84
partiyasının emalına çəkilən ümumi vaxt məsrəfi hazırlaşma-hazırlıq-
yekun zaman (vaxt) və bütün dənə (vahid) vaxtların cəminə bərabərdir.
Bir detalın hazırlanması üçün zəruri olan vaxt hazırlıq-yekun vaxtın
partiyada detalların sayına bölünən üstəgəl vahid (dənəli) vaxt. Aydındır
ki, məhsul vahidinə orta xərclər də düşən sabit xərclər buraxılış həcmi
nə qədər çoxdursa bir o qədər azdır.
Eyni zamanda istehsalın hədd xərci anlayışı da mövcuddur. Bu
başqa şəkildə marcinal xərc adlanır. Bu xərclər məhsulun buraxılışını
bir vahid artırmaq üçün verilmiş istehsal həcmində çəkilməsi zəruri olan
xərcdir. Eynilə artım xərcləri adlanan hədd xərcləri, buraxılışı bir vahid
artırmaq üçün müəssisənin nə qədər çəkəcəyi xərci göstərir. Belə ki,
məhsulun buraxılışının istənilən dəyişməsində daimi xərclər
dəyişməməlidir. Hədd xərcləri ancaq dəyişən xərclərin artımı ilə
müəyyən edilir.
Bir çox hallarda ümumi xərclərin dəyişən hissəsi buraxılan
məhsulun həcminə düz mütənasibdir. Bu o deməkdir ki, məhsul
vahidinə düşən dəyişən xərclərin həcmi məhsul buraxılışı həcmindən
asılı olmayaraq sabit qalır. Lakin bir çox hallarda məhsul buraxılışın hər
vahidinə düşən dəyişən xərclər ümumi məhsul buraxılışının artımı ilə
azalır. Bu, adətən yüksək məhsul həcminin buraxılışı üçün yüksək
məhsuldarlığa malik ixtisaslaşmış texnoloci avadanlığın tətbiqinin
məqsədyönlüyü ilə bağlıdır. Belə bir hala misal kimi müəyyən aşağı
səviyyəli məhsul buraxılışından başlayaraq məqsədyönlü olan
avtomatlaşdırılmış axın xətlərindən istifadə çıxış edə bilər.
Şəkil 3.1-də Q
0
– istənilən məhsul buraxılışı həcmində dəyişməz
qalan sabit xərcləri bildirir. K nöqtəsində hədd xərcləri məcmuu xərclər
funksiyasından törəmə funksiyadır. Qrafiki şəkildə o, bu nöqtədə
məcmu (tam xərclər) qrafikinə toxunanın meyl bucağının tangensilə
ifadə olunur. Şəkil 3.1-də bu α bucağıdır.
Orta xərclər, yəni məhsul vahidinə düşən xərclər yuxarıda
deyilənlərdən tam aşkar olduğu kimi ümumi orta, orta hədd və orta
dəyişən xərclər ola bilər.
85
α
k
Q
0
O
Шякил 3.1.Istehsal həcmindən asılı olaraq məcmu xərclər
Hədd və orta xərclərin buraxılan məhsul həcmindən asılığının
qrafikinə xarakterik misal şəkil 3.2-də verilir.
Orta daimi xərclər
– Bu şəkildə işarə edilərək (Z
1
) məhsul
həcmi buraxılışına əks proporsionaldır. Yəni burada hiperbola asılılığı
mövcuddur.
Z
n
Z
0
Z
Z
2
Z
1
n
Şəkil 3.2. Orta və hədd xərcləri
Orta dəyişən xərclər
Ə
n
müxtəlif şəkillərdə dəyişilə bilər.
Verilmiş misalda orta dəyişən xərclər (Z
2
) ilk əvvəl (məhsul
86
buraxılışının artımı ilə) azalır, sonra isə müəyyən məhsul buraxılışı
həcmində onlar dəyişməz sabit olurlar. Bundan sonra isə (texnoloci
avadanlıqların çətinləşməsi, mürəkkəbləşməsilə) artır. Deyilənlərdən
çıxış edərək orta məcmu xərclər (Z
0
)
qrafikini, onu «n» arqumentinə
görə (məhsul buraxılışı) diferensiallaşdıraraq hədd xərclər əyrisini (Z
n
)
qurmaq olar.
Bu qrafikdə şaquli istiqamətdə orta ümumi və orta dəyişən
(qeyri-sabit) xərclər arasında (xətlər arasında) məsafə orta dəyişməz
(sabit) xərclərə bərabərdir. Əgər hədd xərcləri, yəni məhsul vahidinə
düşən xərclər artıq buraxılmış məhsul vahidinə düşən orta xərclərdən
aşağı olursa, onda məhsul buraxılışın bu əlavə məhsul vahidinə artması
orta xərclərin azalmasına gətirib çıxarır və əksinə. Deməli, məhsul
buraxılışının artımı ilə xərclərin azaldığı vaxt hədd xərcləri orta
xərclərdən aşağı olur. Məhsul buraxılışın artımı ilə orta xərclər artarsa,
onda bu o deməkdir ki, hədd xərcləri orta xərclərdən yüksək olur.
Təhlilin sadələşdirilməsi üçün bütün resurs növlərini adətən iki
qrupa bölürlər. Şərti olaraq kapital (K) və əmək (Ə) və ya (C,I) kimi
işarə edirlər.
Eyni bir məhsul buraxılışı bu resursların müxtəlif kombinasiyası
vəhdəti ilə təmin edilə bilər. Şəkil 3.3-də kordinatları K və T-ilə işarə
edilən verilmiş məhsul həcmini Q və Q
1
-i təmin edən, həmin amillərin
müxtəlif kombinasiyalarının qrafiki verilmişdir. Belə əyrilər
izokvantalar
adlanır və ya bərabər buraxılış həcmi xətti adı alır.
Izokvantaların meyl bucaqlarına görə bir resursun digər resursu əvəz
etməsinin həddi
fikir söyləmək olar.Bu cür norma altında əvvəlki
istehsal həcminin saxlanılması şərtində bir növ resursun digər əlavə
resurs növü ilə dəyişə bilməsi kəmiyyətini bildirir. Aydındır ki, xüsusi
halda hər iki növ resursun tam ekvivalentliyi zamanı izokvantalar
kordinat oxlarına eyni (bərabər) meyilində olan düz xətləri bildirəcəklər.
Т
К
Г
2
Г1