8
təşkilatın fəaliyyət xüsusiyyətlərini və istiqamətlərini əks etdirən məhdudiyyətləri
yaradır və seçim etməyi lazım bilir.
Düzgün seçilmiş strategiya dəyişkən, qeyri – müəyyən və risklərlə dolu mühitdə
müəssisəyə daha düzgün istiqamət göstərəcəkdir. Bütün bunları ümumiləşdirərək,
strategiyaları müəssisələrin həyatında başlıca əhəmiyyətini aşağıdakı kimi qeyd edə
bilərik.
- Strategiya hər şeydən əvvəl ətraf mühiti lazımınca qiymətləndirməyə və
gələcək planları daha da mükəmməl hazırlamağa imkan verir;
- Strategiya müəssiyə öz – özünü hərtərəfli qiymətləndirməyə imkan verir.
Strateji qərarlarda müəssisəyə mövcud vəziyyəti və imkanları hərtərəfli təhlil etməyə
imkan verir;
- Strategiya, müəssisədə alınan qərarların və gələcək layihənin mükəmməliyini
və doğruluq dərəcəsini artırmağa xidmət edir.
Qeyd etmək lazımdır ki, biznes aləmində yeganə strategiya mövcud deyil. Hər
bir firma (müəssisə) öz – özlüyündə sərbəstdir. Ona görə də strategiyanın işlənib
hazırlanması mövcuddur. Çünki bazarda müəssisənin mövqeyindən, onun inkişaf
dinamikasından, potensialından, rəqiblərin davranışından, istehsal edilən məhsulun
və digər göstəricilərin, xidmətlərin xüsusiyyətindən asılıdır. Strategiyanın
seçilməsində aşağıdakı vacib amillər nəzərə alınmalıdır( 17,496):
- Sahənin güclü tərəfləri;
- Firmanın güclü tərəfləri;
- Firmanın məqsədləri;
- Firmanın maliyyə resursları;
- İşçilərin ixtisas səviyyəsi;
- Xarici mühitdən asılılıq dərəcəsi.
Nəzərə almaq lazımdır ki, strategiyaya təsir edən amillər heç də həmişə vaxtında
gözə çarpmır, bəzən onlar artıq öz təsirini göstərdikdən sonra müşühidə olunur.
Seçilmiş strategiya onun həyata keçirilməsi imkanlarını müəyyənləşdirərkən
amillərin hərtərəfli, əhatəli təhlili əsasında qiymətləndirilir. Qiymətləndirmənin əsas
9
meyarı seçilmiş strategiyanın firmanın qarşısında duran məqsədlərinə nail olmağa
gətirib çıxarır. Firmanın strategiyasını müəyyən edərkən rəhbərlik firmanın bazardakı
mövqeyi ilə bağlı məsələlərlə qarşılaşır:
- Hansı biznesə xitam verilsin;
- Hansı biznes davam etdirilsin;
- Hansı biznes həyata keçirilsin.
Biznes ilə məşğul olmağa qərar verən hər bir sahibkarın vəzifəsi ümumi
görünüşdə ona gətirib çıxarır ki, öz fəaliyyət sferasını müəyyənləşdirsin,
müvəffəqiyyətə gətirən yeni ideyanı tapsın, mümkün risk nöqteyi nəzərdən onu
hərtərəfli qiymətləndirsin və sonra isə nəzərdə tutulan konkret nəticə alınana qədər
həyata keçirsin.
Biznesin təşkili bir neçə mərhələləri əhatə edir:
- Yeni ideyanın düzgün izah edilməsi;
- Onun hərtərəfli qiymətləndirilməsi;
- Bazarda boşluğun axtarışı;
- Biznes planın işlənib hazırlanması;
- Fəaliyyət konsepsiyasının formalaşdırılması, biznesin məqsədlərinin seçilməsi;
- Fəaliyyət strategiyasının işlənməsi;
- Layihənin reallaşdırılması;
- Müəssisənin təşkili və idarə edilməsi.
Ən
mühüm
strategiyalardan
əsası
müəssisənin
yerinin
seçilməsidir.
Müəssisələrin yerləşdirilməsində aşağıdakı amilləri nəzərə almaq məqsədəuyğundur.
Ticarət müəssisəsi üçün:
- Nəqliyyat axınları;
- Piyada axınları;
- ictimai nəqliyyat dayanacaqlarıa yaxın olmaq imkanı;
- icarə şərtləri;
- Sahəni qiyməti;
- Regionun istehlak dərəcəsi.
10
Müəssisəni yeri haqqında məsələyə baxılarkən xammalın göndərilməsinə və
hazır məhsulun istehlakçılara çatdırılmsına sərf edilən məsrəfləri nəzərə almaq
lazımdır. Müəssisənin təsis edildikdən və dövlət qeydiyyatından keçdikdən sonra
lazimi materialların cəlb edilməsindən, tədarükçüləri seçdikdən, müəssisənin yeri
müəyyənləşdikdən sonra hazırlanmış biznes plana uyğun işin təşkili vacibdir. Təşkil
etmək bu və ya digər fəaliyyət növünün yerinə yetirilməsinə vacib funksiyaları və
hərəkətləri müəyyənləşdirmək və planlaşdırmaq, həmçinin bunların bütün müəssisə
daxilində birləşdirilməsi vacibdir. Göstərilənlərlə yanaşı səmərəli iş üçün
əməkdaşların funksional vəzifələrini dəqiq və aydın müəyyənləşdirmək lazımdır.
1.2. Biznes strategiyalarının təyin edilməsi və əsas istiqamətləri
Müəssisənin strateji təyinatı onun hansı fəaliyyət növləri ilə məşğul olacağının
müəyyən edilməsindən ibarətdir.Onun köməyi ilə, “biz kimik” ,”nə ilə məşğul
oluruq” və “nəyə nail olmaq istəyirik” suallarına cavab verilir.Müəssisənin strateji
təyinatını dəqiq bildikləri halda menecerlərdə müəssisənin uzunmüddətli inkişaf
perspektivləri haqqında təsəvvürlər və ideyalar yaranır ki,bu da müəssisənin ali
rəhbərliyində strateji təfəkkürün inkişafı üçün çox əhəmiyyətlidir.Müəssisənin
düzgün əsaslandırılmış strateji təyinatı səmərəli liderliyin təmin olunmasının əsas
şərtlərindəndir.Müəssisənin aydın strateji təyinatı olmadan menecerin bir lider kimi
səmərəli fəaliyyət göstərməsi mümkün deyildir.
Strategiyanın səmərəli işlənməsi müəssisənin nəyi etmək və nəyi etməmək
suallarına cavab verilməsi və müəssisənin hansı istiqamətə yönəlməsinin müəyyən
edilməsi ilə başlanır.
Hər bir müəssisənin özünəməxsus və bənzərsiz strateji təyinatı vardır.Hər bir
müəssisə və ya sahə üçün ümumi olan müddəalara ifadə olunmuş missiyalar
idarəetmə üçün daha az əhəmiyyət kəsb edirlər.Srateji təyinat müəssisənin fərdi
xüsusiyyətlərini ,fəaliyyət istiqamətlərini və inkişaf yollarını müəyən etməklə onu
digər təsərrüfat subyektlərindən fərqləndirir.Müəssisənin bəziləri bir sahənin kiçik