1
AZƏRBAYCAN RESPUBLIKASI TƏHSIL NAZIRLIYI
AZƏRBAYCAN DÖVLƏT IQTISAD UNIVERSITETI
Fakultə : «Əmtəəşünaslıq»
Ixtisas : Istehlak mallarının ekspertizası və marketinqi
B U R A X I L I Ş I Ş I
Mövzu:Xammal, material və texnoloji proseslərin büllur
məmulatlarının keyfiyyətinə təsirinin ekspertizası
Işin rəhbəri: dos. N.N.Həsənov
Tələbə: Əhlimanzadə Həmid Namiq
Bölmə: azərbaycan
Qrup:2322
«Təsdiq edirəm»
Kafedra müdiri :________________ prof.Ə.P.HƏSƏNOV
B A K I 2015
2
MÜNDƏRICAT
GIRIŞ
3
I. Şüşə mallarının istehlak xassələri və keyfiyyətinə qoyulan
tələblər
5
II. Şüşə istehsalında istifadə olunan tərkib materialları
10
III. Şüşənin quruluş xüsusiyyətləri və xassələri
16
IV. Şüşə məmulatlarının alınmasında formaya salınma üsulları
23
V. Şüşə məmulatlarında rast gələn nöqsanlar və keyfiyyət
göstəricilərinin təyini metodları
32
VI. Istehlak bazarına daxil olan büllur şüşə məmulatlarının
çeşidinin xarakteristikası
37
VII. Daxil olan büllur şüşə məmulatlarının keyfiyyətinin
ekspertizası
41
NƏTICƏ VƏ TƏKLIFLƏR
46
ƏDƏBIYYAT
48
3
GIRIŞ
Şüşə amorf kristallik quruluşlu material olub, turşu, qələvi torpaq və qələvi
oksidlərindən ibarət ərintinin soyudulması yolu ilə əldə edilir. Tədricən
özlülüyünün artması hesabına bərk maddələrə məxsus mexaniki xassələrə malik
olur.
Şüşədən məmulat hazırlanması olduqca qədim sənət növü sayılır. Şüşə
istehsalı bizim eramızdan, hətta 2 min il əvvəl qədim Misirdə mövcud olmuşdur.
Şüşə istehsalının ilk inkişafı ilə yanaşı, tədricən şüşədən olan məmulatların da
çeşidi artır, formalaşır və inkişaf edirdi. Əvvəllər o, bircəhətli və məhdud idi.
Belə ki, o vaxtlar texnikanın inkişaf səviyyəsi çox aşağı və primitiv idi.
Şəffaf şüşə almaq o vaxt mümkün deyildi. Arxeoloqların məlumatına görə şüşə
məmulatlarının ilk nümunələri bizim eramızdan 3500 il əvvəl meydana gəlmişdir.
Eyni zamanda məlumdur ki, Mesopotamiyada bizim eramızdan 4000 il
əvvəl düzəldilmiş şüşə məmulatları tapılmışdır. Bizim eramızdan əvvəl 1340-1580-
ci illərdə Misirdə müxtəlif şüşə məmulatları – muncuq, rəngli şüşələrin
düzəldilməsi işi inkişaf etməyə başlamışdı.
Şüşəçilik Misirdən Italiyanın ərazisinə keçmişdir və burada vərəqə halında
şüşələr istehsal olunmağa başlamışdır. Şüşə istehsalı sonralar Italiyadan
Ispaniyaya, Fransaya və Avropanın başqa ölkələrinə yayılmışdır.
Vulkan püskürməsi zamanı məhv olan Pompey şəhərinin nazıntısında hamar
şüşə qırıntıları üzə çıxmışdır. V əsrdə Vizantiya şüşə məmulatları istehsalı
sahəsində birinci yeri tuturdu. IX əsrdə Venetsiya Vizantiyanı şüşəçilikdə
sıxışdırıb aradan çıxartdı və XII-XIV əsrlərə qədər şüşə buraxılışında aparıcı yer
tutdu. Venetsiya güzgüləri və bokalları yüksək qiymətləndirilirdi. Venetsiya bu
vaxt yaxın şərq və qərb ölkələri ilə şüşə məmulatları üzrə qızğın ticarət edirdi.
Şərq və Aralıq dənizi ərazisi xalqları şüşə istehsalının bütün digər ölkələrdə
inkişaf etməsin böyük təsir göstərirdi. XIV əsrdən başlayaraq Fransa və Ingiltərə
4
hökuməti şüşə istehsalı inkişafını genişləndirməyə başladı. Lakin bu ölkələrin
məmulatları səviyyəsinə çatması üçün çox böyük vaxt lazım idi.
Bogemiyada ilk şüşə zavodu XIV-XV əsrdə, Amerikada isə 1790-cı ildə
(vərəqə şüşələr zavodu) yarandı.
Bizim ölkəmizdə şüşə məmulatları istehsalının başlanğıcı IX-X əsrlərə
təsadüf edir. Pəncərə şüşələrinə, güzgüyə və şüşə qablara olan tələbatla əlaqədar
XVIII əsrdə Moskva yaxınlığında altı şüşə zavodu fəaliyyət göstərirdi. Şüşə
sənayesi inkişafına böyük rus alimi M.V.Lomonosov mühüm təsir göstərdi. Şüşə
istehsalının elmi əsasları Lomonosov tərəfindən qoyuldu. O, özünün yaradıcılıq
həyatının 20 ilini bu işə sərf etmişdir.
Bakıda şüşə zavodu 1922-ci ildə tikilmişdir. Birinci məhsul olaraq Bakı şüşə
zavodunda əl üsulu ilə butulka və aptek üçün şüşə qablar hazırlanırdı. O vaxtdan
indiyə kimi zavoda xeyli dəyişikliklər baş vermişdir.
Respublikamızda mədəni-məişət və təsərrüfat təyinatlı malların, o cümlədən
sortlu şüşə qabların istehsalı və satışı son illərdə yox dərəcəsindədir.
Hazırki buraxılış işinin yazılmasında məqsəd büllur şüşədən olan
məmulatların çeşidi və keyfiyyətinin ekspertizasından ibarətdir.
5
I. ŞÜŞƏ MALLARININ ISTEHLAK XASSƏLƏRI VƏ
KEYFIYYƏTINƏ QOYULAN TƏLƏBLƏR
Hər bir mal qrupunda olduğu kimi, məişət təyinatlı şüşə məmulatlarının
keyfiyyətinə qarşı müxtəlif məzmunlu tələblər qoyulur. Bildiyimiz kimi,
keyfiyyətə qarşı qoyulan tələb dedikdə, müəyyən vaxt ərzində malın təyinatına
görə istifadəsinin mümkünlüyü istehlakçının istəyinə və marağına uyğun olaraq
təmin etmək üçün nəzərdə tutulan xassələri, istismarı şəraiti və xüsusiyyətləri başa
düşülür.
Keyfiyyətə verilən tələblər əhalinin maddi və mədəni səviyyəsindən, malın
təyinatından, xammal ehtiyatlarından, istehsalın texniki-iqtisadi imkanlarından və
mal haqqında olan məmulatın səviyyəsindən çox asılıdır. Ümumiyyətlə, istehlak
mallarına cari, perspektiv, ümumi və spesifik tələblər verilir.
Cari tələblər həmin dövrdə satışa daxil olan mallara verilən tələblərdir. Bu
tələblər dövri olaraq nəzərdən keçirilir və dəyişdirilir. Perspektiv tələblər
keyfiyyəti inkişaf etdirmək məqsədi ilə malın keyfiyyətinə verilən nisbətən geniş
və yüksək səviyyəli kompleks göstəriciləri əhatə edir. Keyfiyyətə verilən cari
tələblər həm də perspektiv tələblərin əsasını təşkil edir.
Malların keyfiyyətinə verilən cari və perspektiv tələblər həm də ümumi və
perspektiv tələblərə ayrılır. Ümumi tələblərə malın təyinatına uyğunluğu, istifadə
yararlılığı, insan üçün zərərsizliyini, insan orqanizmində normal həyat fəaliyyətinin
təmin edilməsini, müəyyən olunmuş müddət ərzində istismar zamanı davamlılığını
və etibarlılığını, estetikliyi və erqonomikliyi təmin edən və əsasən bütün mal
qruplarına aid edilə bilən tələblər daxil edilir.
Spesifik tələblər konkret mal qrupuna və ya çeşidinə aid verilir. Məsələn,
şüşə məmulatlarının kəskin temperatur şəraitində istifadəsinin mümkünlüyünə
verilən tələblər spesifik tələbdir.
Şüşə məmulatlarının istehlak xassələrinə funksional, erqonomik, estetik,
etibarlılıq daxildir. Istehlakçı üçün şüşədən olan məmulatın yararlılığı, hər şeydən
Dostları ilə paylaş: |