Futbolka və Kostyum Yaradıcı Biznesə Səyahət Devid Perriş



Yüklə 1,57 Mb.
Pdf görüntüsü
səhifə17/32
tarix01.09.2018
ölçüsü1,57 Mb.
#66429
1   ...   13   14   15   16   17   18   19   20   ...   32

Gerçəkləşən İdeyalar
Medication
Tələbə Əyləncə Gecələrinin Təşkilatçısı
60
Medication
®
"Medication Ltd" şirkətinin
qeydiyyatdan keçmiş ticarət nişanıdır və o,
əczaçılıq şirkəti kimi deyil, Liverpulda tələbə
əyləncə gecələrini ən uğurlu şəkildə təşkil
edən şirkət kimi fəaliyyət göstərir.
Şirkətin təsisçisi Mark Cons öz brendini Böyük
Britaniya Patent İdarəsi vasitəsilə 41-ci
Kateqoriya (əyləncə xidmətləri; gecə klubu və
diskoteka xidmətləri) çərçivəsində ticarət
nişanı kimi qeydiyyatdan keçirmişdir.
Mark bu addımı belə izah etdi: ""Medication"
brendini hər hansı tibbi təyinatlı məmulatın
ticarət nişanı kimi qeydiyyatdan keçirmək
mümkün deyildi, lakin biznes fəaliyyətimiz
tamamilə fərqli istiqamət üzərində
qurulduğundan onun xüsusi məqsədlə -
əyləncə brendi qismində istifadə olunması
üçün qeydiyyatdan keçirilməsində heç bir
problem olmadı."
Mark və qardaşı Ceyson Cons elə brend
yaratmağı planlaşdırırlar ki, ora musiqi
nəşrləri və geyimlərdən əlavə müxtəlif çeşidli
mallar da daxil edə bilsinlər. Onlar
uzaqgörənlik edərək "Medication" brendini
9-cu Kateqoriya (disklər və ya kasetlər
şəklində audio və video yazılar) və 25-ci
Kateqoriya (paltar, ayaqqabı və baş geyimləri)
çərçivəsində ticarət nişanı kimi qeydiyyatdan
keçirmişlər.
"Medication" şirkəti diqqətəlayiq sabit aktivlərə
malik deyil. Mark və Ceyson etiraf edir ki,
sözügedən müəssisə öz fəaliyyətində
"know- how" tipli biliklərə və digər qeyri-maddi
aktivlərə, daha dəqiq desək, brendə və
qeydiyyatdan keçmiş ticarət nişanına
əsaslanır.
Brendin ticarət nişanı kimi qeydiyyatdan
keçirilməsi yolu ilə müəssisənin Əqli
Mülkiyyətinin qorunmasına nail olmaqla onlar
"tələbə əyləncə gecələrinin təşkili" biznesini
digər şəhərlərə də köçürmək imkanı əldə
etdilər. Ticarət nişanının əlavə kateqoriyalarda
qeydiyyata alınması nəticəsində brendi
merçandayzinq kimi digər fəaliyyətlər
istiqamətində şaxələndirmək mümkün oldu.
Hal-hazırda onlar müştərək müəssisələri
"Medication" brendindən qazanc götürməyə
ümid edən digər müəssisələr ilə əlaqələr
qurmaq üçün güclü mövqeyə malikdirlər.
Bu kitabın yazılışı zamanı "Medication" və
"Liquidation" müştərək müəssisə şəklində
birləşərək insanların böyük gitaralara, elektron
gitaralara, arıq oğlan və qızlardan ibarət
qruplara yenidən oyanmış marağının ələ
keçirilməsi məqsədilə Liverpulun "Indiecation"
adlanan aparıcı alternativ gecələrindən
birini - yeni cümə gecəsini təşkil etmişdilər.
www.medication.co.uk


Kitabda yer alan müvafiq ideya və mövzulara keçidlər:
     Əqli Mülkiyyət 
(səhifə 54-ə baxın)
     Ticarət nişanları
(səhifə 54-ə baxın)
     Qeyri-maddi Aktivlər 
(səhifə 53-ə baxın)
     Brendlər 
(səhifə 53-ə baxın)


7
Pulunuzun Hesablanması
—  Bu fəsildə maliyyə tədbirlərinə üç müxtəlif nöqteyi-nəzərdən yanaşmaqla
müəssisənizin maliyyə vəziyyətinin dərk edilməsi və monitorinqinin
keçirilməsinin əhəmiyyəti vurğulanır.
—  Burada həmçinin maliyyə vəsaitlərinin cəlb edilməsinə və həm investorlar,
həm də uzunmüddətli şəxsi maliyyə təminatınız üçün gələcək gəlir
mənbələrinin yaradılmasının əhəmiyyətinə yer verilir..
62


Bu maliyyə bölməsi qeyri-kommersiya təşkilatları, habelə
kommersiya  müəssisələri  üçün  nəzərdə  tutulur.  Əslinə
qalsa,  öz  təcrübəmdən  bilirəm  ki,  arzu  olunan  maliyyə
nəti cəsini  almaq  üçün  sosial  müəssisə  yaradıb  onun
yaradıcı  və  ya  ictimai  ideallarını  iqtisadi  təzyiqlərin  tə -
sirindən qorumaq bəzən çox böyük maliyyə bacarığı tələb
edir.
Müəssisələrin zəif tərəfləri barədə soruşduqda ilk cavablardan
biri,  adətən,  belə  olur:  "Kifayət  qədər  maliyyə  vəsaitimiz
yoxdur!" Tamamilə aydındır ki, nağd pul vəsaitinin nəzərə
çarpan dərəcədə çatışmazlığı yeni yaradılmış və ya artıq
nüfuz qazanmış istənilən işgüzar dairə və ya sosial müəssisə
üçün  problem  yarada  və  onun  inkişafına  yaxud  hətta
mövcudluğunu davam etdirməsinə belə maneə törədə bilər.
Maliyyə baryerləri həqiqi, bəzən isə xəyali xarakter daşıyır.
"Xəyali" o mənada ki, çox vaxt insanlar yeni şirkətin əsasını
qoyanda mötəbər müəssisələrə məxsus bütün aktivlərə və
atributlara  (avadanlıqlar,  ofislər,  nəqliyyat  vasitələri  və  s.)
dərhal  yiyələnməyin  tələb  olunduğunu  təsəvvür  edirlər,
halbuki əksər hallarda bunun üçün təsəvvür ediləndən daha
az vəsait lazım gəlir. Sual belə qoyulmamalıdır: Hər şeyin
ideal olması üçün bizə nə qədər pul lazımdır? Düzgün sual
belə  səslənməlidir:  Müəssisənin  yaradılması  ideyasının
həyata keçirilməsini mümkün etmək üçün bizə minimal olaraq
nə  qədər  vəsait  lazımdır?  (yeni  işgüzar  dairə  və  ya  əlavə
müəssisə). Gün ərzində oturub bütün pulların bank, investor
və ya Lotereya vasitəsilə əldə olunacağını gözləməklə hələ
heç kim heç nəyə nail olmayıb. Uğur hekayələri əksər hallarda
cüzi və məhdud imkanlardan başlayır. Yenisini almaq əvəzinə
avadanlıqları icarəyə və ya borca götürmək, nəqliyyat vasitələrini
kirayə etmək, ofisləri bölüşmək (və ya virtual ofislərdə işləmək)
və  peşəkar  xidmətləri  satmaq  mümkündür.  İnkişaf  prosesi
təbii axarı ilə gedir, onu qəfil radikal dəyişiklik adlandırmaq
düzgün olmazdı. Kiçik həcmli əlavə xərclərin idarə edilməsi
isə  ilk  vaxtlarda  faydalı  sayılmaqla  yanaşı,  eyni  zamanda
dayanıqlı uzunmüddətli maliyyə strategiyası üçün təməl rolunu
oynaya bilər.
Kapital  xərclər  və  dövriyyə  üçün  nə  qədər  vəsaitin  tələb
olun ması  məsələsinin  aydınlaşdırılması  xüsusi  əhəmiyyət
kəsb  edir.  Avadanlıq  alınmasının  maksimal  dərəcədə
azaldılması  sabit  aktivlər  sırasına  daxil  edilmiş  maliyyə
63


Уьур
щекайяляри
яксяр
щалларда
cцзи вя
мящдуд
имканлардан
башлайыр


Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə