясянов
Н.Н.,
Вялимяммядов
Ж.М.
«Фото-кино
маллары
ямтяяшцнаслыьы», Бакы 1985.
17. М.А.Николаева. «Товарная экспертиза». Москва. 1998.
18. Н.М.Чечеткина, Т.И.Путилина. «Экспертиза товаров». Москва. 2000.
19. С.В.Семенко. «Экспертиза товаров». Белгород. 1999.
20. Н.М.Чечеткина. «Управление качеством продукции и экспертиза».
Ростов-на-Дону. 1998.
21. «Экспертиза потребительских свойств новых товаров». Валицкий
С.П., Заденесец Е.Е., Зотова И.А. и др. М.; Экономика. 1981.
22. Лысов И. «Самоучитель по фотографии». Международное агентство
АДиТ. 1986.
23. Пешков А.Ф. «Современные фотоаппараты» - СПб; Арлит, 2001.
24. Справочник фотографа. М.: Высшая школа, 1999.
Dostları ilə paylaş: |