97
yapması vardır. Qabın ağzının xaricindən kiçik bataqlıqlarla çevrələnib
bəzədilmiĢdir. Düz oturacağa malik olan bu qabın ağzının diametri 14 sm,
hündürlüyü 7 sm, oturacaq diametri 8 sm-dir. Bu qab yaxĢı biĢirilmiĢ, gilinin
tərkibində narın qum qarıĢığı olmuĢdur. Həmin saxsı qabın yanından bir qaramtıl
daĢ alət də tapılmıĢdır. PrizmaĢəkilli alətin bir tərəfi yastı, digər tərəfi isə nisbətən
ĢiĢdir. O bir növ qədim Naxçıvan mədənlərindən iĢlədilmiĢ baltalara oxĢayır. Lakin
bunun üstündə balta kimi istifadə üçün gəz yeri yoxdur. Bu adi qara daĢdandır
(Ağsu arxeoloji ekspedisiyasının 1986-cı il gündəliyi, səh. 63).
Qeyd edildiyi kimi, təpənin qərb kənarındakı tikinti qalıqları daha çox
yanğına məruz qalmıĢdır. Burada o qədər güclü yanğın olmuĢdur ki, daĢ divarlar
kərpic kimi qızarmıĢdır. V6 kvadratında (bu tikinti kompleksinin Ģimal-qərb
küncündədir) dördkünc tikinti qalığının içərisi qazılarkən daĢ, torpaq bərkiyib
qalmıĢdır. Elə bil əhəng-kərpic içərisində qalıb bərkiyib, hətta burada olan qab və
qırıqlarını kirəcləmiĢ maddədən ayırmaq olmur. Əhəng-kirəc kimi bərkimiĢ torpaq
içindən ağzı üçgül tək-qulp lüləkli saxsı dolçalar, nəlbəkivari dayaz qablar,
düzbucaqlı dayaz qab, qəlibin bir parçası və bu kimi Ģeylər tapılmıĢdır. Buradakı
Ģimal divarın içərisindən bir ədəd dəmir qırxlığın bir hissəsi tapılmıĢdır (tablo 70).
Onun tiyəsi enli, ucu ĢiĢdir, dəstəsi yastı, uca doğru enli, tiyəyə bitiĢik yeri nisbətən
nazikdir. Dəstənin ucuna yaxın yerindən və kənarından bir tərəfi açıq deĢiyi vardır.
Qayçının tiyəsinin uzunluğu isə 10 sm, eni 3 sm-dir. B6 kvadratında dərinə
düĢdükcə (3 metrə yaxın) maddi-mədəniyyət qalıqlarındakı fərq gözə çarpır. Belə
ki, buradan kündəyə oxĢar biĢmiĢ palçıq hissələr tapılır. Bunlar çox kobud Ģəkildə
olub, qab ağzını örtmək üçün istifadə olunduğu aydınlaĢdı. Yəni eyni formada,
lakin üstündə dəstəyi olan baĢqa bir qapaq nümunəsi də tapılmıĢdır. Dairəvi
formada olan bu qapağın üstündəki qulpu yəhərvaridir. Onun yəhərvari hissəsinin
altından deĢiyi vardır. Bu da kənardan baxanda quĢ gözünə oxĢadıldığı
təsəvvürünü yaradır. Qapağın altı düz olub, kənarları bir qədər üstə doğru meyilli
düzəldilmiĢdir ki, bu da qabın ağzında kip dayanmanı təmin edir. B6, V6
kvadratlarındakı dördkünc tikinti qazılıb dərinləĢdikcə maddi-mədəniyyətdə və
tikinti quruluĢunda dəyiĢiklik aydın nəzərə çarpır. Düzbucaqlı otağın Ģərq divarı
altından qapı yerinə oxĢar uzun dəhlizvari bir sahə aĢkarlanmıĢdır. Lakin burada
üst divarlar tərpədilmədiyi üçün altdakı tikintinin tam istiqaməti və quruluĢu
aydınlaĢdırılmamıĢdır. Həmin istiqamətdə Ģərqə doğru, yəni VQZ-5 kvadratlarında
1,8-2 metr dərinlikləri bəzi yerdə 2,5 metrə qədər çatmıĢdır ki, buradan da artıq
tunc və dəmir dövrü maddi-mədəniyyətinə aid saxsı qab qırıqları və baĢqa material
tapılır. V4 kvadratında 4 ədəd küp açılmıĢdır. Bunlar da yenə də yanğından kərpic
kimi qızarmıĢ daĢ divarlar arasında, daha doğrusu otağın içərisində aĢkar
edilmiĢdir. Lakin bu divarlar üst divarların planı əksinə olaraq, bir qədər baĢqa
istiqamətdə xaricə doğru (təpənin kənarına) davam edir. Q5 kvadratında 1,8 metr
dərinlikdən bir iri və qalın küp ağzının qırığı tapılmıĢdır. Onun ağzının kənarı düz
istiqamətdə kənara doğru uzanır. Bu xaricə doğru artan hissənin altı ilə çiyninə
98
birləĢən ikitilli qulp yapıĢdırılmıĢdır. Q4 kvadratında iki yan-yana açılmıĢ
küplərin ətrafı və içərisi təmizlənərkən kənarı bayırdan düz, içərisindən isə azca
xaricə doğru maili qonur rəngli saxsı qab qırıqlarına rast gəlinmiĢdir. Bunlar daha
qədim dövrə aiddir (çox güman ki, tunc dövrünə). Lakin ola bilsin ki, bu forma
burada ilk antik və ya bizim eradan əvvəlki I minilliyin birinci yarsında da
yayılmıĢ, məiĢətdə istifadə edilmiĢdir. Q3 kvadratı iri təsərrüfat küpü yanında
çoxlu saxsı qablar və bir iy tağalağı arxasına bərkidilən yumru gil əĢya tapılmıĢdır
(gündəlik № 4, səh. 78). Ümumiyyətlə, bu cür əyircək hissələri buradan tez-tez
tapılır ki, bu da toxuculuğun inkiĢafı ilə əlaqədardır. Q4 kvadratında həmin iri
təsərrüfat küplərinin qoĢa olduğu aydınlaĢdı. Ġki yan-yana dik basdırılmıĢ bu
küplərin üst hissələri qırılıb yanlarına tökülmüĢdü, onların demək olar ki, yarıdan
aĢağı hissələri qalmıĢdır. Küplər bir-birinə söykənmiĢdir. Küplərin qalmıĢ
hissələrinin hündürlüyü 1-1,4 metrə çatır. Cənub tərəfdəki küpün qalmıĢ
hündürlüyü 1 metrdir. Onun sınmıĢ yerindən diametri 1 metrdir. Bu hesabla küpün
ümumi hündürlüyü təqribən 1,5 metrə bərabər olmuĢdur. Küpün içərisi
təmizlənərkən onun ağzının kənarından parçalar tapılmıĢdır. Ağzının qırağı xaricə
doğru rəfĢəkilli artır və üstündə kənardan baĢlayaraq içəridə doğru bir nöqtədən
çıxıb ayrılan üç cızıq çəkilməklə küpün ağzı bəzədilmiĢ və ya iĢarə vurulmuĢdur.
Bu xətlərin üstündən bir istiqamətə olmaqla kiçik çəp cızıqlarla haĢiyələnərək bir
növ quĢ ayağı izinin Ģəkli alınmıĢdır. Bu küpün içərisinin təmizlənməsi davam
etdirilərkən qara torpaq və kömürləĢmiĢ çürüntüyə rast gəlindi. Diqqətlə
yoxlandıqda bunun taxıl qalığı olduğunu aydınlaĢdırdıq. Taxıl-buğda vaxtı ilə
yanğından məhv olmuĢ, kömürləĢmiĢ və demək olar ki, küpün yarısına qədər
buğda olduğu müəyyənləĢmiĢdir. Taxıl qalığı yığılaraq analiz üçün Bakıya
gətirilmiĢ, laboratiyaya verilmiĢ, hələlik cavab alınmamıĢdır.
Q6 kvadratında artıq təbii daĢ və ya qaya örtüyünə çatmıĢıq (2, m). Buradan
bir ədəd nəlbəkivari saxsı qabın ağız və gövdə hissəsindən bir parça tapılmıĢdır. O
qırmızı rəngdə olub, ağzının kənarı içərisindən bayıra doğru yatıq, xaricdən isə
bütöv və ya düz istiqamətdədir. Bu qabın parçasının ağzının kənarından bir qədər
aĢağı deĢilmiĢdir. Bu görünür, qab sınandan sonra ikinci dəfə istifadə üçün sınığı
bir-birinə tikmək üçün düzəldilmiĢdir. Həmin qab parçası tunc dövrü, çox güman
ki, ilk tunc dövrü qablarındandır. Bununla belə, Qırlartəpədə baĢqa deĢikli
düzəldilmiĢ (süzgəcli) küpələrə də təsadüf edilmiĢdir. Lakin bunları bir-birilə
qarıĢdırmaq olmaz. Birincisi sonradan qabı bərpa etmək üçün olduğu halda,
ikincisi də əvvəlcədən süzgəcli hazırlanmıĢdır. Q3 kvadratında taxıl anbarı
vəzifəsini daĢıyan küplərin aĢkar edildiyi yerdə, yanğın və kömür qalıqları
içərisindən bir ədəd dəmir alət tapılmıĢdır. Dəhrəyə oxĢayan bu alətin tiyəsinin
qalığı 10 sm, dəstəyinin qalığı 6 sm, eni isə 4 sm-dir.
Tikinti kompleksinin qərb kənarı boyu aĢkar edilən divarlar və otaqların
içərisindən güclü yanğın izi davam edir. Cənub-qərb küncdəki dördkünc otağın
içərisi dərinləĢdikcə, daha doğrusu küllü torpaq çıxarıldıqca yeni-yeni maddi-
Dostları ilə paylaş: |