gücünüzü zəiflədir. Buna görə də yorğunluğun qarşısının alınması narahatlığın
qarşısının alınmasına şərait yaradır.
Mən dedim: “Narahatlığın qarşısının alınmasına şərait yaradır?” Bu, həddən
artıq yumşaq deyilib. Doktor Edmund Cekobson xeyli uzağa gedir. Doktor
Cekobson süstləşməklə bağlı iki kitab yazıb. Çikaqo Universitetinin kliniki
fiziologiya laboratoriyasının direktoru qismində isə o, süstləşmənin müalicəsi
üzrə uzun illər tədqiqat keçirib. O bildirir ki, istənilən əsəbi və ya emosional
gərginlik “tam dincəlməklə aradan qaldırılır”.
Beləliklə, yorğunluğu və narahatlığı qabaqlamaq üçün birinci qaydada
deyilir: daha tez-tez dincəlin. Yorğunluq hiss etməmişdən əvvəl dincəlin.
Bu, nə üçün belə vacibdir? Ona görə ki yorğunluq heyrətamiz sürətlə yığılır.
Birləşmiş Ştatların quru qoşunları tərəfindən dəfələrlə keçirilmiş
eksperimentlərin nəticəsində aşkar olundu ki, uzun illər ərzində xidmətlərinin
gedişində bərkimiş cavan adamlar da, əgər onlar öz yüklərini çiyinlərindən atıb
və hər bir saatın on dəqiqəsini dincələrlərsə, yürüşləri daha yaxşı həyata keçirə
bilər və yüksək dözüm göstərərlər. Orduda onları bunu etməyə məcbur edirlər.
Sizin ürəyiniz Amerika ordusu qədər ağıllıdır. O, hər gün bütün orqanizmdə elə
həcmdə qan dövrəsi yaradır ki, həmin qanla dəmiryol çənini doldurmaq olardı.
Hər iyirmi dörd saatda o elə miqdarda enerji sərf edir ki, bu enerji iyirmi ton
kömürü bel ilə üç fut hündürlükdə platformaya yükləməyə kifayət edərdi. Bu,
ağlasığmaz həcmdə işi o, əlli, yetmiş və ya ola da bilsin, doxsan il ərzində hər gün
yerinə yetirir. Belə bir işin ağırlığına o, necə tab gətirir? Harvard Universitetinin
tibb fakültəsinin professoru, doktor Uolter B.Kennon bunu izah edir. O deyir:
“İnsanların əksəriyyəti hesab edir ki, ürək fasiləsiz işləyir. Gerçəklikdə isə hər
döyüntüdən sonra dincəlmək üçün müəyyən vaxt mövcuddur. Dəqiqədə yetmiş
döyüntü tezliyi ilə vuran ürək iyirmi dörd saatın faktiki olaraq cəmi doqquzunu
işləyir. Onun sutka ərzində dincəldiyi vaxt cəm halında on beş saat təşkil edir”.
İkinci Dünya müharibəsi dövründə Uinston Çörçilin yetmişə yaxın yaşı var
idi. Amma o, Britaniya imperiyasının hərbi səylərinə rəhbərlik edərək, ilbəil
gündə on səkkiz saat işləyə bilirdi. Bu, fenomenal hal təsiri bağışlayır. Bəs bunun
sirri nədədir? Hər gün səhər o, saat on birə qədər yataqda işləyirdi. Bu vaxt o,
qəzetləri oxuyur, əmrləri diktə edir, telefonla zəng vurur və mühüm iclaslar
keçirirdi. Lençdən sonra o, yenidən uzanır və nahardan qabaq bir saat yatırdı.
Axşam o, yenə də uzanır və saat səkkizdə şam yeməyindən qabaq iki saat yatırdı.
O, yorğunluqdan müalicə olunmurdu. Ona müalicə almaq lazım deyildi. O,
yorğunluğun qarşısını almağa müvəffəq olurdu. Tez-tez dincəlməyin sayəsində o,
qıvraq və şux qalır və gecəyarıdan çox sonraya qədər işləyə bilirdi.
Məşhur Con D.Rokfeller özünün iki möhtəşəm nailiyyəti sayəsində
şöhrətlənmişdi. O, dünyada ən iri varidat topladı və doxsan səkkiz yaşına qədər
yaşadı. O, buna necə müvəffəq oldu? Əsas səbəb bundadır ki, uzunömürlülük
onlarda nəsillikcədir. Digər səbəb isə onun hər gün öz kabinetində günün
ortasında yarım saat yatmaq vərdişi idi. O, kabinetdə qoyulmuş taxtın üstünə
uzanırdı və dincəlmək vaxtında heç kim, hətta Birləşmiş Ştatların prezidenti də
Con D.Rokfelleri telefona çağırtdıra bilmirdi.
Daniel U.Cossel yazdığı gözəl “Nəyə görə yorulmaq?” kitabında qeyd edir:
“Dincəlmək əsla heç nə eləməmək demək deyil. Dincəlmək – təmirdir”.
downloaded from KitabYurdu.org
Qısamüddətli dincəlməyin elə böyük bərpa qabiliyyəti var ki, hətta beş dəqiqəlik
yuxu da yorğunluğun qarşısını ala bilər. Beysbolun şöhrətli kralı Konni Makk
mənə demişdi ki, əgər o, oyundan qabaq günorta yatmasaydı, onda topu beşinci
dəfə ötürəndən sonra artıq əldən düşürdü. Amma o heç olmasa beş dəqiqə
yatmağa vaxt tapa bilirdisə, bir gündə oynanılan iki matça tab gətirə bilər,
yorulduğunu hiss etməzdi.
Ağ Evdə olduğu on iki il ərzində belə taqətdən salan fəaliyyətə necə tab
gətirdiyini Eleonora Ruzveltdən soruşanda o, mənə cavab verdi ki, hər görüşdən
və ya çıxışdan əvvəl o, çox vaxt kresloda əyləşir və ya taxtın üstündə uzanır,
iyirmi dəqiqəlik yatıb dincəlirdi.
Bu yaxınlarda mən Cin Otri ilə söhbət etmişdim. Biz onun Medison Skver
Qardendəki otağında idik ki, burada o, rodeo üzrə dünya çempionatı yarışında
publikanın ovladığı əsas şikar idi. Onun səhnə otağında gözümə çarpayı dəydi.
“Mən bunun üstündə hər gün düncəlirəm, – dedi Cin Otri, – və tamaşalar arasında
fasilədə bir saat yatıram. Mən Hollivudda kinoya çəkiləndə, – deyə o davam
edirdi, – çox vaxt iri yumşaq kresloda yerimi rahatlayır və tam dincəlirdim.
Ardınca mən gün ərzində iki- üç dəfə on dəqiqə mürgüləyirəm. Bu, mənim həyat
tonusumu fövqəladə dərəcədə yüksəldir”.
Edison hesab edirdi ki, öz tükənməz enerjisi və dözümlülüyü onun nə vaxt
istəsə, o vaxt yuxuya gedə bilməsinin nəticəsi idi.
Mən Henri Fordla onun səksən yaşı tamam olmazdan bir müddət əvvəl
söhbət etmişəm. Onun çiçəklənən və qıvraq görkəmi məni heyran etdi. Ondan
bunun sirrini soruşdum. O cavab verdi: “Əgər oturmaq imkanım varsa, mən heç
vaxt ayaq üstə dayanmıram və əgər uzana bilirəmsə, heç vaxt oturmuram”.
Horas Menn, “müasir pedaqogikanın atası” ixtiyar yaşına çatanda özünü
məhz bu cür aparırdı. Antioh Kollecinin rəhbəri olandan sonra o, tələbələrlə,
adətən, taxtın üstündə uzanaraq söhbət edirdi.
Mən Hollivudda bir kinorejissoru dilə tutdum ki, o, analoji metodu sınaqdan
çıxarsın. O etiraf etdi ki, nəticələri möcüzə həddinə çatır. Mən Cek Çertok
haqqında danışıram ki, o, hazırda “Metro-Qoldvin-Mayer” kinokompaniyasının
aparıcı rejissorlarından biridir. Cek Çertok bir neçə il əvvəl yanıma gələndə
MQM-də qısametrajlı filmlər şöbəsinin müdiri idi. O, yorğunluqdan tamamilə
taqətdən düşmüşdü, onun qüvvəsi tükənmək üzrə idi. O, hər şeyi sınaqdan
çıxarmışdı: tonuslaşdırıcı vasitələr, vitaminlər, dərman preparatları. Amma heç
nə ona kömək etmirdi. Mən ona hər gün dincəlməyi məsləhət gördüm. Nə cür?
Kabinetdə taxt qoysun və öz ssenaristləriylə keçirdiyi iclasların gedişində
uzanaraq dincəlsin.
Mən onu bir ildən sonra yenə də görəndə o dedi: “Möcüzə baş verdi. Mənim
şəxsi həkimlərim belə hesab edirlər. Əvvəllər bizim tematik qısametrajlı
filmlərimizin müzakirəsi zamanı özümü dik tutaraq, son həddə qədər gərilərək
stulda otururdum. İndi iclasları öz kabinetimdə, taxtın üstündə sərbəst surətdə
süstləşərək keçirirəm. Son iyirmi ildə birinci dəfədir özümü insan kimi hiss
edirəm. İndi mən əvvəlki vaxtla müqayisədə iki saat çox işləyirəm və çox nadir
hallarda yoruluram”.
Bütün bunları şəxsən siz nə dərəcədə tətbiq edə bilərsiniz? Əgər siz ste-
noqrafçısınızsa, özünüzə iş yerində, Edisonun etdiyi və ya Sem Qoldvinin indi
downloaded from KitabYurdu.org