20
Ancaq hamisi atabəy Qaraca əs-Saki olan və sultan taxtının üçüncü iddiaçısı
şahzadə Səlcuq şah Məsudu qabaqladı. Səlcuq şah böyük bir ordu ilə Bağdada hücuma
keçdi və Xəlifə onu xeyirxahlıqla qarşıladı. Çünki xəlifə başqa iddiaçılardan özünün
müdafiəçisini Səlcuq şahda görürdü
1
. Xəlifə Səlcuq şahın adını xütbələrə saldırması
da, hər halda Məsuda qarşı müttəfiqin i tap mışdı.
Məsud ordu ilə Bağdada yaxınlaşanda, atabəy İmadəddin Zəngi öz qoşunu ilə
Mosuldan onun köməyinə gəldi
2
. Ancaq onun qoşunu Səlcuq şahın atabəyi Qaraca əs-
Sakinin ordusu tərəfindən Bağdadın girəcəyində məğlubiyyətə uğradıldı
3
. Köməksiz
qalan Məsud hicri I 526-cı il cumad əl-əvvəl ayında (20 mart 1132) Səlcuq şahla
danışığa girərək, Böyük Sultan Səncərin təhlükəsini dəf etmək üçün onunla ittifaq
bağladı. Eyni zamanda qərara alındı ki, Məsud sultan olmalı, Səlcuq şah isə vəliəhd elan
edilməlidir
4
. Hicri 526-cı il rəbi əs-sani ayında (fevral, 1132) xəlifə yeni Sultan Məsudun
adına xütbə oxunması üçün əmr verdi. Bundan sonra Sultan Məsud öz atabəyi Ağ
Sunqur əl-Əh mədilinin və çoxlu türk əmirinin müşayiəti ilə A zərbaycana yola
düşdü.
1132-ci ilin fevral ayında Böyük Sultan Səncər İraq sultanlığında baş verən
hadisələrə qarışmaq qərarına gəldi. O, böyük bir ordu ilə Reyə gəldi. Beş ay idi ki,
orada onu mərhum Sultan Mahmudun vəziri əl-Ənəsabadi "İraq qoşunları ilə" gözləyirdi.
Mahmudun ölümündən sonra Səncərin vəliəhd təyin etdiyi şahzadə Toğrul da buraya
gəldi
5
.
Səncərin İraq sultanlığının mərkəzi Həmədana yürüşü xəbəri Bağdada
çatdıqda, əvvəllər Məsudu və Səlcuq şahı müdafiə edən və hadisələrin belə inkişafını
gözləməyən xəlifə əl-Müstərşid tələsik Bağdadı möhkəmləndirməyə başladı və
İraqın bütün şəhərlərinə öz vəkillərini təyin etdi. Xəlifə bu dəfə də Səlcuqilərin
hakimiyyətindən qurtulmaq üçün ciddi cəhd göstərdi. Bu məqsədlə o, Səlcuqilərin heç
olmazsa zəifləyəcəyinə ümid bəsləyərək səlcuq şahzadələrini bir-birinə qarşı ara
vuruşmalarına təhrik edirdi. Xəlifə Məsudun və Səlcuq şahın müttəfiqi kimi
Bağdaddan hərəkət etdi, ancaq Xulvan keçidindən o tərəfə addımlay ıb, hadisələrin
gedişini gözləməyə başladı
6
.
Hic ri 526-cı il cu mad əs-sani ayının 7-də (27 mart 1132) Xə lifə Bağdaddan
çıxarkən, bu gündən etibarən Səncərin adının xütbələrdə çəkilməməsi haqqında
göstəriş verdi. Elə bu gündən də Xəlifə ilə Səncər arasındakı bütün qarşılıq lı
münasibətlər kəsildi. Bununla yanaşı, indi Səlcuqilərin hər hansı başqa bir
1
İbn əl-Əsir, VIII, səh.335-336.
2
İbn əl-Cövzi, X, səh.25.
3
İbn əl-Cövzi, X, səh.25; İbn əl-Əsir, VIII, səh.335; Sibt ibn əl-Cövzi, XII, səh. 170.1
4
İbn əl-Əsir, VIII, səh.336; yenə də onun: "Atabəylər", səh.44; İbn əl-Kalanisi (əl-Fariqi), səh.328.
5
Ravəndi, səh.251; əl-Bundari, səh.158; əl-Hüseyni, vər.56b.
6
İbn əl-Cövzi, X, səh.26; Sibt ibn əl-Cövzi, XII, səh.170.
21
nümayəndəsinin də adı xütbələrdə çəkilmirdi. Buradan belə bir nəticə çıxırd ı ki,
xəlifə əl-Müstərşid özünü bütün İraqın yeganə müstəqil hakimi elan etmişdir.
Hic ri 526-cı il rəcəbin 8-də (26 may 1132) Hə mədan yaxınlığındakı Dey -
Mərc adlı yerdə şahzadələr - Məsud və Səlcuq şahın birləş miş qüvvələri ilə
Səncərin qoşunları arasında döyüş baş verdi. Səncər ordusunun sağ qanadında
şahzadə Toğrul və əmir Ku maç, sol qanadında Xarəzmşah Atsız, mərkəzində isə
20 minlik seçmə alayla Səncər ö zü yerləşmişdi. Ümu milikdə isə Səncərin 100 min
döyüşçüsü var idi.
1
Məsudun 30 minlik ordusunun sağ qanadında əmir Qaraca əs -Saki ilə əmir
Qızıl, sol qanadında əmirlərdən Yü rün Quş Bazdar, Yusif Çavuş və başqaları,
mərkəzdə Məsud və çox gü man ki, Səlcuq şah durmuşdular
2
. Qaraca ilə Yusif
Çavuşun qəhrəmanlığına baxmayaraq, bu kəskin döyüş Səncərin qələbəsi ilə
qurtardı. Məsud qaçdı. Səlcuq şahın taleyinin nə ilə qurtardığı haqqında qaynaqlar
heç bir məlu mat vermir. Səncər döyüşdən sonra Qaraca ilə Yusif Çavuşu edam
etdirdi və Məsudun dalınca çapar göndərdi. Səncər yenə də Məsudu bağışladı və
Azərbaycanı ona iqta payı ayırdı. Məsud Gəncəyə qayıtdı
3
. II Toğrul hicri 526-cı
ilin cumad əs-sani ayında İraqın sultanı elan edildi və Həmədan, İsfahan və Reydə,
eləcə də Cibəi əyalətlərində onun adına xütbə o xunmağa başlandı
4
.
Səncər Xorasana yenicə çatmışdı ki, hicri 526-cı ilin ramazan ayında
(16.07.-14.08.1132) Mahmudun oğlu şahzadə Davud yeni sultan II Toğrula qarşı
çıxd ı. Məsud Davudun atabəyi Ağ Sunqur əl-Əh məd iliyə Gəncədən məktub
göndərib bildirirdi ki, o, ö zünə görə deyil, Davudun xeyri üçün II Toğru la qarşı
mübarizə aparır. Çünki gürcülərdən alacağı torpaqlar ona kifayətdir. Ağ Sunqur
cavabında bildirdi ki, o və onun qəyyumluğunda olan Məlik Davud sultan II
Toğrula qarşı hərəkətə başlayırlar, həm də ki Sultan Səncər Xorasanda -
uzaqdadır
5
.
Davudla Ağ Sunqur Azərbaycan və Arranın qoşunlarını toplayıb
Həmədana doğru hərəkət etdilər. Davudla II Toğrulun qoşunları arasında döyüş
Vahan kəndi yanında baş verdi. Davudun türk döyüş çülərinin bir hissəsi Toğrulun
tərəfınə keçdi və bu, döyüşün taleyini həll etdi. Davudla atabəyi Bağdada qaçdı,
orada xəlifə onları rəğbətlə qarşıladı. Məsud da tezliklə Gəncədən oraya gəldi
6
.
Xəlifə 1133-cü ilin yanvarında Məsud və Davudun adına xütbə oxutdurdu və
onlara fəxri geyimlər verd i
7
. II Toğru lun tutduğu Azərbaycana Məsudla Davudun
1
İbn əl-Əsir, VIII, səh. 336-337; əl-Bundari, səh.159; İbn əl-Əsir. "Atabəylər", səh.44-45.
2
İbn əl-Cövzi, X, səh.26.
3
İbn əl-Əsir, VIII, səh.337; əl-Hüseyni, vər. 56b-57a.
4
İbn əl-Əsir, VIII, səh.337; əl-Bundari, səh.159-160; əl-Hüseyni, vər.57a.
5
Əl-Hüseyni, ver.57a.
6
İbn əl-Əsir, VIII, səh.338; əl-Bundari, səh.160-162; Sibt ibn əl-Cövzi, XII,
səh.170.
7
İbn əl-Cövzi, X, səh.29; əl-Hüseyni, vər.58a.
Dostları ilə paylaş: |