76
4. Giriş baryerlərinin yüksək olması. Bir tərəfdən, adətən iri firmaların
yüksək rəqabət qabiliyyəti və onlann müqavimət göstərməsi ehtimalı üzündən
oliqopol bazara çıxmaq çətindir. Digər tərəfdən, bazara daxil olmaq üçün baryerlər
lap əvvəldən yüksək olan sahələrdə prinsip etibarilə oliqopoliya yaranır.
5. Oliqopolistlər tərəfindən qiymətlərə bu və ya digər dərəcədə nəzarət
edilməsi mümkündür. Oliqopoliya şəraitində bazar subyektləri özlərini
müxtəlif şəktldə apara bilərlər:
a)
mükəmməl rəqabət halında olduğu kimi öz rəqiblərinin davranışını
nəzərə almamaq;
b)
başqa istehsalçıların davranışını qabaqcadan duymağa çalışmaq;
c)
başqa istehsalçılarla sövdələşmək. Sonuncu halda qiymətlərə əhəmiy-
yətli dərəcədə təsir göstərmək imkanı yarana bilər.
Oliqopol bazarın iştirakçılarının bazarda davranışının xaratkerindən asılı
olaraq gizli oliqopoiiyanı və üstünlük oliqopoliyasını fərqləndirirlər. Oliqopolistlər
öz aralarında tamamilə sövdələşə biləcəyi və ya özlərinin qarşılıqlı asılı olmasını
nəzərə alacağı vəziyyətdə gizli oliqopoliya yaranır. Ən iri firmanın sahə üzrə
satışın ümumi həcminin 60-80%-nə nəzarət etdiyi bazarlarda isə üstünlük
oliqopoliyası yaranır. Bu halda həmin firma başqa iştirakçılarla sövdələşmədən,
bazarın bir hissəsini onlara güzəşt edir, sonra isə bazarın onun nəzarəti altında olan
60-80%-də özünü inhisarçı kimi aparır.
Xalis inhisarçılıq o deməkdir ki, sahədə təküfin həcminə və yaxın substitləri
olmayan əmtəənin qiymətinə tamamüə nəzarət edən yalnız bir satıcı var.
İnhisarın əsas xüsusiyyətləri bunlardır:
1.
Bazarda müəyyən növlü əmtəələrin satıcısının yeganə olması. Məsələn,
əksər şəhərlərdə ictimai istifadə müəssisələri (qaz, su kəməri, elektrik, telefon)
inhisarçılardır. Mahiyyət etibarilə Rusiyanın bank sistemində onilliklər boyu
bu vəziyyət mövcud olmuşdur. Düzdür, formal cəhətdən həmişə bir neçə bank
olmuşdur. Lakin əvvələn onlar hamısı dövlət banklan idi; ikincisi, onların fəaliyyət
77
dairələri sahə əlaməti üzrə bölünmüşdür; üçücüsü, onlar müəyyən fəaliyyət növləri
ilə məşğul olmaq üçün müstəsna hüquqa malik idilər (bank işinin dövlət inhisarı,
dövlət valyuta inhisarı).
2.
Məhsulun unikallığı, yaxşı və ya yaxın əvəzedicilərin olmaması.
Alıcının mövqeyindən bu fakt o deməkdir ki, inhisarçı firmanın əmtəəsini
almağın məqbul alternativi yoxdur. Alıcı ya həmin məhsulu inhisarçıdan
almalı, ya da bu məhsulsuz ötüşməlidir.
3.
Burada rəqabət həmin anlayışın tərifinə görə yoxdur. Yeganə
satıcının rəqibləri yoxdur, onun məhsulu ünikaldır və prinsip etibarilə həmin
məhsulu reklam etməyə heç ehtiyac da yoxdur. Lakin bu o deməkdirmi ki,
firma müəyyən bazarı bir dəfə inhisarlaşdırdıqdan sonra «rahat yata bilər»?
Təcrübə göstərir ki, inhisarçı da rəqabətin müəyyən təzahürləri ilə üzləşə
bilər:
a)
potensial rəqabət, yəni həmin sahədə yeni istehsalçıların yarana bilməsi.
Hətta giriş baryerləri çox yüksək olduqda da bu imkanı nəzərə almamaq
olmaz. Yalnız hüquqi baryeləri dəf etmək mümkün deyildir. Bu halda
mövcud firmanın inzisarçı mənfəəti nə qədər yüksək oisa, potensial
rəqabət təhlükəsi bir o qədər güclü olur;
b)
yeniliklərin rəqabəti, yəni yeni texnologiyaların tətbiq edilməsi,
əmtəənin istehlak xassələrinin təkmilləşdirilməsi. Əmtəələrin çeşidinin
daim yeniləqməsi, əmtəənin həyat tsiklinin azalması tendensiyası
müşahidə olunan indiki şəraitdə rəqabətin bu növü xüsusilə
əhəmiyyətlidir. Bu cür rəraqəbt üzündən inhisarçı özünü təhlükəsiz hiss
edə bilmir, çünki rəqabət təhlükəsi ən gözlənilməz tərəfdən yarana bilər.
Ona görə də inhisarçı həm əmtəənin keyfiyyətini təkmilləşdirməklə, həm
də əmətəənin istehsal edilməsi üçün yeni, daha qənaətli üsulların tətbiq
edilməsi və sonra qiymətlərin azaldıiması ilə məşğul olmağa məcburdur;
78
c)
əvəzedici əmtəələr tərəftndən rəqabət. İlk baxışda əvəz edilən əmtəədən
çox uzaq görünən əmtəələr də əvəzedicilər rolunda çıxış edə bilər.
Məsələn, brilyant satan inhisarçı hətta çox iri olmayan turist firması
tərəfindən rəqabətlə üzləşə bilər. Turist firmasının reklam kampaniyası
nəticəsində potensial brilyant alıcılarının bir qismi öz pullarını turist
səfərinə xərcləmək qərarına gələ bilərlər.
ç) idxal malları ilə rəqabət. Hər bir ölkənin daxili bazarı həmin bazara
xaricdə istehsal edilmiş əmtəələrin yarana bilməsi baxımından bu və ya
digər dərəcədə açıq olması ilə səciyyəvidir. Aydındır ki, bir (və ya hətta
bir neçə) ölkə miqyasında istehsalı inhisarlaşdırılmış firma sərbəst xarici
ticarət şəraitində yenə də rəqabətdən qorunmayacaq və bazar üzərində
mütləq nəzarət imkanına maük omlayacaqdır.
4. İnhisarlaşdırılmış bazara daxil olmaq çox çətinləşdirilmiş və ya bunun
qarşısı alınmışdır. Lakin yuxarıda qeyd etdiyimiz kimi, burada da giriş baryeləri
heç də həmişə aradan qaldırıla biiməyən baryerlər deyildir. Baryerlərin
xarakterindən və yüksəkliyindən asılı olaraq inhisarların üç növünü fərqləndirirlər:
qapalı inhisar, təbii inhisar və açıq inhisar. Rəqabət barədə hüquqi qadağalarla
(məsələn, qeydiyyata alınmış patenttərlə) müdafiə olunan inhisar qapaiı inhisardır.
Əgər müəyyən sahədə uzunmüddətli orta məsrəflərin həcmi yalnız bütün bazara bir
firma xidmət edən halda minimum olursa, həmin sahədə təbii inhisar yaranır.
Beləliklə, təbii inhisar bütün istehsal miqyasında qənaətə əsaslanır. Açıq inhisar
halında firmalardan biri ən azı müəyyən müddət ərzində əmtəənin yeganə
satıcısına çevrilir, lakin rəqabətdən məxsusi müdafiə imkanına malik olmur.
Bazara yeni məhsulla birinci daxili olmuş firmalar bu cür inhisarçılardır. Lakin bir
müddətdən sonra bazarda onların rəqibləri də peyda ola bilər.
5. Qiymətə əhəmiyyətli dərəcədə nəzarət edilir. İnhisarçı «qiymətlə
razılaşan» qismində deyil, «qiyməti seçən» qismində çıxış edir. Bunun səbəbi
Dostları ilə paylaş: |