11
əsir düşəcəkdi. Sağ qalan tatarlar və türklər (osmanlılar) döyüş
meydanından qaçdılar. Şirvanlı Əbubəkr mirzə də aradan çıxdı. Bu
savaşda avşarlar da fəal iştirak etmişdilər. Tarixçilər avşarların
qəhrəmanlığını xüsusi qeyd edirlər.
1583-cü ildə Fərhad paşanın başçılığı altında Osmanlı ordusu
Azərbaycana hərtərəfli hücum etmişdi. Çuxursəd bəylərbəyi Mə-
həmmədi xan (Toxmaq) Ustaclı ilk zərbəni yenə öz üzərinə götür-
müşdü.
Daim qızılbaşlar arasında təfriqənin olmasını arzulayan baş
vəzir Etimadəddövlə Mirzə Salman Cabiri-İsfahani Həmzə mirzəni
adlı-sanlı Qızılbaş əmirləri Məhəmmədqulu bəy Avşara, Şahrux xan
Zülqədərə və Məhəmməd xan Türkmana qarşı qaldırmağa çalışırdı.
O şahzadəni inandırırdı ki, «bu üç xadim sağ olduqca, şahın cani-
şinin gülüstanı ətir saçmayacaq və çiçək açmayacaq».
6
Qızılbaş əmirləri vəzirin onlara qarşı fitnələrindən xəbərdar
idilər və onu öldürmək qərarına gəlmişdilər. Heratda olarkən Mirzə
Salman məiyyəti ilə şəhər ətrafına gəzintiyə çıxmışdı. Aralarında
Məhəmmədqulu xan Avşarın oğlu Yusif xanın, Məhəmməd xan
Türkmanın oğlu Vəlican xanın, Şahrux xan Zülqədərin qardaşıoğlu
Xəlil sultanın və başqalarının olduğu qızılbaş gənclər dəstəsi qoca-
man əmirlərin göstərişi ilə onların arxasınca düşdü. Yolda təqib
edənlər barədə məlumat alan Mirzə Salman tələsik geri qayıtdı. O,
sığınacaq tapmaq ümidi ilə dövlətxanaya – şahın və Həmzə mir-
zənin yanına gəldi. Belə olduqda qızılbaş əmirləri şah sarayının
yerləşdiyi Sultan Hüseyn mirzə mədrəsəsinə gələrək vəzirin onlara
verilməsini tələb etdilər. Onlar açıq surətdə bildirdilər ki, Mirzə
Salman qızılbaşların düşmənidir, tayfalar arasında ədavət və düş-
mənçiliyin səbəbkarıdır. Xorasan əmirləri arasında itaətsizliyin və
qiyamın günahkarıdır və o, sağ olduqca əmirlər arasında birlikdən
söhbət gedə bilməz. Şahın və Həmzə mirzənin
təslim olmaqdan baş-
qa çarəsi qalmadı. Çünki əmirlər əks təqdirdə Abbas mirzə ilə birlə-
şəcəkləri ilə hədələyirdilər. Əmirlər öncə vəzirin bütün əmlakını
6
İskəndər bəy Münşi, Tarixi-aləm-arayi-abbasi.