41
Skelet çənəsi altında olan sağ əlindən bir tunc üzük var idi. Bundan əlavə
qəbirin materialları
içərisində dopu, quĢ formalı gil qab qırıqları da tapılmıĢdır.
Nisbətən dayazda yerləĢən abidələr dağıntıya məruz qaldığından XVIII
kvadratın Ģərq hissəsində 0,7 metr dərinlikdə görünən 31 saylı torpaq qəbir abidəsi
də dağılmıĢ vəziyyətdə idi. Bu qəbir abidəsi nəinki ilkin vəziyyətdə qalmamıĢ,
hətta sümükləri dağınıq halda aĢkar edilmiĢdir. Onun yanında isə bəzi qab qırıqları
və heyvan sümüklərinə təsadüf olunmuĢdur.
Qazıntının kənarlarına doğru davam edən qəbir abidəsinin XI, XVIII və
XIV kvadratlarında izi görünmüĢ, lakin ekspedisiya müddətinin qurtarması ilə
əlaqədar olaraq açılmamıĢdır. Görünən hissələr qeyd edilib üzəri möhkəmləndirilib
növbəti qazıntı mövsümünə saxlanmıĢdır.
Ekspedisiya müddətində ətraf ərazi də qismən öyrənilmiĢdir. Daha bir abidə
Nüydi kəndindən 4 km cənub-qərbdə, Nuran kəndindən 2 km Ģimal-qərbdə
yerləĢən “Qaraçı bulağı” antik dövr yaĢayıĢ yeri və qəbiristanından ibarətdir.
“Qaraçı bulağı” adlı sahəyə, yerlilər bəzən Qələyçi bulağı da deyirlər. Burada
soyuq suyu olan bulaq vardır. Bulağın kənarında, yol arası sahədə yeni üzüm bağ
salınması ilə əlaqədar olaraq dərin Ģumlama zamanı eramızdan əvvəl I minilliyin
son rübünü xarakterizə edən zəngin maddi-mədəniyyət qalıqları aĢkara çıxmıĢdır.
Burada 1965-ci ildə Nüydidə arxeoloji iĢlər zamanı qeyd edilən dövrə aid yaĢayıĢ
yeri olduğu göstərilmiĢdir. Yerüstü baxıĢ zamanı çoxlu saxsı qab qırıqları, iri və
nisbətən xırda, qayıqvari dən daĢları, iri təsərrüfat küplərinin müxtəlif hissələri,
xırda qırmızı, qara, boz rəngli qab qırıqları, yanıb qızarmıĢ suvaq parçaları və s.
rast gəlinmiĢdir. Abidə gəzilərkən çox Ģeylər yerindəcə qeydə alındı və bir neçə
qab nümunələri götürüldü. Bu abidə bulağın Ģimal-Ģərq kənarı boyu uzanaraq
hələlik Ģumlanan sahadə 2-3 ha-dan artıqdır. YaĢayıĢ yeri əsasən Ģərqə va baĢqa
istiqamətlərə uzanır. Buradan bir qədər Ģimala doğru PirəmeĢənin kənarına yaxın
yerdə iri və xırda çay daĢlarından bünövrə yeri görünmüĢdür.
Qaraçı bulağından toplanan keramika məlumatı əksərən Nüydi abidəsinin
materialı ilə çox uyğun gəlir. Təbii ki, məsafəcə yaxın və eyni dövrə aid abidədə
yaĢayıĢ sakinlərin məiĢəti va istehsalında bir-birinə uyğun olmalıdır. Qabların
hazırlanma, naxıĢlanma və s. xüsusiyyətlərinə görə demək olar ki, Nüydi ilə Nuran
kəndi yaxınlığındakı abidə eyni tiplidir.
Beləliklə Nüydi abidəsindən aĢkar edilən zəngin maddi-mədəniyyət
abidələri e.ə. I minilliyin son rübü və eramızın I əsrində Albaniyanın bir sıra
iqtisadi-ictimai məsələlərinin öyrənilməsində mühüm elmi əhəmiyyətə malikdir.
1975-ci il
Azərbaycanın antik dövr tarixinə dair kifayət qədər yazılı məxəz olmaması
bir çox məsələlərin tədqiqini çətinləĢdirir. Məhz buna görə də yazılı mənbə
məlumatı ilə yanaĢı, arxeoloji qazıntılar nəticəsində aĢkara çıxarılan maddi-