Xarici investisiyaların növləri
Xarici investisiyaların investisiya növləri üzrə strukturunda birbaşa
investisiyalar üstünlük təşkil edir. Belə ki, ümumi investisiyaların
yarıdan çoxu birbaşa investisiyaların payına düşür.
Diaqram 5. Xarici investisiyaların investisiya növləri üzrə
strukturu.
(faizlə)
Mənbə: Đqtisadi Đnkişaf Nazirliyi, 2011
Diaqramdan göründüyü kimi, xarici investisiyaların strukturunda
əsas yeri birbaşa investisiyalar və maliyyə kreditləri tutur. Onlar
ümumi investisiyaların 86%-ni təşkil edirlər.
Portfel investisiyaları ümumi investisiyaların cəmi 2,2%-ni təşkil
edir ki, bu da əsasən qiymətli kağızlar bazarının zəif inkişafı ilə
bağlıdır. Xarici ölkələrin təcrübəsi göstərir ki, ölkəyə investisiya
cəlb etməyin ən asan üsullarından biri də portfel investisiyalarıdır.
Bu həm də ölkənin xaricə açıqlığı və ölkə iqtisadiyyatının hansı
52%
2,20%
34%
0,03%
11,50%
Birbaşa investisiyalar
Portfel investisiyaları
Maliyyə kreditləri
Neft bonusu
Digər investisiyalar
dərəcədə dünya iqtisadiyyatına inteqrasiya olunduğunu göstərən
amillərdən biridir. Azərbaycanda bu sahənin inkişafını ləngidən
əsas
səbəblər
sırasına
şirkətlərin
korporativ
idarəetmə
standartlarını
tətbiq
etməməsi,
mühasibatlığın
beynəlxalq
standartlara
uyğun
aparılmaması,
həmçinin
səhmdarlara
dividendlərin ödənilməsində yaranan problemləri aid etmək olar.
Dostları ilə paylaş: |