128
həmin tarixdən 2009-cu ilin noyabr ayına kimi baş müəllim vəzifələrində çalışmış. 2009-cu ilin noyabr ayından hal-hazıra kimi
isə həmin kafedrada dosent vəzifəsində işləyir.
129
3.b.m. Quliyeva Taisa Sarı qızı
Quliyeva Taisə Sarı qızı 1946-cı il iyun ayının 6-da Ağstafa şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1953-cü ildə 1 saylı
orta məktəbə daxil olmuş 1964-cü ildə həmin məktəbi müvəffəqiyyətlə bitirmişdir. Elə həmin ildə M.F.Axundov adına Xarici
Dillər İnstitutunun ingilis və azəri dilləri fakültəsinə daxil olmuş və 1969-cu ildə həmin institutu əla qiymətlərlə bitirmişdir.
1969-cu ildə Pedaqoji İnstitutda əmək fəaliyyətimə başlamış və bügünkü günə qədərdə fəaliyyətimi davam etdiririr. Universitetin
ictimai işlərində hər zaman yaxından iştirak etmişdir. İşinə hər zaman məsuliyyətlə yanaşmış. Bir çox elmi məqalələrin və
dərsliklərin müəllifidir. Ailəlidir, iki övladı var.
130
4. b.m. Həsənova Sürəyya Allahverən qızı
Həsənova Sürəyya Allahverən qızı 1951-ci ildə Azərbaycan Respublikası Tovuz rayonunda anadan olmuşdur . 1958-
1968-ci illərdə Tovuz rayonu İbrahimhacılı kənd orta məktəbi bitirmişdir. 1969-1975-ci illərdə Azərbaycan Dillər
Universitetinin ingilis dili fakültəsində oxumuşdur.
1975-1989 -ADPU nun « Xalq maarifinin idarə edilməsi » каfedrasının laborantı, 1990-1995-ADPU-nun « Müasir
Azıərbaycan dili» kafedrasının böyük laborantı, 1995-1999- ADPU- nun «Xarici dillər” kafedrasının müəllimi, 1999-2013-
ADPU- nun «Xarici dillər” kafedrasının baş müəllimi işləmiş və hazırda İngilis dili kafedrasının baş müəlliməsidir.
131
5. b.m. İsmayılova Məsmə Əliyulla qızı
İsmayılova Məsmə Əliyulla qızı 1963-cü ildə Bakı şəhərində anadan olmuşdur. 1970-ci ildə Bakı şəhərinin Binəqədi
rayonundakı 182 saylı orta məktəbin birinci sinfinə getmişdir. 1980-ci ildə adı çəkilən məktəbi bitirmiş. 1981-ci ildə SSRİ-nin
50 illiyi adına ADPXDİ-nin ingilis dili fakültəsinə daxil olmuşdur.1986-cı ildə isə adı çəkilən məktəbi bitirmişəm.1983-cü ildə
Filologiya fakültəsində kargüzarlıq vəzifəsində işləmişdir.1989-cu ildə ADPU-nun tələbələr şöbəsinin inspektoru,1991-ci ildə
Ədəbiyyatın tədrisi metodika kafedrasında baş laborant ,1995-ci ildə isə Xarici dillər kafedrasında baş laborant işləmişdir . 2000-
ci ildə isə Xarici dillər kafedrasında müəllim ,2008-ci ildə isə baş müəllim vəzifəsində işləyir. 19 il pedoqoji stajı var. Hal-hazırda
AMEA-nın dissertantıdır. Dissertasiya mövzumun adı isə “Müxtəlif sistemli dillərdə dioloqların struktur-semantik
xüsusiyyətləri” (Azərbaycan və ingilis dili materialları əsasında) . 2 tezis, 1 proqram , 1 metodik göstəriş 10 məqaləsi var.
Məqalələrinin ikisi xaricdə çap olunub. 2 övladı var.
132
6. b.m. Ağayeva Sevda Aydın qızı
Ağayeva Sevda Aydın qızı 17 May, 1968-ci il Qazax rayonunun Dağkəmən kəndində anadan olmuşdur.
1975-ci ildə Bakı şəhəri Səbail rayonu M. Rahim adına 7 saylı orta məktəbə getmiş və 1985-ci ildə həmin
məktəbi bitirmişdir. 1985-ci ildə SSRI-nin 50 illiyi adına APXDİ-na daxil olmuşdur. Buranı 1991-ci il
fərqlənmə diplomu ilə bitirmişdir. 1985 – 10. 1989 Tikinti idarəsində fəhlə; 1989 – 10. 1992 ADPU-da
kitabxanaçı;1992 – 9. 1995 ADPU-da Xarici dillər kafedrasında baş laborant; 1995 – 2003 ADPU-da Xarici dillər kafedrasında
müəllim; 2003-cü ildən həmin kafedrada baş müəllim vəzifəsində çalışır. 2001-ci ildən ADPU-nun TEC konfrasında tələbələrin
tezislərinin elmi rəhbəri olmuş. 2 kitab,14 tezis və 8 məqalə müəllifidir. Hər il açıq dərsləri olur. Beş ildir ki, Tarix fakültəsində
ingilis dilində tədbir keçirir.
133
7. b.m. Mehdiyeva Fəridə Mehdi qızı
Mehdiyeva Fəridə Mehdi qızı 7 noyabr 1950-ci ildə Azərbaycan Respulikasının Ağstafa rayonunda
anadan olmuşdur. 1958-ci ildə Bakı şəhərində 25 saylı orta məktəbə getmişdir. 1967-ci ildə həmin məktəbi
bitirmiş, Mirzə Fətəli Axundov adına Xarici Dillər Universitetinə daxil olmuşdur. 1973-cü ildə həmin İnstitutu
bitirmişdir, ingilis, azərbaycan dili mütəxəssisi ixtisasına yiyələnmişdir. 1973-cü ildə İnformatika Elmi-
Tədqiqat İnstitutunda tərcüməçi işləmişdir. 1974-cü ildə isə V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun "Xarici dillər"
kafedrasında laborant kimi işləmişdir. 1987-ci ildə müəllim vəzifəsinə götürülmüşdür. 1992-ci ildə isə həmin kafedraya baş
müəllim vəzifəsinə təyin olunmuşdur.
1 kitab, 1 proqram və 15 məqalənin müəllifidir.
1992-ci ildə Müəllimlərin Təkmilləşdirmə İnstiturunda kurs keçmiş, müvafiq sertifikatla təmin olunmuşdur. Əlavə olaraq
rus və alman dilini bilir.
Dostları ilə paylaş: |