müvafiq surətdə 453 və 430, Bakıda 360, Naxçıvanda 310 ticarət müəssisəsi var idi
[41]. Bunlardan başqa həmin yerlərdə 150-yə qədər dükan və içki evləri də
fəaliyyət göstərirdi.
Ticarət məntəqəsi kimi məhşurlaşan iri kəndlərdə bazar ticarəti sürətli
inkişaf edirdi. 1843-cü ildə kəndlərdə 20-dən çox bazar var idi. Həmin ildə bu
bazarlara gümüş pulla 364 min manatlıq mal çıxarılmış və onun 238 min manatlığı
satılmışdı [42]. Bazar ticarətinin başlıca predmeti ipək, taxıl, meyvə, pambıq parça,
yun məmulatı və s. idi.
Şəhərlərdə ticarətlə məşğul olanların da sayı ilbəil artırdı. 1832-ci ildə
Bakıda ticarətlə 233 nəfər, 1849-cu ildə isə 322 nəfər məşğul olurdu. Bunların bir
qismi (1852-ci ildə 67 nəfəri) fabrik-zavod məmulatı satışı ilə məşğul olurdu.
Azərbaycanın Mərkəzi Rusiya və İranla ticarət əlaqələrində Bakının müstəsna
əhəmiyyətə malik olması kənar yerlərdən də buraya tacirlərin daha çox cəlb edirdi.
Burada xarici ticarətlə məşğul olan tacirlərin sayı ilbəil artaraq, 50-ci illərə yaxın
50 nəfərə çatmışdı. Bunların əksəriyyəti yerli tacirlər idi. Qalanları Azərbaycanın
digər yerlərindən və Dərbənddən, habelə Tiflisdən, Həştərxandan və İrandan
gələnlər idi [43].
Bakı limanının yüz min manatlara bərabər dövriyyəsi yerli tacirlərin
sürətlə varlanmasına və kapital yığımının artmasına səbəb olurdu. 30-cu illərin
başlanğıcında Bakıda 243 tacir ailəsinin malik olduğu ümumi kapital 66 min
çervondan ibarət idi (o dövrün gümüş pul kursuna görə - 198 min manat). Ən çox
kapitalı olan ailələr 5 və 8 min çervona malik idi. Bütün kapitalın 59,5 faizi 28
tacir ailəsinə məxsus idi. 50-ci illərin əvvəllərində Bakı tacirlərinin kapitalı milyon
manata çatmışdı ki, bu da 30-cu illərin əvvəllərinə nisbətən 5 gəfə çox idi.
Müvəqqəti tacirlik edənlər də hesaba alınarsa, bu dövrdə Bakıda dövriyyəyə
buraxılan pulun qədəri 3 minyon manatdan artıq idi [44]. Azərbaycanın digər
şəhərlərində də ticarət kapitalının həcmi xeyli artmışdı. 40-cı illərin sonlarında
Nuxada 3000 nəfərdən çox ticarətlə məşğul olan car idi. Nuxa ipək ticarətinin
mərkəzi kimi tazirlərin diqqətini xüsusilə cəlb edirdi. 1830-cu ildə burada ipək
ticarəti ilə 40 tacir məşğul olurdu. İpək almaq üçün Nuxaya Tiflisdən, Şuşadan,
Ordubaddın Əylis kəndindən və s. yerlərdən 1150 min manata qədər nəğd pul
gətirlirdi [45]. 40-cı illərdə Nuxanın ipək ticarəti ilə məşğul olan 6 taciri daimi
olaraq Moskvada yaşayırdı.
Şuşa tacirlərinin kapitalı sürətlə çoxalırdı. 20-ci illərin sonlarında Şuşa
tacirləri tərəfindən hər il Mərkəzi Rusiyaya Zaqafqaziyanın müxtəlif yerlərindən
alınmış gümüş pulla 1 mln. manatlıq ipək aparılırdı [46]. Artıq 50-ci illərin
əvvəllərində Şuşada dövriyyədə gümüş pulla 100 min, 200 min və bundan artıq
kapitalı olan tacirlər var idi. Onlardan bir çoxu Leyptsiq, İstanbul və Təbriz
şəhərləri ilə tranzit ticarətində iştirak edir, Moskvada ipək ticarəti ilə məşğul
olurdular [47]. Bu dövrdə xeyli Şamaxı taciri Nijni-Novqorod yarmarkasına mal
aparırdı [48].
40-cı illərin əvvəllərində Şamaxı şəhərində tacirlərin dövriyyədə olan
kapitalı 848 min manat, Bakı şəhərində 527 min manat, Nuxa şəhərində 503 min
manat, Şuşada 374 min manat və Lənkəranda 94 min manatdan idi [49].
Bu dövrdə Azərbaycan tacirlərini malik olduqları kapitalın qədərinə görə
5 dərəcəyə bölmək olardı. Birinci dərəcəyə 160 min manata qədər kapitalı olanlar,
ikinciyə 70 min manata, üçüncüyə 30 min manata, dördüncüyə 10 min manata,
beşinci dərəcəyə 5 min manata qədər kapitalı olanlar daxil idi [50].
XIX əsrin 30-cu illərindən etibarən Azərbaycanın Mərkəzi Rusiya ilə
ticarəti getdikcə daha böyük əhəmiyyət kəsb edirdi. Azərbaycan Rusiya sənayesi
üçün getdikcə daha çox mühüm xammal mənbəyi və satış baxarına çevrilirdi.
Rusiyanın İranla ticarət əlaqələrinin genişlənməsində də Azərbaycanın əhəmiyyəti
ilbəil artırdı.
Bu dövrdə Azərbaycanın Mərkəzi Rusiya ilə ticarət əlaqəsi saxlandığı
həm quru və həm də su ilə daşınan malların miqdarı artmış və çoxçeşidli olmuşdu.
Azərbaycandan oraya 30-cu illərdə orta hesabla ildə 308 min, 40-cı illərdə isə 611
min manatlıq mal aparılmışdısa, həmin dövrdə müvafiq surətdə 935 min manatlıq
mal gətirilmişdi [51].
Azərbaycanın Mərkəzi Rusiya ilə ticarət əlaqələrində Bakı şəhəri
müstəsna əhəmiyyətə malik idi. 1830-1835-ci illərdə Bakıdan oraya orta hesabla
ildə 119,3 min, 50-ci illərin əvvəlində isə 527,4 gətirilən malların miqdarı da ilbəil
çoxalırdı. 1837-ci ildə oradan 258,6 min manatlıq, 1852-ci ildə 757,6 min manatlıq
mal gətirilmişdi [52].
Azərbaycandan Mərkəzi Rusiyaya başlıca olaraq yenə də ipək və ipək
məmulatı, təbii qızılboya, çəltik, balıq məhsulları, dəri, yun, ağ neft, zəfəran və s.
mallar aparılırdı. Azərbaycan ipəyinin istehlakında Mərkəzi Rusiya yenə də
mühüm rol oynayırdı. 30-40-cı illərdə Azərbaycan tacirləri oraya hər il təqribən
18-20 min pud ipək aparırdılar [53]. Azərbaycandan Mərkəzi Rusiyaya aparılan
təbii boya oradan Holland və Fransa kralını sıxışdırıb aradan çıxarırdı. Azərbaycan
balığı və balıq məhsulları əsasən Mərkəzi Rusiyada satılırdı. Azərbaycandan oraya
30-cu illərdə orta hesabla ildə 139 min, 40-cı illərdə 337 min manatlıq balıq və
balıq məhsulları göndərilmişdi [54]. 40-cı illərin sonlarında yalnız salyan
vətəgələrindən Həştərxana ildə gümüş pulla 200 min manatlıq balıq məhsulu
aparılırdı [55].
Mərkəzi Rusiyadan Azərbaycana başlıca olaraq pambıq-parça məmulatı,
dəmir və dəmir məmulatı, qab-qacaq, xırdavat malları və s. gətirilirdi. Rusiyanın
nisbətən aşağı keyfiyyətli pambıq-parça məmulatı 20-ci illərdə Azərbaycana
gətirilən yüksək keyfiyyətli Avropa pambıq-parça məmulatının ciddi rəqabətinə
rast gəlirdi.
1831-ci il iyunun 3-də müəyyən edilmiş yeni ticarət tarifi (―yasaqlı tarif‖)
Avropa mallarının Zaqafqaziyaya axınını yüksək gömrük haqqı vasitəsilə kəsmiş
oldu. Bunun nəticəsində Mərkəzi Rusiyadan gətirilən pambıq-parça məmulatının