“Qeyri-neft sektorunun inkişafı, o cümlədən onun ixrac potensialının
artırılmasında qərarların qəbulu modellərinin ilkin işlənilməsi”
mövzusu üzrə tədqiqat işində qeyri-neft sektoruna, xüsusən də onun ixrac
potensialının artırılmasına təsir göstərən amillər seçilərək təsir xüsusiyyətlərinə müvafiq
olaraq sinfi təsnifat verilmişdir. Mövcud meyarların təsirinin qiymətləndirilməsi
prosesində qeyri-səlis şəraitin ola biləcəyini nəzərə alaraq, belə şəraitdə müvafiq olaraq
amillərin seçilməsi üçün xüsusi metodologiya seçilmişdir. Tədqiqat işi ekspert
qiymətləndirmələr aparılması məqsədi ilə davam edir (məsul icraçı: i.e.d. V.M. Vəliyev,
icraçı: A.M. İsmayılova).
Problem. Enerji və infrastruktur xidmətlərinin sosial-iqtisadi
inkişaf göstəricilərinə təsirinin qiymətləndirilməsi
“Azərbaycanın enerji balansının sahələrarası təhlili”
mövzusu üzrə tədqiqat işi aparılmışdır. Cari ildə 2003-2011-ci illər üzrə təbii qaz və
elektrik enerjisinin tələb-təklif göstəriciləri üzrə məlumatlar toplanmış, əhali və iqtisadi
sektorlarda istehlak göstəriciləri təhlil edilmişdir. Eyni zamanda, Azərbaycanın 2012-ci il
enerji balansı üzrə məlumatlar yenilənmiş və enerji balansının xərclər-buraxılış
modelinə müvafiq olaraq təhlil olunması üçün ilkin nəzəri baza işlənilmişdir(məsul
icraçı: i.e.d. V.M. Vəliyev, İ.A.Mirzəliyev, N.B.Ağayev, N.A.Cabbarova).
Problem. Dağlıq Qarabağ və ona qonşu inzibati rayonların
Ermənistan tərəfindən işğalı nəticəsində dəymiş ziyanın
qiymətləndirilməsi
Bu problem üzrə plan tərtib edilmiş, müvafiq metodologiya seçilmiş və məlumatlar
toplanmışdır. Lakin, sonillərdə bu səpkidə müxtəlif institutional qurumların apardığı
qiymətləndirmələr və dəymiş zərərlə bağlı alınmış fərqli nəticələr əsas götürülərək Milli
Məclis tərəfindən, dəymiş zərərin qiymətləndirilməsi ilə bağlı vahid komissiya
yaradılmışdır. Bu qiymətləndirmə komissiyası tərəfindən zərərin qiymətləndirilməsinin
aparılması nəzərdə tutulmuşdur. Bütün bunları nəzərə alaraq, bu bölmənin İnstitut
tərəfindən işlənilməsi dayandırılmış, toplanılmış işçi materialların həmin işçi qrupuna
göndərilməsi planlaşdırılmışdır (məsul icraçı: i.e.d. V.M. Vəliyev, icraçılar: i.e.n. R.N.
Hüseynəliyev, i.e.n. O.İ. İbrahimov, i.e.n. V.Ə. Rüstəmov, i.e.n. M.R. Rəsulova, F.Q.
Mikayılov, i.f.d. E.F. Qasımov, N.F. İsmayılova, A.Q. Davudov)
Problem. Məlumat bazasının formalaşdırılması, statistik
göstəricilərin təhlili və cari işlərin yerinə yetirilməsi
“Statistik məlumatların yenilənməsi, təsnifləşdirilməsi və emalı”və
“Statistik baza üçün sahəvi göstəricilərin elektron bazasını yeniləmək”
mövzuları üzrə müvafiq olaraq kənd təsərrüfatı, tikinti, sənaye, nəqliyyat, təhsil,
turizm və digər sahəvi göstəricilərin elektron bazası yenilənmişdir, eləcə də “MDB
ölkələrinin
ə
sas
sosial-iqtisadi
göstəricilərinin
elektron
bazasını
yaratmaq” mövzusu üzrə MDB ölkələrinin əsas sosial-iqtisadi göstəricilərinin elektron
bazası hazırlanır.
“İqtisadi rayonların pasportunun yenilənməsi” və ““Azərbaycan
təqdimatı” kitabının yenilənməsi”
mövzuları üzrə Azərbaycan Respublikasının iqtisadi rayonları və ümumilikdə
sosial-iqtisadi inkişafı üzrə İnstitut tərəfindən hazırlanmış və mütəmadi olaraq yenilənən
İqtisadi Rayonlarının Pasportları və Azərbaycan Təqdimatı 2012-ci ilin sosial-iqtisadi
göstəriciləri əlavə edilərək yenidən işlənilmiş, Nazirliyin və İnstitutun Veb səhifələrində
yerləşdirilmiş, CD disklərində elektron yerləşdirilmiş və çap olunaraq təqdim edilmişdir.
Eyni zamanda iqtisadi rayonların çap olunmuş pasportları və ölkə təqdimatı Azərbaycan
Respublikasının regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının
yekunlarına həsr edilmiş illik konfranslarında nümayiş etdirilir.
“Regionların və inzibati rayonların elektron statistik bazasını
yeniləmək”
mövzusu üzrə pilot olaraq Dağlıq Şirvan iqtisadi rayonu timsalında onun bütün
inzibati rayonları fərdi olaraq da əlavə edilərək elektron statistik bazası 2012-ci ilin
rəqəmləri əlavə edilərək hazırlanmışdır (məsul icraçı: i.f.d. E.F. Qasımov, icraçılar:
S.A.Vəliyev, N.A.Cabbarova,H.H.Məmmədov, A.İ.Şabanova).
Dövlət proqramlarının, Azərbaycan Respublikası Prezidentinin
fərman, sərəncam, tapşırıqlarından irəli gələn və digər məsələlərin icrası
istiqamətində İnstitutda Dövlət Proqramları, Azərbaycan Respublikası Prezidentinin
fərman, sərəncam və tapşırıqlarından,eləcədə Nazirliyin Kollegiyasının qərarları,
müvafiq əmr və göstərişlərindənirəli gələn məsələlərin icrası, həmçinin müxtəlif
qurumlardan daxil olmuşcari işlərin yerinə yetirilməsi ilə bağlı kompleks işlər aidiyyəti
üzrə yerinə yetirilmişdir.