rəqsi proseslərə
(səslərə, titrəmələrə) görə diaqnostika üsulundan istifadə
olunur.
İstismar materiallarmın tərkibinə
görə diaqnostika üsulu mühərrikin detallarının yeyilmə
intensivliyinin qiymətləndirilməsində (karter yağınm tərikbi analiz edilməklə) işlədilir. Bu
diaqnostika üsulundan işlənmiş qazların tərkibinin öyrənilməsi üçün də geniş istifadə edilir. Bu
halda xaricə çıxan qazların tərkibində CO-nun miqdarı təyin olunur və mühərrikin qida
sisteminin texniki vəziyyəti haqqında mühakimə yürüdülür.
Bu diaqnostika üsullarının müsbət xüsusiyyəti ondan ibarətdir ki, onlar avtomobilin həm
dinamiki, həm də statiki vəziyyətlərində istifadə edilə bilirlər. Belə ki, işçi proseslərin qiy-
mətləndirilməsi dinamikada, həndəsi ölçülərin təyin edilməsi statikada öyrənilir.
İşçi proseslərin parametrlərindən hansının əsas diaqnostik əlamət (simptom) kimi qəbul
edilməsindən asılı olaraq aşağıdakı diaqnostika üsullarından islifadə edilir:
a) akustik; b) vibrometrik; v) funksional; q) qarışıq (kombinələşmiş) diaqnostikalar.
|