məhz 1881-ci ildən götürülməsi bu ildən onun nizami qoşun hissəsi kimi fəaliyyətə başlaması
ilə bağlı
olmuşdur. İki nizami, iki milis və iki könüllü tabordan ibarət olan alay tədricən ordunun ən
intizamlı
hissələrindən birinə çevrilirdi. Onun tərkibində olmuş milis taborları ehtiyat qüvvələri tərkibinə, könüllülərdən
ibarət taborlar isə ərazi hissələri tərkibinə verilmişdi. Yarandığı dövrdən İngiltərənin
Amerikadakı
koloniyalarında, Barbados adasında (1884-1887), daha sonra Cənubi Afrika (1887-1893), Malta (1893-1895) və
Misirdə (1895-1897) xidmət edən hərbi hissənin l-ci taboru ilk döyüşlərini Sudanda keçirmiş
(1897), Hindistanda (1897-1903) və İrlandiyada (1903-1912) dislokasiya edilmişdi. Hərbi hissənin 2-ci
taboru 1881-
1886-cı illərdə Hindistanda olmuş, 1884-cü ildə Zab vadisinə yürüşdə iştirak etmiş, Aden
limanından
İngiltərəyə göndərilmişdir. 1886-1893-cü illərdə tabor İngiltərədə, 1893-1899-cu illərdə İr-landiyada dislokasiya
edilmişdi. 1899-cu ildə Cənubi Afrikaya göndərilən tabor 2-ci Bur müharibəsində 1902-ci ilədək iştirak etmiş və
İngiltərəyə qaytarılmışdı. 1903-cü ildən Hindistanda yerləşmişdir. I Dünya müharibəsində alayın 1-ci
taboru
1914-cü ildə Armentir, 1916-cı ildə Somma, 1917-ci ildə Messina, İpr, Sen-Kventin kanalı, Sell, Sari Bair, Kut
əl-Əmar döyüşlərində iştirak etmiş, 2-ci taboru Hindistanın şimal-qərb sərhəddində yerləşmişdi.
Sonrakı dövrlərdə İngiltərənin apardığı çoxsaylı müharibələrin əksəriyyətində alayın hissələri iştirak etmişdi.
1959-cu
ildə Şimali Stafford alayı Cənubi Stafford alayı ilə birləşdirilmiş və Stafford alayı (Şahzadə Uelsin alayı) adı ilə
indi də Britaniya silahlı qüvvələrinin tərkibindədir.
Varvik alayının tam adı "Kral Varvik fuziler (fuzi-ağır fuzeya tüfəngi ilə silahlanmış piyada) alayı" kimi
göstərilir. 1674-cü ildə Hollandiya hökuməti muzdlu ordu yaradarkən iki ingilis alayı təşkil etmiş, 1685-ci ildə
İngiltərə kralı II Yakob onları İngiltərəyə çağıraraq hakimiyyətə iddialı olan və krala qarşı qiyam qaldırmış qraf
Monmuta qarşı istifadə etmişdir. Qiyam yatırıldıqdan sonra 5-ci və 6-cı piyada alayları adı ilə tanınan alaylar
Hollandiyaya qayıtmışlar. 1688-ci ildə Oranlı Vilhelm (III Vilhem) İngiltərə taxtına dəvət edilib kral
elan ediləndə ("şanlı inqilab" hadisələri), onunla birlikdə alaylar da İngiltərəyə gəlmişdilər. 6-cı alay
"Hollandiya qvardiyası" adını almış və İrlandiyada üsyançılara qarşı bir neçə döyüşdə iştirak etmişdir. "İspaniya
vərəsəliyi uğrunda müharibə"nin müxtəlif döyüşlərində iştirak etmiş alay 1745-ci ildə
Yakobçular üsyanının yatırılmasında iştirak etmişdir. 1753-cü
ildən Cəbəllütarixdə xidmət edən
alay Amerikaya göndərilir və orada
Amerikanın müstəqilliyi
uğrunda
müharibədə iştirak edir. 1776-cı il Nyu-
York
döyüşündən
sonra
vətənə
göndərilən
islahatına
almışdır.
6-cı
alay
1782-ci
il
görə Varvik alayı adını
Bu
adla
alay
Fransa
inqilabının yatırılmasında iştirak etmiş,
Amerikada
gedən
döyüşlərdə
Martinika, Qvadelupa və Santa Lyuçiya
adalarını
fransız
qoşunlarından
qorumuşdur. Napoleon müharibələrində əsasən İberiya yarımadası və Cəbəllütarixdə vuruşan alay 1814-cü ildə
Kanadaya göndərilir. 1832-ci ildə alayın adı dəyişdirilərək 1-ci kral Varvirşir alayı adlandırılır və o,
Şimali
Afrikaya göndərilir. Burada alay 1846-1853-cü illərdə ingilis hökmranlığı əleyhinə üsyan
qaldırmış müsəlmanlara qarşı vuruşurdu. 1881-ci il islahatına əsasən alay Kral Varvik alayı adını almışdır. 1898-
ci ildə
Sudanda gedən döyüşlərdə iştirak edən alay Bur müharibələrinin ən qızğın döyüşlərində də
vuruşmuşdur. I
Dünya müharibəsində alayın adı altında birləşdirilmiş 30 tabor 80-dən artıq döyüşdə iştirak etmiş və nəticədə
alay 6 dəfə Viktoriya Xaçına layiq görülmüşdü. Sonrakı dövrlərdə İngiltərənin apardığı çoxsaylı müharibələrin
əksəriyyətində alayın hissələri iştirak etmişdi. 1968-ci ildə Varvik fuzi alayı digər fuzi alayları ilə
4 tabor tərkibində birləşdirilmiş və bu taborlar indi də Britaniya silahlı qüvvələrinin tərkibindədir.
184
Azərbaycanda gedən döyüşlərdə ingilis qoşunlarının əsas taktiki bölməsi piyada bölüyü idi. Taqımlardan
ibarət bölüklər üç yığma tabor şəklində toplansalar da əslində pərakəndə halda fəaliyyət göstərirdilər. General
Denstervil bölükləri strateji əhəmiyyətli mövqelərdə yerləşdirmiş, onların cinahlarında və arxada
erməni taborları üçün mövqelər seçilmişdi. Erməni taborlarını döyüşə sövq etmək üçün general hər birində 1
ingilis və
3 erməni taboru olan briqada təşkil etməyi planlaşdırmışdı, lakin bu planı həyata keçirə bilmədi. Kral
səhra artilleriyasının 8-ci batareyasını vahid şəkildə saxlayan general Sentrokaspi Diktaturasının batareyalarını
ayrı-
ayrı mövqelər arasında bölmüşdü. Eləcə də zirehli avtomobillər rus zirehli avtomobilləri ilə bir dəstədə toplanıb
ən təhlükəli mövqelərə göndərilmişdi.
184
en.wikipedia.org/wiki/Royal_Warwickshire_Fusiliers
" İNTERNET səhifəsi.
68
Dostları ilə paylaş: |